Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi problemləri həll etməyin yeni üsulu
Cinsi problemləri həll etməyin yeni üsulu
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 828
Səs ver:
Cinsi problemləri həll etməyin yeni üsulu
Cütlüklərin ayrılmasının, ailələrin dağılmasının əsas səbəbləri arasında cinsi problemlər üstünlük təşkil edir. Statistika göstərir ki, hər 3 cütlükdən birinin boşanma səbəbi cinsi həyatdakı anlaşılmazlıqlardır.

Cinsi istəksizlik, kişilərdə erreksiya ola bilməmə kimi hallar ən çox rast gəlinən cinsi problemlərdəndir. Aparılan araşdırmalar nəticəsində bütün cinsi problemləri aradan qaldırmağın yeni üsulu tapılıb. Sekspatoloqlar seks həyatındakı problemlərin "seks detoksu” üsulu ilə həll olunduğunu bildirirlər. Bəs, "seks detoksu” nədir?

Orqanizmdəki toksinlərdən xilas olmaq və özünü daha sağlam hiss etmək üçün detoks pəhrizlərə müraciət edirik. Seks həyatındakı problemləri həll etmək üçün də detoks üsuluna müraciət etmək lazımdır.

Seks detoksunun qızıl qaydaları:
1.Zövqlərimiz daim dəyişir. Bu gün geyindiyimiz paltarı, sabah bəyənməyə bilərik. Unutmayın ki, sekslə bağlı zövqləriniz də dəyişə bilər. Ən çox xoşaldığınız pozadan ya da seks vərdişlərinizdən bezə bilərsiniz. Bu çox normaldır. Əgər bunun seks həyatınıza mənfi təsir etməsini istəmirsinizsə, sekslə bağlı dəyişən zövqünüzdən partnyorunuzu xəbərdar edin. Nəyi bəyənib bəyənmədiyinizi onunla bölüşün. Sizin istəkləriniz kimi partnyorunuzun zövqü də dəyişə bilər. Bunu danışaraq həll edə bilərsiniz. Yeniliklərə açıq olun.

2. Seks, sadəcə, yataq otağını əhatə edən bir fəaliyyət deyil. Bir çox cütlük bu mövzuda səhv addım atır. Onlar fiziki yaxınlıq qurmaq üçün yataq otağına getməyi gözləyirlər. Partnyorunuzu öpmək, onu qucaqlamaq üçün yataq otağına getməyinizə ehtiyac yoxdur. Gün ərzində fürsət tapdıqca onu qucaqlayın, öpün, kiçik komplimentlər deyin. Bunların heç biri üçün pul lazım deyil. Əgər diqqət görmək istəyirsinizsə, diqqət göstərin. Bir-birinizlə zarafatlaşın, gülüşün, onu əyləndirin. Əmin olun ki, gecə sizi zövq dolu saatlar gözləyir. Çünki verdiyiniz hər qram sevginin qarşılığını artıqlaması ilə alacaqsınız.

3. Partnyorunuz hər an seksə hazır olmaya, seks istəyinizi rədd edə bilər. Bunu özünüzə təhqir kimi qəbul etməyin. Partnyorunuzun bu davranışı sizi sevmədiyi, sizdən zövq almadığı anlamına gəlməz. Sadəcə olaraq, hər insanın orqanizmi fərqlidir. Hormonların səviyyələri insanın nə qədər ehtiraslı olacağını müəyyənləşdirir. Ortaq nöqtə tapmağa çalışın.

4. Partnyorunuzla bir problem haqqında, o cümlədən də seks həyatınızdakı problemlər haqqında danışanda diqqətli olun. Belə ki, problemin kimdən qaynaqlandığını və ya səbəbini vurğulamayın. Bunun əvəzinə problemin həll yollarından danışın. Dürüst olun.

5. Seks həyatında problem yaşayanların çoxu cinsi əlaqəyə girməkdən çəkinir. Bəzi cütlüklər sekslə bağlı problemləri həll olunana kimi cinsi əalqəyə girməkdən vaz keçirlər. Bu çox məntiqsiz addımdır. Çünki kiçik bir problemin daha da böyüməsinə, hətta münasibətlərinizin soyumasına səbəb olursunuz. İndi fikiləşin. Çirkli qabları mətbəxdə qoyub getsəniz, siz evə qayıdana kimi öz-özlərinə yuyulub təmizlənə bilərlərmi? Əlbəttə ki, yox. Problemlə üzləşməli və onu həll etməlisiniz. Yataq otağınızdakı problemi ancaq cinsi əlaqəyə girərək, səhvlərinizi və düzlərinizi müəyyənləşdirərək həll edə bilərsiniz.

6. Rənglər, səs və qoxu insan psixologiyasına ən çox təsir edən ünsürlərdir. Biz yeməyimizi ən şıq restoranda yeməyi, kokteylimizi dəniz mənzərəli çimərlikdə içməyi xoşlayırıq. Çünki gözəl mənzərə yediklərimizin, içdiklərimizin dadını daha da gözəlləşdirir. Bu qayda seks üçün də keçərlidir. Əgər cinsi zəiflik hiss edir, cinsi istəksizlikdən əziyyət çəkirsinizsə, yataq otağınızın dekorasiyasını dəyişdirin. Divarları sizi həyəcanlandıran rənglərə boyayın, böyük güzgülər qoyun, sizə xoş təsir edən rəsm əsərləri asın. Kiçik qoxulu mumlardan istifadə edin. Əgər yatağınızı da dəyişdirmək istəsəniz, daha bərk yataq alın. Çünki mütəxəssislər belə yataqda seksin daha çox həzz verdiyini bildirirlər.

7. Yataq otağında geyindiklərinizə fikir verin. Özünüzü daha cazibədar və seksual hiss edə biləcəyiniz geyimlər geyinin. Beləliklə, həm partnyorunuzu təəccübləndirəcəksiniz, həm də özünüzə olan inamınızı yüksəldəcəksiniz.


Şərhlər:
Baxılıb: 828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz