Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya zamanı cinsi həyat
Menstruasiya zamanı cinsi həyat
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 1586
Səs ver:
Menstruasiya zamanı cinsi əlaqədə olmaq olarmı? Bu sual bir çox qadını düşündürür! Qadınların əksəriyyəti bu dövrdə tamamilə cinsi münasibətlərdən çəkinirlər. Bəzilərini də belə bir sual düşündürür ki, bəlkə bu dövrdə müəyyən gigiyenik qaydalara riyayət edib münasibətdə olmaq mümkündür?

Dəyər, yoxsa yox?
Bir çox cütlüklər üçün bu dövrdə cinsi həyat yol verilməzdir, bu, həm menstruasiya zamanı gələn qana, həm də bir çox qadınların rastlaşdığı diskamforta görə olur. Belə ki, çoxlarını da maraqlandırır ki, axı bu bir gün davam edən proses deyil, həm də hər gün axıntının miqdarı çox olmur. Bu zaman münasibətlərin təxirə salınması tək fizioloji deyil, həm də mənəvi səbəblərdən də olur. Bu sualın cavabını  adətən hər cütlük özü fizioloji vəziyyətinə və arzusuna görə həll edir. Burada qəti qadağa yoxdur. Bu, insanların şəxsi düşüncələrindən, dini inanclarından, estetik mənfi cəhətlərindən, narahatlığından və utancaqlıqlarından aıslı olan haldır.

Bu nə vaxt təhlükəlidir?
Menstruasiya zamanı uşaqlıq daxilində endometriya prosesi gedir, yəni uşaqlığın daxil divarının dağılması baş verir, üstü açılmış damarlardan qan xaric olmağa başlayır. Bunun nəticəsində uşaqlığın yolu  yumşalır və ifrazata səbəb olması üçün asanlıqla açılır. Ona görə də bu dövrdə cinsi əlaqədə olan zaman infeksiyanın asanlıqla uşaqlığa daxil olması və orada iltihaba səbəb olması riski artır. Risk qrupuna sağlamlığında müxtəlif problemləri olan, xroniki xəstəliklər keçirən və kiçik çanağında iltihabi prosesləri olan qadınlara aiddir. Qanaxmanın 3-cü günü infeksiyaya yaxalanmaq riski daha yüksəkdir. Ona görə də ilk 3 gün cinsi həyatdan uzaqlaşmaq tövsüyə olunur.

Təkcə qadınlar deyil, kişilər də bu zaman infeksiyaya tutulma riski ilə üz-üzə olurlar, belə ki, mikrob kişi cinsi orqanlarını və sidik kisəsini belə yoluxdura bilər. Bundan qorunmaq üçün prezervativlərdən istifadə olunmalıdır. Cinsi əlaqədən əvvəl və sonra cinsi orqanların təmizliyinə fikir verilməlidir.

Menstruasiya zamanı sekslə mütəmadi məşğul olmaq  tövsiyə edilmir, belə ki, güclü qanaxma baş verə və uşaqlığın ətrafında möhkəm spazma yarana bilər, buna səbəb isə qan dövranında dəyişikliklərin baş verməsidir. Bu, kiçik çanaqda diskomfort hissi yarada, hətta spazmolitik xəstəliklərin yaranmasına da yol aça bilər.

Əgər menstruasiya dövründə cinsi münasibətdə olmaq sizin üçün normal hal sayılırsa, bu zaman gigiyena qaydalarına ciddi əməl olunmalı, şəxsi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Bundan əlavə unutmayın ki, bu dövürdə sekslə məşqul olmaq sizin hamilə qalmayacağınıza zəmanət vermir. Bu, menstural tsikli sabit olmayan qadınlarda daha risklidir. Buna görə də hətta bu dövrlərdə də kontraseptivlərdən isifadə etməyi unutmayın!


Şərhlər: 13
Baxılıb: 1586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
hem gunahdi hem ziyan ..ne vacibdi
12 iyul 2015 14:55
# 13
Vuska87
Islamda haramdi mensturasya zaman cinsi elaqe.ona gore haramdiki hem qadina hem kiwiye infeksiyalar duwe biler.hemde iyrencdi axi.5ildi aile qurmuwam ne men icaze vermerem.nede yoldawim istemez.hem dini baximnan hemde iyrencilik...
12 iyul 2015 13:04
# 12
neri
vacibdiki bu 3gunde ola nese.? olmaz pis seydi.3gun dozulsun
12 iyul 2015 13:04
# 11
Sert
Marta
Dinde gunahdir-cunki qadin o dovrunde hessas olur onu narahat etmek olmaz. Belede bir hefte gozlemeye ne varki..
12 iyul 2015 13:01
# 10
Немного терпения, и у тебя все получится..
Luna-90
Hemise zorla qoruyurdum o gun qoruya bilmedim ona gore narahat idim bu movzu mene vacib idi oxudum bildim.
12 iyul 2015 11:49
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Mrs.Pianist
Dində günahdı.
12 iyul 2015 11:42
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
Luna-90
Men bunu qetiyyen ola bilmez bilirdim sen deme olurmus .mikrob problemini bilirdim.o gun internetde bu movzunu axtardim tapmadim.cunki vacib lazim idi :)
12 iyul 2015 11:39
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
yarpaq33
Bu hal dinimizde hem gunahdi hemde qadagandi
12 iyul 2015 10:45
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Ayten666
Fuuu...yazig pasdelin halina
12 iyul 2015 10:14
# 5
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Nazlinci
Ayy iyrenclikdi nece rahat olmaq olar bele veziyyetde?yoldaşim da men de iyrenirik bele şeyden,hem de günahdı
12 iyul 2015 09:54
# 4
BARBI
Hec vaxt olmaram. Dinde cox gunahdir hem de iyrenclikdir.
12 iyul 2015 07:23
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Ne mecburdu ki, gunler aylar bitmediki, tesekkur melumat ucun.
12 iyul 2015 04:34
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Iyrenclikdi,o veziyetde ne olub ele qac ha qac deyilki 5-6gun gozlemek coxmu cetindiki
12 iyul 2015 04:26
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz