Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda hər 10 kişidən 4-ü... - SEKSOPATOLOQ RƏYİ
Azərbaycanda hər 10 kişidən 4-ü... - SEKSOPATOLOQ RƏYİ
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 704
Səs ver:
"22 yaşım olanda valideynlərim məni yaxın qohumumla evlənməyə məcbur etdilər. Biz tərəfdə qızın yaşı 18-i keçdisə, qarımış hesab olunur. Bu səbəbdən də valideynlərimin sözü ilə razılaşıb, özümdən 8 yaş böyük birinə ərə getməyi qəbul etdim. Toy gecəsi həyat yoldaşım mənə yaxınlaşmaqda çətinlik çəkirdi. 3-4 dəfə çölə çıxıb geri qayıtdı və 7-8 saat sonra biz ər-arvad olduq. Bu, bizim ilk və son cinsi əlaqəmiz oldu. 1 il evli qaldıq, mənə yaxın dura bilmirdi. Hər dəfə uğursuzluqla qarşılaşanda məni döyürdü. Valideynlər isə nəvə gözləyirdilər. Utanırdım kiməsə deməyə, ancaq dözmədim və bir gün hər şeyi anama danışmalı oldum. Hətta bədənimdə şişlə vurduğu yerləri də göstərdim...”
 
Leyli Nəcəfova başına gələnləri danışır. Dərdini anasına deyəndən sonra anası onu öz evinə gətirir. Leyli deyir ki, valideynləri israr etsə də, həyat yoldaşı həkimə müraciət etməyi özünə sığışdırmayıb və günahın onda olduğunu iddia edib: "Əgər kişidə impotensiya varsa, qadının nə günahı var ki? Amma ona görə mən bədbəxt oldum”.
 
Ərindən boşanan Leyli 6-7 ay anasının evində qalandan sonra işləmək üçün Bakıya gəlib: "Bu günə kimi nə qədər kişi mənimlə yaxınlıq etməyə çalışsa da, təmiz ailə qurmaq təklifini heç kimdən almamışam. "Hamı elə bilir ki, boşanmısansa, kim istəsə, yaxına buraxarsan. Amma mən ailə istəyirəm, təmiz ailə. İstəyirəm övladım olsun. İllər keçir, mənə isə hamı ikinci dərəcəli sevgili obrazı kimi baxır. 27 yaşım var və tənha qalacağımdan qorxuram”.
 
Psixoterapevt Nihad Məmmədov deyir ki, həqiqətən də kişilər cinsi problemlə əlaqədar həkimə müraciət etməyə utanır, bunu özlərinə sığışdırmırlar. Bəzən cinsi problem kişinin psixikasına da sıçrayır: "Ereksiya yaşamayan kişi qadın qarşısında birinci dəfə utanır. Sonra isə bu, aqressiyaya çevrilir. Bacara bilmədikcə, qadını döyməklə, incitməklə öz hisslərini sakitləşdirir. Halbuki bu hissləri bir başqa müalicə ilə sakitləşdirmək mümkündür. Amma Azərbaycan kişisi libido əskikliyi başına vuranda həkimə müraciət edir”.
 
Müsahibimizin sözlərinə görə, çox zaman kişilər bu problemlə bağlı birinci psixoterapevtə müraciət edirlər. Onlar elə düşünürlər ki, ereksiyanın baş tutmaması psixoloji problemdir, ruhi xəstəlikdir. Androloq-seksopatoloqa getməyi isə düşünmürlər: "Mənə müraciət edən bir çox xəstələr deyir ki, "həkim, psixoloji olaraq məndə hiss yaranır və ya cinsi əlaqədə olmaq istəyirəm, ereksiya baş tutmur”. Bir az xəstə ilə söhbət edəndən sonra görürəm ki, yox, bu insan normal psixikaya malik insandır, bunun androloqa ehtiyacı var və yönləndirirəm. Çox zaman da xəstələr xahiş edir ki, müalicə anonim həyata keçirilsin. Yəni həkimə başqa adla müraciət etsinlər. Bəzən bu, mümkün olur, amma bəzən daha ağır vəziyyətlə rastlaşırıq və xəstə daha ciddi müalicə almaq məcburiyyətində qalır”.
 
Həkim bildirir ki, kişidə ereksiyanın baş tutmaması cinsi xəstəliklərlə bağlıdır və bunun qarşısındakı qadına heç bir aidiyyatı yoxdur. Bəzi kişilər problemi qadında axtarırlar, amma bu, artıq cinsi istəksizliyin psixikaya vurduğu zərbənin əlamətidir: "Özünü belə hiss edən kişi əvvəlcə psixiatra, sonra isə onun məsləhəti ilə androloqa müraciət etməlidir.
Libido cinsi əlaqəyə istiqamətlənmiş maraqdır. Libido əskikliyi – cinsi istəksizlik kişilərdə yalnız ereksiya problemi deyil, eyni zamanda cinsi arzuların olmamasıdır. Cinsi arzunun aşağı olmasının əsas səbəbi testosteron səviyyəsinin aşağı olmasıdır. Bu da yaşlılıq, depressiya və psixoloji problemlər nəticəsində meydana gələ bilər. Kişilərdə cinsi istəksizliyi müalicə edərkən testosteronu zənginləşdirirlər. Testosteronun səviyyəsi yüksəldilir və bu, cinsi istəyi artırır. Bu müalicə uroloq və ya androloq tərəfindən aparılmalıdır. Çünki testosteronun müalicəsi düzgün aparılmadığı təqdirdə, prostat xərçəngi yarana bilər”.
 
Androloq-seksopatoloq Kamil Baxşıyev təsdiq edir ki, ölkədə cinsi problem yaşayan kişi kifayət qədərdir. Amma onlar həkimə müraciət etməyi özünə sığışdırmır: "Cinsi istəksizlik  sonsuzluğa gətirib çıxaran zaman kişi həkimə müraciət edir ki, bu da çox gec zamanda baş tutur. İmkanı olan şəxslər çox zaman belə müalicə üçün xarici ölkələrə üstünlük verir. Amma Azərbaycanda da yaxşı androloq və seksopatoloqlar var”.
 
Həkim bildirir ki, kişilərdə ereksiya olmamasının, erkən boşalmanın və orqazm olmamanın çox sayda səbəbi var. Bunun üçün mütləq şəkildə analizlər edilməli, diaqnoz qoyulduqdan sonra müalicə aparılmalıdır: "Orqazmın baş tutmaması kişidə əsasən psixoloji səbəblərdən qaynaqlanır. Amma bu, şəkər xəstələrində də müşahidə edilir. Odur ki, həkim müayinəsi mütləqdir. Bəzi xroniki xəstəliklər zamanı içilən dərmanlar bütün cinsi həvəsi öldürür. Bununla yanaşı, bir çox xəstəliklər də var ki, ereksiya yaranmasının qarşısını alır. Peyronies, penisin səthində sərtləşmələr, əyri penis, penisdə ağrılar və s. bu kimi problemlər zamanı ereksiya yaranmır, orqazm baş vermir. Peyronies xəstəliyi xoşxassəli xəstəlikdir. Bu, adətən orta yaşlı kişilərdə rast gəlinir. Peyronies zamanı penisin kənarlarında valları xatırladan sərt toxumalar əmələ gəlir və penisi əyir. Ağrılı keçən bu xəstəlik zamanı ereksiya və orqazm problemləri yaşanır. Penisin ətrafında sərtləşmələr zamanı da xəstə eyni problemlə qarşılaşır”.
 
Androloqun sözlərinə görə, kişilərin ən çox şikayət etdiyi cinsi problemlərdən biri də orqazm ola bilməməkdir, yəni spermanın gəlməməsi. Bu, adətən onurğa iliyi zədələnməsi yaşayanlarda, prostatlarında problem olan kişilərdə müşahidə edilir.
 
Kişiləri narahat edən bir cinsi problem geri boşalmadır. Geri boşalma zamanı sperma xaric edilmir, geriyə, sidik torbasına tökülür. Bu vəziyyət zərərsizdir və sidiklə ifraz edilir.  Bu halı adətən prostatı alınmış kişilər və şəkər xəstələri yaşayır.
 
Bəzi kişiləri narahat edən digər bir problem isə priapismusdur. Bu zaman penis hər zaman ereksiya halında olur. Ereksiya halı 6 saatdan çox davam edirsə, bu artıq xəstəlikdir.
 
Erkən boşalma hazırda 80 faiz kişilərin problemidir. Ereksiyadan dərhal sonra (5 dəqiqə ərzində) boşalma baş verirsə, bu, artıq xəstəliyin xəbərdarlığıdır.
 
Kamil Baxşıyev bu gün Azərbaycan kişisini narahat edən əsas problemin cinsi gücsüzlük olduğunu qeyd edib: "Bu xəstəlik əsasən şəhər əhalisində özünü göstərir. Cinsi gücsüzlüyə bədən xəstəlikləri, daxili xəstəliklər və ya beyin problemləri səbəb ola bilər. Bədən xəstəlikləri dediyimiz zaman müxtəlif hormonal xəstəliklər, şəkər, böyrək, qaraciyər, ürək-damar xəstəlikləri nəzərdə tutulur. Bu xəstəliklər zamanı istifadə edilən dərmanlar cinsi gücü azaldır. Nəticədə penisin damarlarında və sinirlərində problemlər yaranır. Bu xəstəliklər zamanı cinsi gücsüzlük şikayətləri yavaş-yavaş meydana çıxır. Bu zaman kişilər həkimə müraciət etməkdən çox viaqraya üstünlük verirlər. Bu da müvəqqəti olaraq işə yarayır. Üstəlik, viaqra ürək xəstələri üçün təhlükəlidir.
 
Cinsi gücsüzlüyə səbəb olan daha bir amil masturbasiyadır. Kişilərin 95 faizi masturbasiya edir. Ona görə də bu gün ölkədə hər 10 kişidən 4-ü cinsi gücsüzlükdən şikayətçidir. Ümumiyyətlə, cinsi gücsüzlüyün bir çox səbəbləri var. Bunu bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Odur ki, özündə zəiflik hiss edən, cinsi həvəsi olmayan, ereksiya problemi yaşayan və s. bu kimi problemi olan kişilər mütləq bir mütəxəssislə məsləhətləşməlidir”.
 
Qeyd edildiyi kimi, cinsi gücsüzlük, cinsi həvəsin olmaması, ereksiya problemləri müxtəlif səbəblərdən qaynaqlanır. Bu səbəblərin aradan qaldırılması kişinin özündən asılıdır. Azərbaycan kişisi isə cinsi problemlərdən dolayı həkimə müraciət etməyi özünə sığışdırmır. Bunun nəticəsində ailələr dağılır, xəyanətlər baş verir, insanlar bədbəxt olur. Problemi kökündən həll etmək üçün isə maariflənməyə ehtiyac var.


Şərhlər: 4
Baxılıb: 704
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
Leyli ele yazib ki, 18 yaşı olanda 8 yaş boyük oğlanla evləndiriblər! Olub oğlanın 26 yaşı. nədi ki? ele bil 90 yaşı olub ərinin!! sadece impotent olub! həm də impotentlik bir yana psix olub oğlan.
27 yaşım var, ərimin 40 yaşı var. O mənimlə, mən də onunla çox xoşbəxtik. Yaşın heç bir fərqi yoxdur. sadece sağlamlıq olmalıdır.
Leyliyə ikinci dərəcəli sevgili kimi baxılırsa, bu leylinin öz günahıdır. O kecdi getdi. qaldı keçmişdə. indi kişilərdə günah axtarma. Özünə bax! Diqqətlə! Əminəm ki, Özündə bir xeyli səhv tapacaqsan! Əyər ağilli qadınsansa!
5 aprel 2016 16:37
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
sizin 1205
Allah göstermesin.....
5 aprel 2016 15:49
# 3
L
BARBI
Impotentlik eyib bir sey deyil. Bu xestelikdir. Muslice edilerse ohdesinben gelmek olar. Esas odurki bu problemi bilib hekime muraciet etmekiyik
5 aprel 2016 08:37
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ulduz
EN gozeli vaxtinda hekim. Yoxsa problemin varsa niye arvadini döyürsen get hekumede
5 aprel 2016 08:32
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz