Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra cinsi istəksizlik - SƏBƏBLƏR
Doğuşdan sonra cinsi istəksizlik - SƏBƏBLƏR
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 939
Səs ver:
Qadınların böyük əksəriyyətində doğuşdan sonra cinsi istək azalır. Doğuşdan sonra ilk 4-6 həftə boyunca uşaqlıq və vaginal sağalmanın, infeksiya riskinin əngəllənməsi üçün qadınlara cinsi yaxınlıq tövsiyə edilmir.
 
Ancaq bu müddət keçdikdən sonra da cütlüyün cinsi həyatı dərhal əvvəlki vəziyyətinə qayıda bilməz. Bu hal qadının təcrübəsi, fiziki sağlamlığı və psixologiyasına bağlı olaraq ortaya çıxan doğuş sonrası cinsi istəksizliklə bağlıdır. Əsasən doğuşdan sonra ilk 1-3 ay ərzində düzəlməsi gözlənilən bu hal iki il də davam edə bilər. Əksər qadınlar bunu ərinə heç bir şey demədən, özləri də səbəblərini bilmədən, özlərində bir çatışmazlıq, problem kimi düşünərək gizli yaşayırlar. Bu halın doğuşdan sonra yaranan hormonal, fiziki, psixoloji dəyişikliklərdən qaynaqlandığını heç ağıllarına gətirmirlər.
 
Doğuşdan sonra cinsi istəksizliyə səbəb olan amillər

Yorğunluq
Hamiləliyin yorucu və həyəcanlı doqquz ayının ardınca qadını bir də yuxusuz gecələr və yorğun günlər gözləyir. Yeni doğulmuş körpəyə baxmaq məsuliyyəti ananın çiyninə yüklənir, bu da duyğusal və fiziki olaraq çox yorucu və gərgin dövrdür. Özünə vaxt  ayıra bilməyən qadın cinsəlliyi ikinci plana atır. Doğuşdan sonra hormonlarda yaşanan ani dalğalanmalar, ana olmağın verdiyi məsuliyyət və narahatlıqdan qaynaqlanan depressiya "lohusallıq” sindromu olaraq bilinir.
 
Müalicəsi mümkün olan psixoloji narahatlıqdır.
Doğuş sonrası cinsi istəksizliyə dəyərsizlik, acizlik duyğusu, ümidsizlik, tez-tez dəyişən ruh halı, intihar düşüncəsi kimi depressiya əlamətləri də yoldaşlıq edirsə, həkimə baş vurmaq lazımdır.
 
Vaginal problemlər
Doğuşdan sonra qadının cinsi həyatına davam etməsi üçün ilk olaraq doğuş zamanı  yaranan yaraların sağalması lazımdır. Normal doğuş keçirən qadınlarda yaraların sağalması 4-6 həftə, vaginal tikiş və qeysəriyyə ilə doğan qadınlarda bu müddət bir az uzun çəkir. Qadın yaralarının sağaldığı bu dövrdə ağrı hiss edəcəyini düşündüyündən cinsi yaxınlıqdan qaçır.
Cinsi istəksizliyə səbəb olan digər hal da cinsi yaxınlıq zamanı ağrıya səbəb olan vaginal quruluqdur. Əmizdirmə zamanı prolaktin hormonun artması, esterogenin azalması vaginal quruluğu artırır.

Yenidən hamilə qalmaq ehtimalı
Yenicə uşaq dünyaya gətirmiş qadının yenidən hamilə qalma qorxusu onu cinsəllikdən uzaqlaşdırır. Doğuşdan sonra nizamlı menstruasiya başlayana kimi cinsi yaxınlığın heç bir təhlükəsi yoxdur. İlk 6 ayda südvermə ilə əlaqəli olaraq hamilə qalma ehtimalı azalmır.
Bu dövrdə doğum nəzarət həblərinin kişilər tərəfindən qəbulu daha məsləhətdir.

Analıq duyğusu
Yeni ana olan qadın analıq duyğusunu həyatının mərkəzinə qoyur. Bütün düşüncələrini, istəklərini övladına yönəltməsi qadını cinsəllikdən uzaqlaşırdığından seksual münasibətin geri plana atılmasına səbəb olur. Qadının həm həyat yoldaşı, həm ana olduğunu dərk etməsi bu problemi ortadan qaldıracaq.

Əmizdirmə
Əmizdirmə ilə bağlı prolaktin hormonun çox ifrazı vaginal quruluğa səbəb olur. Bu da cinsi yaxınlıq zamanı ağrılara yol açdığından qadın cinsəllikdən uzaqlaşır. Krem və gellərlə bu problem həll edilə bilər. Bir digər hal isə cinsi yaxınlıq zamanı südün axmasıdır ki, bu da qadını narahat edə bilər.

Estetik Qayğılar
Araşdırmalar özünü cazibədar və gözəl hesab etməyən qadının cinsi istəksizlik yaşadığını ortaya qoyub. Yeni doğan qadın bədənindəki dəyişikliklərlə bağlı cinsi istəksizlik yaşaya bilər. İdman, uyğun pəhrizlə əvvəlki formaya qayıtmaq mümkündür.
 
Həyat yoldaşından gözləntilər
Doğuşdan sonrakı dövr qadının daha çox sevgi və diqqətə ehtiyac duyduğu müddətdir. Bu dövrdə kişilərin xanımlarına qarşı daha anlayışlı, diqqətli olması, şəfqətli davranması, sevgilərini göstərməsi yaşana biləcək mənfi halları aradan qaldıra bilər.


Şərhlər: 4
Baxılıb: 939
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
oxumadim maraqsiz
24 mart 2016 17:44
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
14MsM
Cox wukur kiwi oduki ailesini herweyde bawadiwsun
24 mart 2016 14:45
# 3
Barbaris
men keyseriyye emeliyat olmuwam ama hec bir narazaliqim yoxdu
24 mart 2016 10:20
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Dogusdan sonra qadinlarin psixologiyasi pozulur en azi bir ay ozune gele bilmir. Her seye esebi olur stres kecirir. Heyat yoldasi onu anlamalidir
24 mart 2016 08:19
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz