Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klonlaşdırma
Klonlaşdırma
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 645
Səs ver:
Klon – yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir.

Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər.

1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı. İkinci halda bütünlüklə formalaşmış quzulardan biri doğuş zamanı tələf oldu.

1997-ci ildə Yan Uilmut süd vəzisi toxumasından alınan donor nüvəsindən istifadə etməklə klonlaşdırılmış canlı – sonradan «Dolli» adlandırılan dişi quzu əldə edir. «Dolli» inkişaf etmiş məməlinin somatik (bədən) toxumaları vasitəsilə əldə edilən ilk klonal heyvandır. Onun nüvə donoru finndorsetinin (orijinalının) süd vəzisinin yetişdirilmiş toxuması idi. «Dolli» fenotipik baxımdan bu növlü qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna qətiyyən bənzəmirdi. Uğurlu nəticəyə baxmayaraq, onun ömrü qısa oldu. Altı ildən sonra – 2002-ci ildə «Dolli»də artritin inkişafı qeydə alındı. Alimlərin fikrincə, bu, klonlaşdırmanın yaratdığı gen mutasiyalarının (dəyişikliklərin) nəticəsi ola bilərdi. Artritdən başqa, «Dolli» həm də normal inkişafdan geri qalırdı. Həmin ilin fevralında ağciyərlərindəki xəstəliyin sürətlə artdığını görən həkimlər onu dərmanların köməyi ilə əbədi yatırdılar...

Klonlaşdırma və süni mayalanmanın fərqi

Bəzən klonlaşdırma süni mayalanma ilə səhv salınır. Bu, doğru deyildir. Süni mayalandırma dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq əkizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu, qanunauyğunluq kimi özünü göstərir. Məsələ burasındadır ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə, yaranan yeni orqanizm diploid nüvəsi götürülən orqanizmə genotip cəhətdən tam oxşayır.

Növləri

Klonlaşdırmanı iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv. Terapevtik klonlaşdırma – 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt, Parkenson xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s.) mübarizə aparmaq olar. Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan halda, rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində yeni fərd şəklində təzahür edir.

Hüquqi görüşlər

Hüquqi baxımdan əgər insan rüşeyminin inkişafı süni surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz. Amma eyni hərəkət insan hüququnun tapdalanması və etik cəhətdən cinayət kimi qəbul edilir. Bundan başqa dünyaya gələn klonun aqibəti onun kimə məxsus olması da mübahisəlidir. Əgər yumurtahüceyrə bir şəxsə, ona yeridilən diploid nüvəsi başqa şəxsə, həmin rüşeymin inkişaf etdiyi mühit (uşaqlıq) üçüncü şəxsə (surroqat ana) məxsusdursa, onda dünyaya gələcək insana hər üç səxsin iddiası ola bilər və hər üç şəxs bu insanın (klonun) valideyni sayıla bilər. Başqa bir hal: əgər tənha qadın ailə qurmadan övladının olmasını istəyirsə və bunun üçün öz yumurtahüceyrəsini elə öz diploid nüvəsi ilə «mayalandıraraq» özünə tam oxşayan insan alırsa, onda belə bir sual meydana çıxır ki, bu insanın atası kimdir?

Bir çoxları əkizləri qəbul edə biliriksə, klonu niyə qəbul etməyək kimi iddiayla çıxış edirlər. Qeyd etmək lazımdır ki, əkizlərlə klon arasında iki əsas fərq var. Birincisi, əkizlərin yaranması çox nadir halda baş verir. İkincisi, əkiz tay əvvəllər mövcud olmayan genetik kompozisiyanın dublundan yaranır. Lakin klonlaşdırmada mövcud olan insanın genetik kompozisiyası əsas götürülür və eyni genli insan «istehsal» edilir. Əkizlər isə məlum olmayan genetik təbiətə malikdirlər. Onların hər biri nadir və qiymətli şəxsiyyətlərdir.

Klonun orjinalından hansı xüsusiyyətləri ilə fərqləndiyini söyləmək çətindir, çünki muqayisə üçün belə imkan yoxdur. Ancaq heyvan klonları üzərində aparılan müşahidə və tədqiqatlar onu göstərir ki, klon heyvanların immun sistemi zəif olur, tez xəstələnir, tez qocalır və təbii ki, tez də məhv olurlar.

Bir şeyi unutmaq olmaz ki, klon bir canlının kserokopiyası və yaxud bənzəri deyil, sadəcə, identik əkizidir, nüsxəsidir. Klon öz orijinalından yaşca kiçik olur və onu orijinalı ilə səhv salmaq mümkün deyil. Bundan başqa, gələcəkdə hazırlanması mümkün olacağı təqdirdə, klon və orijinal insan müxtəlif barmaq izlərinə malik olacaq. Üstəlik, klon öz orijinalın yaddaşından heç nə mənimsəməyəcək.

Klonlaşdırmanın gələcəkdə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki burada variant müxtəlifliyi çoxdur. Bir fikri unutmaq olmaz: elm elə bir məfhumdur ki, insanın ondan necə istifadə etməsindən asılı olaraq, bəşəriyyəti xilas və yaxud məhv edə bilər. Ona görə də, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Əks halda bu, çox ağır fəsadlarla nəticələnə bilər.


Şərhlər:
Baxılıb: 645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz