Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın cinsiyyət sisteminin bəzi patologiyaları və sonsuzluq
Qadın cinsiyyət sisteminin bəzi patologiyaları və sonsuzluq
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1347
Səs ver:
Bildiyimiz kimi, normada qadının xromosom dəsti 46, XX olur. Nadir hallarda yenidoğulmuş qız uşağında xromosom dəsti 45, X olur.
Belə uşaqlarda boyun, xarici və daxili cinsiyyət üzvlərinin inkişafdan qalması və digər patoloji hallar qeyd edilir.
Yetkinlik dövrünə çatmış belə qadınlarda sonsuzluq olur. Əfsuslar olsun ki, sonsuzluğun bu növü heç bir müalicəyə də tabe olmur.
 
Qadın cinsiyyət sisteminin anadangəlmə patologiyaları (uşaqlığın, uşaqlıq borularının, yumurtalıqların olmaması, uşaqlıq infantilizmi, uşaqlığın öz quruluşunda olan qüsurlar və s.) da sonsuzluğun səbəbi ola bilərlər. Xoşbəxtlikdən bu cür anadangəlmə patologiyalar çox nadir hallarda təsadüf edilir.
Yəhərvari və ya ikibuynuzlu uşaqlıq – uşaqlığın anadangəlmə patologiyaları arasında daha çox təsadüf edilir. Birinci halda uşaqlığın dib hissəsi onun daxilinə doğru "içəriyə” əyilmiş olur ki, bu da müayinə vaxtı yəhər formasını xatırladır. İkibuynuzlu uşaqlıq zamanı çəpər vasitəsi ilə uşaqlıq iki hissəyə bölünür.
Bəzi hallarda bu patologiyaları olan qadınlar heç bir müalicə aparılmadan hamilə olub, hamiləliyi sonadək çatdıraraq uşaq doğa bilirlər. Ancaq əksər hallarda, bu patologiyalar zamanı, uşaqlıq və yumurtalıqlar kifayət qədər inkişaf etmədiyi üçün, qadınlarda aybaşı və dölyaratma funksiyaları da müəyyən dərəcədə pozulmuş olur.
Uşaqlığın istənilən növ anadangəlmə qüsurları da hamiləliyin sona qədər daşınmaması və sonsuzluğa səbəb ola bilər.
Sonsuzluğa səbəb ola bilən uşaqlığın patologiyalarından biri də uşaqlıq infantilizmi ("qız uşaqlığı”) adlandırılan xəstəlikdir. Bu halda cinsi inkişaf dövrünə çatmış olan qadının uşaqlığının ölçüləri normal halda olduğundan kiçik olur. Bu hal yalnız uşaqlığın deyil, bütün orqanizmin anadangəlmə patologiyası ola bilər. Bələ qadınlarda əsasən aşağıdakı əlamətlər qeyd olunur: yuxarı və aşağı ətrafların uzun olması, boyun hündür olması, bədənin gövdə hissəsinin qısa olması, çanağın dar olması, qadınlara məxsus tipik tüklənmənin olmaması, süd vəzilərinin zəif inkişaf etməsi, qeyri-mütəmadi baş verən aybaşılarda qan ifrazının da çox az olması, ovulyasiyanın olmaması.
Digər tərəfdən, əksər hallarda belə də olur ki, qadın adi qadınlıq göstəricilərinə malik olur və yalnız sonsuzluğa görə müayinə olunduğu zaman onda "qız uşaqlığı” olduğu aşkar edilir. Hər iki halda ümidsizliyə qapanmaq lazım deyil. "Uşaqlıq infantilizmi” diaqnozu son hökm deyil. Vaxtında başlanan hormonal müalicə, ədətən, yaxşı nəticə verir – uşaqlıq lazımı ölçülərə qədər "artır”, aybaşılar normal xarakter alır, dölyaratma funksiyası bərpa olunur.
Uşaqlığın olmaması və ya onun hamiləlik ilə bir araya sığmayan digər patoloji hallarında qadın üçün uşaq olmasının yeganə yolu surroqat analıq hesab olunur.


Şərhlər: 6
Baxılıb: 1347
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
ay cox tewekkurler
13 mart 2015 19:31
# 6
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Luna-90
Sukur bu qeder deyil ancaq mende usaqliq hemise solda olub onunla hamile qalmisam onunla rahat dogmusam hec bir problem yaratmiyib.
12 mart 2015 11:35
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Allah gostermesin xanimlara bu cur problemleri ama mutleq hekime muraciet etmek lazimdir.
12 mart 2015 09:27
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Anadan gəlmə hallarda müalicə effekti çoxda təsirli olmaz ancaq yenədə Allahdan ümüd kəsilməz , Allah əziyyət çəkən qadınlara kömək olsun...əgər qadında baş verən bu cür pataloqiyalar sonradan yaranıbsa vaxtında müalicə olunsa sağalma ehtimalıda yüksək olar.
12 mart 2015 09:17
# 3
aziz a
Allah hec kesi ovladsizliqla sinaga cekmesin, Allah her kesi yadina salsin.
Amin.
12 mart 2015 06:09
# 2
Qelbim doludu !!!!
Şəbnəm Vüsal
Ay Allah hec kimi ana olmaq sevgisindən məhrum etmə.Məni də.Amin YARƏBBİM..... 128
12 mart 2015 02:16
# 1
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz