Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Spermoqrammanın nəticələri
Spermoqrammanın nəticələri
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 923
Səs ver:
1 il ərzində hamiləlik baş tutmazsa, ailə cütlüyü sonsuzluğa görə lazım olan müayinələrdən keçməli və lazım olduqda müalicə almalıdır.

Kişi mütləq spermoqramma verməlidir. Bəzi kişilər bu müayinədən utanır və ya bunu lazımsız bilirlər. Lakin bu müayinə olmadan sonsuzluğun əsl səbəbini aşkar etmək və sonsuzluğu tam effektli şəkildə müalicə etmək mümkün deyil.

Spermoqrammanın nəticələrinin maksimal düzgün olması üçün müəyyən şərtlərə riayət etmək lazımdır. Spermoqrammadan 3-4 gün əvvəl cinsi əlaqəyə girmək, saunaya getmək, isti vanna qəbul etmək, soyuqlamaq, alkoqol içkiləri qəbul etmək, güclü fiziki gərginliklərə məruz qalmaq (idman və s.) olmaz. Bu analizi verən kişi tam sağlam olmalıdır.

Kişidə spermoqrammanın normal olması həkimlərin işini xeyli asanlaşdırır. Bu halda həkimlərin bütün diqqəti qadın orqanizmində mümkün olan pozulmalara yönəlir.

Nəticələrə görə spermoqramma normal sayıla bilər və ya spermoqrammada müəyyən pozulmalar aşkar oluna bilər.

Spermoqrammanın nəticələri bu kimi ola bilər:

- Normospermiya. Bu o deməkdir ki, spermanın bütün göstəriciləri normaldır. Əgər bu halda hamiləlik baş vermirsə, problem qadının orqanizmindədir və ya ailə cütlükdə bioloji uyğunsuzluq var.

- Normozoospermiya. Spermanın bütün əsas göstəriciləri (həcmi, hərəkətlilik və s.) normaldır. Lakin spermanın mayalanma qabiliyyətinə təsir etməyən bəzi dəyişikliklər də vardır  (məsələn, dairəvi hüceyrələr artıq saydadırır, pH-ın, qatılığın, eyakulyatın durulaşmasının göstəriciləri bir qədər normadan kənardır və s.). Bu dəyişikliklərin səbəbi kişinin yaşı, cüzi iltihab ola bilər. Lakin qadın sağlamdırsa və bioloji uyğunsuzluq yoxdursa, hamiləlik baş tutmalıdır.

- Oliqospermiya. Eyakulyatın miqdarının az olması (2 ml-dən az). İlk dəfə kişidə oliqospermiya təyin olunduqda, bu narahatçılıq üçün səbəb sayılmır. Spermoqramma təkrar verilməlidir ki, bunun səbəbi kişinin təcrübəsizliyi (spermanın bütün həcmi konteynerə yığa bilmədi və s.), analizdən əvvəl cinsi əlaqə, güclü fiziki gərginliklər (idman zalında məşğələlər və s.), hər hansı xəstəlik və s. ola bilər. Əgər bir neçə analizdən sonra diaqnoz təsdiq olunarsa, bu hal sonsuzluğa səbəb ola bilər. Oliqospermiyanın səbəbi köhnə iltihab, xayalığın travması, bəzi nadir hallarda hormonal problemlər ola bilər. Kişi uroloqa və ya androloqa müraciət etməli, lazım olan müayinələrdən keçməli və müalicə almalıdır.

- Oliqozoospermiya. Spermatozoidlərin miqdarının kifayət qədər olmaması  (spermanın 1 ml-də spermatozoidlərin 20 milyondan az olması). Səbəb - travmanın və iltihabın nəticəsində xaya toxumasının çapıqla əvəz olunması, nadir hallarda kişidə olan hormonal  pozulmalar. Oliqozoospermiya sonsuzluğa səbəb ola bilər. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Azoospermiya. Spermada spermatozoidlərin olmaması. Bu halda sperma şəffaf olur. Səbəb - iltihablar, kişi cinsiyyət sisteminin anadangəlmə patologiyaları, travmalar, varikosele, genetik mutasiyalar. Bir çox hallarda müalicə mümkünsüz olur.

- Astenozoospermiya. Spermatozoidlərin hərəkətliliyinin kifayət qədər olmaması (A kateqoriyalı spermatozoidlərin sayının 25%-dən az olması və ya A+B kateqoriyalı spermatozoidlərin sayının 50%-dən az olması). Səbəb - təzə iltihab, bəzi hallarda kişidə olan hormonal  pozulmalar. Müalicə effekt vermədikdə süni mayalanma üsullarında istifadə oluna bilər.

- Akinozoospermiya. Spermada spermatozoidlərin tam hərəkətsizliyi. Səbəblər - mühitin faktorları (yüksək hərarət, vibrasiya, radiasiya, narkotiklərin qəbulu və s.), hormonal problemlər, autoimmun xəstəliklər. Əksər hallarda akinozoospermiya zamanı süni mayalanma üsullarından istifadə olunur.

- Teratozoospermiya. Anomaliyalı spermatozoidlərin (quyruqsuz, başsız və s.) sayının artması (50%-dən artıq). Səbəblər - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Bir çox hallarda zədələyici faktor aşkar etmək mümkün olmur. Müalicə effekt vermədikdə, süni mayalanma üsullarından istifadə olunur.

-  Nekrozoospermiya. Spermada canlı spermatozoidlərin olmaması. Səbəb - mühitin təsiri, hormonal problemlər,  autoimmun xəstəliklər, genetik faktorlar. Zədələyici faktoru müəyyən edərək onu aradan qaldırmaq mümkün olmadığı halda, süni mayalanma üsullarında istəfadə oluna bilər.

- Leykositospermiya. Spermada leykositlərin sayının artması (1 ml spermada 1 mln. leykositlərdən  artıq). Səbəblər sidik-cinsiyyət sisteminin iltihabı, bəzi hallarda isə prostat vəzinin və ya xayalığın təzə travması.

- Hemospermiya. Spermada eritrositlərin olması (normada olmamalıdır). Bu halda sperma çəhrayı və ya qəhvəyi rəng ala bilər. Əksər hallarda bunun səbəbi sidik-cinsiyyət sisteminin iltihabi prosesləri və ya travma, nadir hallarda isə adətən yaşlı kişilərdə həmin orqanların xərçəngi.


Şərhlər:
Baxılıb: 923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz