Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klimaks nədir?
Klimaks nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1038
Səs ver:
Klimaks xəstəlik yox, sindromdur.
«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar.
Klimakterik dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir.

Klimakterik sindromun ilkin əlamətləri.
Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20 –yə çatmaqla, 30 dəqiqə davam edir. Çimnaz Atayevanın dediyinə görə, dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir: «Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və tez-tez hirslənir. Bütün bunlar klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır». Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki, klimakterik dövrdə sümük yumuşalır və bədəndə sınıqlar əmələ gəlir. Həkim – genekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal dərmanlarla müalicə olunmağı məsləhət görür: «Klimaks dövründə qadın eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir. Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez genekoloqa müraciət etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik dövrdə genekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq həvəsi versin».

Klimakterik dövrdə yaranan xəstəliklər.
Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma risqi artır. Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından şikayətlənirlər. Həkim-genekoloq bunun normal olduğunu bildirir: «Bu qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil. Qadınların 70 faizində bu qızartılar vaxt keçdicə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır». Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır.

Klimakterik dövrdə qidalanmaya diqqət edin.
Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər. Çimnaz Atayeva bunun çox təhlükəli olduğunu deyir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.

Erkən klimaks.
Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Çimnaz Atayeva erkən klimaksın normal olmadığını deyir: «Bəzən elə olur ki, bizə 30 yaşında klimaks dövrünə girən xəstələr müraciət edir. Bu insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur». Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeteryanlara da klimaks dövrü erkən başlayır və çox ağır keçir.

Kişilərdə də klimakterik dövr olur
El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir.
Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir. Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan, 20 % isə amneziyadan əziyyət çəkir.


Şərhlər:
Baxılıb: 1038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz