Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə cinsi əlaqə problemləri
Ailədə cinsi əlaqə problemləri
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1456
Səs ver:
Sevgi və cinsi əlaqə iki insan arasında bir qarşılıqlı təsirdir. Düzdür çoxları sevgi ilə cinsi əlaqənin heç bir yaxınlığının olmadığını iddia etsə də, əslində cinsi əlaqələrin çoxu elə sevgidən başlayır. Yaxınlıq qurmaq insanın özünü, duyğu və düşüncəsini və hətta bədənini, iç dünyasını bir başqasına açmasıdır, nizamlanmış düzgün seks isə heç vaxt qəbahət sayıla bilməz.
Münasibətlər və cinsi əlaqə insana çox vaxt sevilməyə dəyər biri olduğu duyğusunu yaşadar və bu duyğu insanı daha da xoşbəxt edər. Xoşbəxt, nizamlı, paylaşan, yaxın əlaqə içində olmaq çox insanın, qadın və kişinin, istədiyi bir vəziyyətdir.

İnsanlar cinsi əlaqələr baxımından, doyum baxımından fərqlidir. Fərdin cəmiyyətdəki əlaqələri, həyat şərtləri, içində olduğu mədəniyyət mühiti, həyat boyunca cinsi təcrübələrini inkişaf etdirdiyi kimi, müxtəlif faktorlar bu fərqləri təyin edər. Cinsi həyatda axsaqlıqlar fərd üçün həzz və doyum duyğusunu itirməkdən kənar bir çətinlik qaynağıdır. Cinsi problemlər, insana sevməmə, bəyənilməmə, tərk edilmə qorxusu, təklik, özünə etibarsızlıq və erkən boşalma digərlərinə görə əskiklik kimi duyğular yaşadar.

Sağlamlıq «fiziki, ruhi və ictimai baxımdan yaxşı olma halı» olaraq tərif edilə bilər. Bu ünsürlərdən biririnin axsaması halında digərləri də təsirlənəcək və həyatı xoşbəxt bir şəkildə davam etdirə bilmək qeyri-mümkün hala gələcək. Cinsi sağlamlıq xüsusilə, bu ünsürlərin hamısını geniş bir şəkildə əhatə edir. Cinsi əlaqə hər cəmiyyətdə ictimai dəyərlərin və inancların da təsiri altındadır. Bu səbəblə gərək kişilərimiz gərəksə qadınlarımız cinsi sağlamlıqları ilə əlaqədar bir problem yaşadıqlarında bunu aşkar etməkdən, həkimə getməkdən çəkinirlər. Halbuki xüsusilə cəmiyyətimizdə hər yaşda qadın və kişidə bu problemlər çox geniş şəkildə var.

Cinsi problemlər
Cinsi problemlər, qadın ya da kişinin, cütün sağlam və doyurucu bir cinsi həyat qurmalarını və davam etdirmələrini maneə törədən tibbi, psixoloji, ictimai və mədəni bütün problemləri əhatə edir. Bunlar cinsiliklə əlaqədar qorxu və qayğılar, utanma, günahkarlıq və günahkarlıq duyğuları, cinsi istəksizlik və soyuqluq, cinsi birləşmə qura bilməmə, cinsi birləşmə əsnasında ağrı ya da sıxılma, kişilərdə sərtləşmə çətinliyi, erkən boşalma ya da boşalmada güclülük, qadınlarda həzz almama vs. Mövzulardakı müxtəlif geyindi ya da qorxulardan meydana gəlməkdədir. Əlavə olaraq yoldaşlar arası cinsi uyğunlaşma, anlayış və yanaşma fərqlilikləri ilə əlaqədən qaynaqlanan müxtəlif cinsi problemləri də bunlara əlavə etmək lazımdır.
Kişilərdə ən sıx görülən cinsi funksiya pozuqluqluğu sərtləşmə ilə əlaqədardır. Yetkin kişilərin 15%-də, 50 yaş üzəri kişilərin 30%-də cinsi istək itkisi görülməkdədir. Dünyada, kişilərin %30-də erkən boşalma, 10&-də isə boşala bilməmə problemi var.

Qadınlarda cinsi istəksizlik və orqazm ola bilməmə ya da orqazm olmada çətinlik ən sıx rast gəlinən problemlərdir. Bənzəri nisbətlər qadınlar üçün də etibarlıdır. Qadınlarda cinsi orqanın girişindəki əzələlərin cinsi birləşmə qorxusu ilə, psixoloji səbəblərlə sıxılması və cinsi birləşmənin reallaşa bilməməsi problemi də var.

Cinsi funksiya pozuqluqlarının səbəbləri
Səbəblər damar xəstəliyi, şəkər vs. kimi fiziki bir xəstəliyə bağlı ola biləcəyi kimi, psixolojik səbəblərə də bağlı ola bilər Əvvəla bu problemlərə öz aralarında əlac tapmağa çalışmalıdırlar. İstər qadınlar, istərsə kişilər öz aralarında danışaraq bu problemlərin həlli üçün çalışmalıdırlar. Bundan əlavə, cinsi əlaqə insanları maraqlandırdığı kimi, həm fiziki həm də psixoloji ölçüləri əhatə etməkdədir. Bu səbəblə bəzən tək bir mütəxəssis tərəfindən həll edilməsi kafi olmaya bilər. Bu gün müasir tibb tətbiqlərində bu problemlər, mütəxəssis qrupları tərəfindən həll edilməkdədir.

Müalicənin fəaliyyəti
Səbirli və nizamlı müalicələrdə cinsi funksiya pozuqluqlarının böyük əksəriyyətinə çarə olur gərək fərdlər, gərəksə cütlər bu problemi müəyyən nisbətlərdə aşaraq daha sağlam və xoşbəxt bir həyata başlaya bilirlər. Cinsi problemlərin bir «qismət» olmadığı, bu sahədə mütəxəssisləşmiş mərkəzlərə müraciət edildiyində nəticənin üz güldürücü olacağı bilinməlidir. Kəslər ya da cütlər həkimə getməkdən çəkinməməlidirlər.

Cinsi problemlər çox vaxt həm kişi, həm də qadınlarda ruhi zədə faktoru ola bilər. Çarə tapılmazsa bədbəxtlik, həyatdan zövq ala bilməmə, özünü dəyərsiz hiss etmə kimi əlavə problemlərə gətirib çıxararaq vəziyyəti daha pis hala sala bilər. Əlavə olaraq gündəlik həyatda, başda yoldaşı olmaq üzrə insanlar arasında əlaqələri poza bilər.


Şərhlər: 5
Baxılıb: 1456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zeynebin nevesi
Fizioloji engellere "okay" deyek,bes psixoloji?Tebii ki,metnde sohbet yeni aile quranlardan getmir.Utancaqliq,sixilma axi neye gerek olsun ki?Mence,bele olmamagi uchun hech olmasa nishanliliq doneminde utancaqligi aradan qaldirmaq lazimdir.Yoxsa bele teqdirde boshanma ve ya xeyanet riski qachilmazdir.
30 iyul 2015 16:23
# 5
yarpaq33
Eyer ailede kiwi ve qadinin bir birine qarwi istek varsa bele problemler yawanmir her weyde oz yolunda gedir
Bele problemler esas isteksiz ailelerde olur birxde ki kiwiler ora bura gedende oz heyat yoldawina qarwi istey olmur qadindada psixaloji ola biler ve ya hansisa qadin xesteliyinden
30 iyul 2015 11:59
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tatyana
Mence cinsi problemlerin helli mualice deyil,iki insan arasindaki munasibetin yaxsi,pis olmasindan ireli gelir isteksizlik
30 iyul 2015 09:12
# 3
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Cinsi elaqe ailede en onemli faktorlardandir. Bezen onun az olmasi ya da hec olmamasi aileleri dagidir.
30 iyul 2015 08:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gul_Konul
Ailede qarwiliqli anlawmanin bu elaqeyede musbet tesiri var

mence
30 iyul 2015 02:54
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz