Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi həyatı məhv edən 7 vərdiş
Cinsi həyatı məhv edən 7 vərdiş
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 1516
Səs ver:
Gün ərzində atdığınız yanlış addımlar cinsi həyatınıza mənfi təsir edə bilər. Bəzən heç bir səbəb olmadan seksual hisslərinizin zəiflədiyini, partnyorunuzla əvvəlki vaxtlarla müqayisədə daha az intim münasibətdə olduğunuzu fərq edə bilərsiniz.
 
Bu zaman hər hansısa xəstəlikdən şübhələnmək olar. Ancaq 90 faiz hallarda seks həyatının bitməsinə səbəb gün ərzində etdiyiniz kiçik xətalar, adət halını alan davranışlar olur.
 
Bu mövzuda araşdırma aparan sekspatoloqlar həmin vərdişləri aşağıdakı kimi sıralayırlar:
 
1.Həftə sonunu evdə yataraq keçirmək
Həftə sonları günorta saatlarına qədər yatanlarda cinsi istək azalır.
Doktor Maykl Bryus həftənin günlərindən asılı olmayaraq həmişə eyni saatda yatıb, eyni vaxtda oyanmağı tövsiyə edir. Onun sözlərinə görə, bir gecə yatağa 23:00-da girib, o biri gecə saat 03:00-da yatmaq həm sağlamlıq baxımından təhlükəlidir, həm də cinsi həyata pis təsir edir.
 
Çünki yuxu rejimini pozan insanlarda seks hormonlarının səviyyəsi aşağı düşür.
Yuxu rejimi pozulan qadınlarda isə stress hormonları artır. Bu hormonlar testosteronun səviyyəsini aşağı salaraq cinsi həvəsi zəyiflədir.
 
Mütəxəssislər aktiv cinsi həyat üçün səhərlər erkən oyanmağı tövsiyə edirlər. Çünki səhərlər həm qadınların, həm də kişilərin testosteron səviyyələri pik nöqtəyə çatır.
Odur ki, həmin saatlarda sevişmələr daha ehtiraslı olur.
 
2. Bədən ölçüsünü kompleks etmək
Düzdür, kişilər də artıq kilo alanda narahat olurlar. Ancaq qadınlar bədənlərindəki demək olar ki, bütün orqanların öçüsüylə maraqlanırlar. Ayna qarşısına keçib, qarnında piy görəndə və ya ombasının daha böyük olmasını düşünəndə stressə girirlər. Stressin testestoron hormonuna pis təsir etdiyini yuxarıda vurğulamışdıq. Bədən ölçülərini kompleks etməyin digər bir mənfi tərəfi də belə insanların zamanla seksdən uzaqlaşmasıdır.
Unutmayın ki, sizin üçün qüsur kimi görünən hərhansı bir xüsusiyyət partnyorunuzun xoşuna gələ bilər. Özünüzə inanın və cinsi həyatınızın məhv olmasına imkan verməyin.
Kişilər televiziyada, reklamlarda gördükləri qüsursuz bədənə sahib olan qadınları bəyənsələr də, real həyatda ehtiraslı seks üçün bədən formasının elə bir əhəmiyyəti yoxdur.
 
3. Hamiləlik əleyhinə dərmanlardan istifadə etmək
Bəzi xanımlar rahatlığa üstünlük verərək hamiləlik əleyhinə dərmanlardan istifadə edirlər. Bəzən də bunu qadından həyat yoldaşı xahiş edir. Çünki kişilərin çoxu perezervativdən istifadə etməyi xoşlamır.  Ancaq çoxları bilmir ki, bu dərmanlar cinsi həvəsi azaldır. Hamiləlik əleyhinə olan dərmanların tərkibindəki maddələr seks hormonlarının sürətlə azalmasına gətirib çıxarır.
Əgər istifadə etdiyiniz dərmanın seks istəyini azlatdığından şübhələnirsinizsə, mütləq həkimlə məsləhətləşin. Həkiminiz sizə ən uyğun dərmanı tapmaqda köməklik edəcək.
Təbii ki, həyat yoldaşınızı perezervativə alışdırmaq da çıxış yolu ola bilər.
 
4.İdmanla məşğul olmamaq
Əgər gün ərzində sadəcə stul arxasından maşına, oradan da rahat divana addımlamaq xaricində hərəkət etmirsinizsə, seks istəyinizin azalmasına təəccüblənməyin.
Hərəkət etdikdə qan dövranı sürətlənir. Bütün gün hərəkətsiz qaldıqda isə əksinə qan dövranı yavaşlayır. Bu isə  özünüzü yorğun və halsız hiss etməyinizə səbəb olur.
Belə halda sevişməyi ağlınıza belə gətirmirsiniz, evə çatan kimi ancaq yatmaq haqda düşünürsünüz.
Bu problemin həlli elə də çətin deyil. Hər gün yarım saat da olsa idmanla məşğul olun. Hətta partnyorunuzla birlikdə idman salonuna getmək ən yaxşı variantdır.
 
5. Axşam yeməklərini gec yemək
Axşam yeməyini saat 20:00-dan sonra yemək artıq kiloya və bir sıra xəstəliklərə səbəb olmaqla yanaşı cinsi istəyin azalmasına da səbəb olur.
 
Axşamlar ağır yeməklər yedikdə həzm sistemi gücə düşür. Bədən mədəyə daha çox qan göndərməli olur. Cinsi orqanlara isə kifayət qədər qan getmir.
 
Axşamlar yağlı, karbonhidratlı xörəklərdən uzaq durun. Belə yeməklər yuxunuzun gəlməsinə, süstləşməyinizə səbəb olacaq.
Əgər partnyorunuzla ehtiraslı saatlar keçirmək istəyirsinizsə, axşamlar saat 19:00-dan sonra heç nə yeməyin. Əgər güclü aclıq hiss etsəniz yarım kasa yağsız qatıq yeyin.
Bu tövsiyəyə əməl etsəniz, gecə özünüzü daha enerjili hiss edəcək və sevişməyə hazır olacaqsınız.
 
6. Yatmazdan öncə xəbərləri izləmək
Stress seksin ən böyük düşmənidir. Siz isə gecələr yatmazdan öncə informasiya saytlarına daxil olur, televiziyanı izləyir, dünyanın və ölkənin problemləriylə özünüzü yükləyirsiniz.
Siz fərqində olmasanız belə mənfi nüanslı xəbərlər şüuraltına təsir edir. Ölüm-itim xəbərlərini izlədikdən, dünyadakı ədalətsizlik, haqsızlıq haqqında uzun-uzadı düşündükdən sonra kim sekslə məşğul olmaq istəyər ki!?
Təbii ki, heç kim. Ona görə də mütəxəssislər xüsusilə də gecələr xəbər izləməməyi tövsiyə edirlər.
 
Əgər boş vaxtınızı dəyərləndirmək istəyirsinizsə, zövqünüzü oxşayan kitablar oxuyun. Ya da partnyorunuzla söhbətləşin. Seks həyatınızda müsbət dəyyişikliklər olduğunu ən qısa zamanda hiss edəcəksiniz.
 
7. Spirtli içki düşkünlüyü
Mütəxəssislər bildirirlər ki, həftə sonu dostlarla birlikdə əyləncəli zaman keçirərkən içilən 1-2 qədəh içki zərərli deyil. Ancaq bu qədəhlərin sayı 7-8-i keçirsə, narahat olmağa dəyər.
Spirtli içki önəmli sağlamlıq problemlərinə səbəb ola bilir.
Düzdür, 1-2 qədəh içki içdikdə insan sekslə məşğul olmağa daha meyilli olur. Ancaq içkinin miqdarı artıdca seks həvəsi də azalır. Mütəmadi olaraq spirtli içkidən istifadə edənlərdə isə bu qalıcı problemə çevrilir.


Şərhlər: 6
Baxılıb: 1516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Hələki bir fikrim yoxdu....
26 aprel 2015 15:35
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nezka
Yuxudan indi durmuşame
26 aprel 2015 13:22
# 5
İçimi görsən mənə aptek alarsan.
Rakella
Adam heftesonu durmaq istemir axi. Men ele indi durmusam yaxsi ki aileli deyilem
26 aprel 2015 12:51
# 4
Impossible is not a word,it's just a reason for someone not to try
BARBI
Bele seyler hamisi cinsi heyata tesir gosterir.
26 aprel 2015 10:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Biz ama deyirik hefte sonu gelseydi 12ye kimi yatardox))))bow bow weylerdi,fikir vermiyin)))
26 aprel 2015 02:20
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Meleknur
Bir fikrim yok bu konuda 09
26 aprel 2015 02:06
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz