Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağrılı menstrual tsikillər (Dismenoreya)
Ağrılı menstrual tsikillər (Dismenoreya)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1138
Səs ver:
Dismenoreya qarın ve qasıqda menstrual qanama başlamadan öncə və qanama sırasında görülən ağrılardır. İki şəkildə görülə bilər. Primer (birincili) dismenoreya: Menstruasiya başladıqdan dərhal sonraki illərdə gənc yaşda başlar. Bir pelvik patologiya yoxdur. Menstrüasiya sonrasında endometriumda prostaglandin sintezinin artmasl səbəbiylə olur.. Ağrı adətən mens qanaması ilə birgə başlar və 2-3 gün dava edər. Bulantı, qusma kimi şikayətlər də ola bilər Sekonder (ikincli) dismenoreya: Burada ağrılara səbəb bir pelvik patologiya vardır. Səbəb endometrioz (ən sıx), adenomyoz, spiral, myoma, endometrial polip ola bilər.. Menstruasiya ağrısı (sancısı) uşaqliğın yığılmalarina bağlı olaraq əmələ gəlir.. Uşaqlıq mens sırasında qanaxmanı azaltmaq üçün və içərisində olan qanl çölə atmaq üçün yığılır. Xüsusilə doğmamış qadınlarda uşaqlıq boynu çox açıq olmadığı üçün aybaşı qanı daha çətin boşalır və mens ağrıları daha çox olur.
Səbəbləri:
- Endometrioz
- Myomalar
- Adenomyoz
- Pelvik iltihabi xəstəlik (PID)
- Qarındaki yapışıqlıqlar
- Spiral
- Premenstrual sindrom
- Yumurtalıq kistalari
- Serviks (uşaqlıq boynu) girişinin küretaj infeksiya kimi səbəblərə bağlı olaraq daralmış olması
- Uterus (uşaqlıq) polipləri
- Uşaqlıq daxili yapışıqlıqlar
- İmperfore hymen (qızlıq pərdəsinin aybaşı olmayacaq şəkildə qapalı olması)
- ikibunuzlu uşaqlıq və ya uşaqlıq daxilində arakəsmə olması
 

Diaqnoz
Dismenoreya səbəbini araşdırmaq üçün muayınə və ultrasəs müayinəsi aparilmalidir. Xüsusilədə ikincili dismenoreyada və müalicəyə cavab verməyən çox şiddətli xəstələrdə endometrioz kimi xəstəliklərin araşdırılması üçün laparoskopiya edilməsi lazimdir.
 

 
Müalicə
Müalicədə ağrı kəsici (non-steroid antiinflamatuar) dərmanlar sıx istifadə edilir. Bu ağrı kəsicilərin ağrının başlayacağı təxmin edilən gündən bir gün əvvəl qəbul edilməyə başlanması çok daha effektivdir, ağrı bitənə qədər istifadə edilir. Daha nadirən oral kontraseptivlər istifadə edilir. Ağrı kəsicilər mens qanini azalda bilir ancaq bu azalmanın heç bir zərəri yoxdur. Lokal olaraq isti uygulaması ağrını azaltmaqda faydalı ola bilir. Isti duş və ya ayaqlara isti vanna şəklində ola bilər. Əgər mens qanamasından öncə baş ağrısı, qarında şişlik,...vs problemlər olursa mensdən bir həftə əvvəl qida rasionunda duz azaldilmasi edilə bilər. Düzeənli yuxu faydalı ola bilər. Siqaretdən, yağlı qidalar və qəhvə istifadəsindən kaçınmak qaçınmalı Masaj da ağrını azaltmaq da faydali bir metoddur.. idman faydalı ola bilər. . Doğuşdan sonra (xüsusilə normal doğuşdan sonra) mens ağrıları adətən azalır. Bu hal uşaqlıq boynunun genişləməsinə bağlıdır. Altta yatan bir patologiya varsa dismenoreyaya yol açan xəstəlıklər lazımi tıbbi və cerrahi müalicə il aradan qaldirilir.


Nərmin Qəribova (uzman cərrah, mama-ginekoloq), BAKU MEDICAL PLAZA, Babek prospekti
Tel: 055 268 48 94



Şərhlər:
Baxılıb: 1138
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz