Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin ən böyük dərdi, ən böyük qorxusu nədir
Kişilərin ən böyük dərdi, ən böyük qorxusu nədir
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 6241
Səs ver:
Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam aradan qalxan problemdir.

Erkən boşalma nədir?
Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən boşalmaya xəstəlikdən daha çox bir adaptasiya problemi olaraq baxılır. Yəni ailələrin bu problemi yaşamalarına səbəb xəstəlikdən daha çox cinsi həyatlarına uyğunlaşa bilməmək, onu idarə edə bilməməkdir.

Niyə tez boşalma olur?
Cinsi həyat haqqında çox ciddi tabularımızın, olduqca mühafizəkar əxlaq normalarının olduğu bir cəmiyyət olmağımız heç kəsə sirr deyil. Məhz bu səbəblərdəndir ki, cinsi həyat haqqında informasiyalar yanlış, yaxud da yetərsizdir. Erkən boşalma probleminin ən böyük səbəbi uşaq yaşlarında edilən masturbasiya (öz-özünü əl ilə boşaltma), həmin anda tutulma qorxusu və yaxalanmadan tez boşalaraq həzzi yaşayım düşüncəsi olmuşdur. Bundan başqa "partnyorum mütləq məndən razı qalmalıdır” düşüncəsi, partnyora hədsiz emosional bağlılıq, pul müqabilində edilən cinsi əlaqələr də erkən boşalmanın yaranma səbəbləri arasındadır.

İdeal cinsi əlaqə nə qədər davam etməlidir?
Həkim olaraq bizə tez-tez verilən suallardan biri də məhz cinsi əlaqənin ideal müddətinin nə qədər olması ilə bağlıdır. Qeyd edim ki, bu, olduqca individualdır, şəxsə, münasibətə, məkana, zamana görə dəyişən bir rəqəmdir. Bəzi cütlüklər üçün 1 dəqiqə kifayət etdiyi halda, digərləri üçün 12-15 dəqiqə kifayət etməyə bilər.

Tibbi təcrübədə erkən boşalma probleminin dərəcəsini müəyyən etmək üçün bəzi standartlar qəbul olunub. Əgər cinsi əlaqə başlamadan boşalma baş verirsə, bu, ağır dərəcəli olaraq təsnif edilir.

Aktiv cinsi əlaqə başladıqdan 1 dəqiqə və ya daha tez boşalma olursa, bu, orta dərəcəli hesab olunur.

1-5 dəqiqə arasında boşalma aktı olarsa, bu, erkən boşalma adlanır. Nəzərinizə çatdırım ki, bu problemdən əziyyət çəkənlərin 70 faizi 1-5 dəqiqə arasında boşalan insanlardır.

Erkən boşalmanın müalicəsi varmı?
Əgər sizin orqanizminizdə erkən boşalmaya səbəb olacaq digər tibbi problemlər yoxdursa (böyrək, prostat və sair), heç bir dərman istifadə etmədən psixoterapevtik texnikalar vasitəsi ilə probleminizi aradan qaldırmaq mümkündür. Bəzən insanlar gec boşalmaq üçün müxtəlif dərmanlardan, spreylərden istifadə edirlər. Bu tip dərmanlar həmin cinsi akt üçün kömək etsə də, problemi kökündən həll etmək iqtidarında deyil. Problemin aradan qalxmasını, normal cinsi həyatınızın olmasını istəyirsinizsə, bunu kökündən həll etməlisiniz.

Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı


Şərhlər: 9
Baxılıb: 6241
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tek Tenha
Edehset coxalib bu problem.insani esebi edir.viaqra qebul etsinlerl
29 fevral 2016 23:33
# 9
qonaqa
Kimi usaqa gore bosanir. Ah bi cenablar
27 fevral 2015 21:54
# 8
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
ece uslu
vaxtinda hekime muraciet etsinler
26 fevral 2015 23:58
# 7
Tomris Müslümova
bu yazilanla tekce kisilere aiddi yoxsa her iki sexse?
26 fevral 2015 14:12
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Qadın problemi olan kimi həkimə müraciət edir,ancaq kişilər bundan çəkinirlər....
26 fevral 2015 12:01
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Hami derdiniz bele olsun indi her seyin mualicesi var gedin androloqa
26 fevral 2015 09:53
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
botuk ptoblemdi vaxtinda hekime muraciet etseler yaxwi olar
26 fevral 2015 09:09
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
ayan97
her gun bir soz esidirik^) bele cenablar hekime muraciet etseler yaxsidir…)
26 fevral 2015 08:45
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Miss_Oxatan
Ancaq iw burasindadir ki,kiwilerde bu kompleks yaratdigina gore hekime de muraciet etmeye utanirlar.
26 fevral 2015 08:38
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz