Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək olarmı?
Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək olarmı?
Göndərən: ruzgargulum
Şərhlər: 8
Baxılıb: 1995
Səs ver:
Bu məsələyə bir-neçə yöndən münasibət bildirmək olar. İlk əvvəl bu vasitələrdən hansı məqsədlə istifadə edilməsini bilmək vacibdir. Təbii ki, burada elə səbəblər vardır ki, bu,  cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilməsini tələb edir. Məsələn, cəmiyyətimizdə maddi çətinlik səbəbindən bəzi ailələr çox uşaq dünyaya gətirmək istəmirlər. Yaxud da qadının səhhətində yaranan bəzi problemlər də onun uşaq dünyaya gətirməsinə mane ola bilər. Məhz  bu və  ya digər üzürlü səbəblər olarasa,  cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək mümkündür.  Habelə istifadə ediləcək vasitələrin hər iki tərəfin orqanizminə mənfi təsir edib-etməyəcəyi də nəzərə alınmalıdır.

İstifadə ediləcək vasitələrə keçməzdən əvvəl qeyd etmək istərdik ki, uşaq dünyaya gətirmək, ona süd vermək və onu böyüdüb boya-başa çatdırmaq qadınların ümdə vəzifəsidir. Sadalananları yerinə yetirmək üçün qadının cismən və mənən sağlam olması vacibdir.

Suala gəldikdə isə İslam dinində cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə edilib-edilməməsi məsələsi müxtəlif yönlərdən izah edilir. Bunları aşağıdakı kimi sıralamaq olar:

Əzl: Kişinin cinsi əlaqə zamanı spermanı kənara boşaltmasıdır. Peyğəmbərimiz (s) bəzi hədislərində bu üsuldan istifadə etməyə icazə vermişdir. Hənəfi məzhəbinin alimləri də qadının icazəsi olarsa, "əzl”in caiz (icazəli) olmasına hökm vermişlər.

"Əzl” qorunma vasitələrindən biridir. Müasir dövrdə yeni üsulların tətbiqi ilə də qorunma mümkündür. Bu, qadının hamilə qalmasının qarşısını alır. Məsələn, qadının yumurtalıqlarının, kişinin isə prostat vəzisinin kəsilib götürülməsi və.s. Ancaq bu vasitələr insan fitrətinə ziddir. Bu səbəbdən İslam alimləri də bunun haram olduğunu bildirmişlər.

Qadının analıq kanallarının bağladılması: Bu, cərrahiyyə əməliyyatı ilə  yumurtalıqlara gedən kanalların bağladılması üsuludur. İslam alimləri bu üsulun da zərərli olduğunu deyirlər. Çünki bu, Allahın bəxş etdiyi fitrətə müdaxilə etmək deməkdir və bunun sonsuzluğa gətirib çıxarma ehtimalı daha çoxdur. Bəzən belə vasitələrin sonsuzluqla yanaşı, gələcəkdə xəstə və şikəst uşaqların dünyaya gəlməsinə şərait yaratdığı bir çoxlarına məlumdur.

Qoruyucu rezin (prezervativ): "Əzl”dən daha asan olduğu üçün, "əzl”ə icazə  verən alimlərin bu üsula da icazə verdikləri məlumdur.

Spiral qoydurmaq: İbn Abidin özünün  "ən-Nəhr” adlı kitabında bu vasitəylə qorunmağa icazə verir.  O,  öz kitabında yazır ki, "Qadın analıq kanallarını bağlamaq haqqına sahibdir. Ancaq bunu öz ərinin icazəsi olmadan edərsə, bu haramdır”.

Həblərdən istifadə etmək: Kişi və ya qadın müxtəlif həb və dərmanlardan istifadə  etməzdən əvvəl, şəriətə və öz peşəsinə dərindən bələd olan həkimlə məsləhətləşməlidir. Bu dərmanların qadına, kişiyə və insan  orqanizminə nə qədər zərərli olub-olmaması dəqiqləşdirilməlidir.

Xülasə, qadınla kişi ümumi mənafedən çıxış etməklə cinsi əlaqə zamanı qoruyuculardan istifadə edə bilərlər.


Şərhlər: 8
Baxılıb: 1995
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayselina
Məncə spirial qoydurmaq ən yaxşısıdır..
10 aprel 2015 14:29
# 8
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
birdane
Sitat: Qlamurr
həblərin zərərli olduğunu düşünürəm.

bacican eger hekimin ginekoloqun sene icaze verirse ziyani yoxdu men heblerden istifade edirem hekim mesleheti ile atiq 2ildi wukurler olsunki mene duwur ziyan vermir
10 aprel 2015 13:11
# 7
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Qlamurr
Başqa vasitələri demirəm,ancaq həblərin zərərli olduğunu düşünürəm.
10 aprel 2015 11:40
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nur k-off
Evli olmadigim ucun hec bir fikrim yoxdur
10 aprel 2015 10:30
# 5
SVETA
BARBI
Bele usullar ziyandi xususende hebler cox ziyanlidi ilk hamilelik yasamamis xanimlar heblerden istifade etmesin
10 aprel 2015 09:37
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Lucia
Lazım olandan istifadə edirik.
10 aprel 2015 09:18
# 3
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Luna-90
Ne ondan istifade etmisik nede spiraldan cunki hec ehtiyac yoxdu hamile qala bilmirem.
10 aprel 2015 08:29
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Nezka
Məncə istifadə olunmalıdı
10 aprel 2015 08:03
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz