Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy gecəsi uğursuzluğu
Toy gecəsi uğursuzluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2197
Səs ver:
Evlilik əslində bir-birindən fərqli iki insanın paylaşmağa başladığı yeni bir dövr kimi dəyərləndirilməlidir. İnsan həyatında hər bir dəyişiklik stressə səbəb olur. Ancaq ailə kimi köklü dəyişikliklərin yeri daha fərqlidir.

Belə düşünün. Mədəniyyət və sosial cəhətdən, ailə həyatında bir-birindən fərli olan iki nəfərin eyni evi, eyni zamanı və məkanı paylaşmağa başlamaları radikal bir deyişiklikdir. 
Hələ elə cütlüklər var ki, həyat yoldaşını əvvəllər heç tanımayıb. 
Ümumiyyətlə isə evlilikdən əvvəl hətta bir-birini tanıyanlar da göstərmək istədiyi üzünü göstərir. Özünü yaxşı tərəfdən tanıdır. Bir-biriylə evlənməzdən əvvəl zövqlü həyat yaşıyır. Lakin ailə həyatı başqadır. Burda insanın bütün intim həyatı, bütün sirləri üzə çıxır. Əvvəllər özünü düşünən iki insan indi evlilik həyatında əvvəlcə iki nəfərin, daha sonra isə övladlarının  taleyini düşünür. 
Qarşılıqlı anlayışla bütün problemlərin öhdəsindən gələ bilərsiniz.  
Yeni həyatda dəyişikliklərdən bir də birlikdə cinsi həyatın başlamasıdır. Adamların çoxu ilk cinsi təcrübələrini öz həyat yoldaşıyla yaşıyır. Bu barədə  araşdırmalara baxdım. Tədqiqatlara görə kişilərin 40%-i ilk seksini öz arvadıyla gerçəkləşdirir. Bu faiz qadınlarda qat-qat yüksəkdir. 
Dolayısıyla təcrübəsiz iki insanın bir araya gəlməsi, üstəlik də bəzi şeylər barədə yanlış təsəvvürləri müəyyən cinsi problemləri ortaya çıxarır. 
Evliliyin ilk günlərində cinsi əlaqənin öhdəsindən gələ bilməmək, toy gecəsi uğursuzluğu, yaxud ilk günlərdə seksual uğursuzluqlar bəzi gənc ailələrdə rast gəlinir. Xüsusən Azərbaycanda toy gecəsi həyacanı tarix boyu olub və indi də müəyyən gənclərdə özünü göstərir. Bunun təməlində duran səbəblər vardır. Təsəvvür edin. Qapıda adamlar səndən xəbəb gözləyir. Ortada yengə faktoru var. Habelə toy adamları, qohumlar səni bayırda gözləyir. Özünü yaxşı tərəfdən göstərməlisən. Vaxtın yoxdu.  Bax bu özü bir stresdir. Həyacan və birdən bacara bilməmə qorxusu yarana bilər. Belə olanda performans qayğısı çəkirsən. Bəzi gənclər bu imtahandan çıxa bilmir. Cinsi orqanlarında sərtləşmə alınmır. Münasibətə girə bilmir. 
Toy gecəsi həyacanı və uğursuzluğu təkcə oğlanda olmur. 
Bəzən də cinsi əlaqədə özünü sıxan və bu səbəblədə əlaqəyə girə bilməyən gənc qızlar da olur. Cinsi əlaqəyə imkan verməyəyəcək qədər vagina əzələlərində sıxılma ilə müşaiyət olunan duruma VAGİNİZM deyilir. Bu qızın özündən asılı deyil və qətiyyən naz etmək, qarşı tərəflə seksdən imtina etmək anlamına gəlmir. Çünki baş verənlər bir psixoloji-tibbi pozuntudur və qızın istəksizliyi üzündən olmur. Sevgi olsa da bu baş verə bilər.
Bütün bu hallar bəzən öz özünə keçə bilər. Bəzən isə aylarla illərlə davam edir. Getdikcə evli cütlüklərin həyatı korlanır. Belə olanda əgər problemi özünüz həll edə bilmirsinizsə mütləq bir professionala müraciət etməlisiniz. Bunların müalicəsi var. Əgər bir-birinizi istəyirsinizsə , addım atın. Xurafatdan uzaq olun. Falçıya getsəz sizə cadu və ya bəddua olunduğunu deyəcəklər. Yaxud kimlərsə sizə ailənin və ya sizin  evlilik həyatınızın lənətləndiyi barədə cəfəngiyatlar danışa bilər. Bunlar sizi azdırmasın. Psixoterapiya və seksual təlimlər üzrə mütəxəssislər sizə doğru yardım edəcəklər.


Şərhlər:
Baxılıb: 2197
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz