Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Spermoqramma - kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə
Spermoqramma - kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 842
Səs ver:
Sonsuzluq ilə bağlı müayinə apardıqda həkim-androloq (kişi həkimi) kişinin cinsi orqanlarını müayinə edərək, onlarda normadankənar dəyişikliklərin (əgər onlar varsa) olmasını aşkar edir.

Bu zaman həkim tərəfindən hər hansı bir patoloji hal aşkar edilərsə, tələb olunduğu halda kişini USM-ə göndərir.

Daha sonra isə kişi üçün ən mühüm və dəqiq məlumatlı müayinə olan – spermoqramma (spermanın müayinəsi) təyin edilir. "Sperma” yunan sözü olub mənası "toxum”, "qramma” isə "yazı” mənası verir. Spermoqramma – spermanın ən geniş şəkildə (fiziki xüsusiyyətləri, kimyəvi və hüceyrə tərkibi və digərləri barədə) müayinəsinin nəticəsi olub, spermatogenez (spermatozoidlərin hazırlanması) barədə dəqiq məlumat əldə edilməsinə imkan verir.

 

Spermoqrammanın nəticələrinin bir şəxsdə müxtəlif ola biləcəyini nəzərə alaraq, spermanın müayinəsi, aralarında 2 həftə fasilə olmaqla, 2 dəfə, göstəricilər arasında fərq çox olduqda isə 3 dəfə olmaqla aparılır.

Göstəricilərin maksimal şəkildə dəqiq olması üçün spermanı müayinəyə verməmişdən 3-5 gün əvvəl (bu müddətdən nə az, nə də çox olması məsləhətdir) cinsi əlaqədən çəkinmək lazımdır. Spermanın müayinəsini laboratoriyada vermək daha yaxşı olar. Çünki spermanın soyuması onun müayinəsinin göstəricilərinin təhrif olunmasına səbəb olur.

Eyakulyatın həcmi – spermanın ən vacib xüsusiyyətlərindən biridir. Onun həcminin 2 ml-dən az olması, kişi sonsuzluğunun (oliqospermiya) səbəbi kimi qiymətləndirilə bilər. Bu zaman problem yalnız az miqdarda eyakulyatda spermatozoidlərin də az olmasında deyil. Hətta bu zaman spermatozoidlərin sayı normadan artıq olsa da, normal mayalanma üçün təhlükənin olması mövcud olur. Bəs bu necə ola bilər?

İş orasındadır ki, bu zaman uşaqlıq yoluna düşmüş spermatozoidlər onlar üçün aqressiv (çətin) olan şəraitlə qarşılaşırlar. Belə ki, uşaqlığın turşulu mühiti spermatozoidlər üçün çox zərərli hesab edilir (spermatozoidlər ancaq qələvi mühitdə mövcud ola bilirlər) və onların əksər hissəsi ilk 2-3 saat ərzində məhv olurlar. Bu müddət ərzində daha hərəkətli və "sağlam” olan spermatozoidlər uşaqlıq boşluğuna daxil olmalıdırlar. Uşaqlıq boşluğunda olan mühit onlar üçün daha əlverişlidir (spermatozoidlər uşaqlıqda və uşaqlıq borularında, 3 günə qədər olan müddət ərzində hərəkətli olaraq qala bilərlər). Toxum mayesi (və ya toxum plazması) müəyyən bir müddət ərzində uşaqlıq yolunun turşuluğunu bir qədər azaldaraq aktiv spermatozoidlərin uşaqlıq boşluğuna keçməsinə kömək edir. Belə güman edirlər ki, az miqdarda olan toxum mayesi bu funksiyanın "öhdəsindən gələ bilmir”: toxum mayesi nə qədər az olarsa, uşaqlıq yolundakı turş mühitin zərərli təsirindən spermatozoidləri daha az müddət ərzində qoruya bilir. Bundan başqa, kişinin toxum plazması müəyyən müddət ərzində qadın immunitetinin təsirini (qadın orqanizmi üçün kişi spermatozoidləri yad mikroorqanizm hesab edilir) zəiflətmək xüsusiyyətinə də malikdir. Toxum plazması çox az olarsa, uşaqlıq boynu mayesi (yad hüceyrələrə qarşı immun çəpər) yad mikroorqanizmləri tez "taparaq” onları uşaqlıq daxilinə buraxmaz. Məhz buna görə son nəticədə mayalanmanın baş verməsi üçün toxum mayesinin həcmi də böyük rol oynayır.

Bununla belə, spermanın çox miqdarda olması da kişiyə heç bir üstünlük vermir. Adətən, uşaqlıq yoluna 5 ml-dən artıq sperma yerləşmir. Bu miqdardan artıq olan sperma uşaqlıq yolundan xaric olmaqla mayalanmada iştirak etmir.

Əksər kişilərdə sperma "ağ-bozumtul” rəngdə olur. Onun bir sıra rənglərə çalarlığı (ağ-süd rəngli, sarımtıl, şəffaf və s.) hər hansı pozğunluqlar olmasına sübut kimi qəbul edilə bilməz. İstisna kimi, spermanın "açıq çəhrayı” rəngdə olması qeyd edilə bilər ki, bu da spermada eritrositlərin (qırmızı qan hüceyrələri) normadan artıq miqdarda olmasını deməyə imkan verir.

Digər göstərici eyakulyatın durulaşma göstəricisidir. Cinsi əlaqə zamanı uşaqlıq yoluna püskürdülən sperma, adətən, tamamilə maye şəklində olmur. Bir müddət keçdikdən sonra toxum mayesinin tərkibində olan - prostat vəzi tərəfindən ifraz olunan fermentin təsiri altında eyakulyat maye şəklini alır. Durulaşma spermanın yapışqanlılıq dərəcəsinə görə müəyyən edilir. Normada sperma 10-40 dəqiqədən sonra durulaşmış olur. Durulaşmanın gecikdiyi və ya baş vermədiyi halda, bu, prostat vəzi fəaliyyətinin pozğunluğu kimi qəbul edilə bilər. Bu isə bəzi hallarda kişi sonsuzluğunun səbəbi ola bilər.

Normal eyakulyat zəif qələvi reaksiyalı (pH 7,2-8,0) olur. Bu, göstəricinin normadan bu və ya digər tərəfə dəyişilməsi, digər pozğunluqlar olmadığı halda, hər hansı bir patologiyanın olmasının göstəricisi kimi qəbul oluna bilməz. Ancaq digər əlamətlərlə yanaşı olduqda isə xəstəliyə diaqnoz qoyulmasına təsir edə bilər.

Spermoqrammanın cavabına baxan hər bir mütəxəssis ilk növbədə spermatozoidlərin sayına diqqət yetirir. Spermatozoidləri saymaq üçün müxtəlif mikroskopik qurğulardan istifadə edirlər. Adətən, onların sayı konsentrasiya şəklində ifadə olunur (flan qədər milyon bir millilitrdə). Normada 1 ml eyakulyatda spermatozoidlərin sayı 20 milyondan (spermanın ümumi həcmində isə 40 milyondan) az olmamalıdır.

Mayalanmanın baş tutması üçün spermatozoidlərin hərəkətliliyi onların sayından heç də az əhəmiyyətli deyil. Spermatozoidlər hərəkət etmirlərsə, onların sayının çox olmasının heç bir əhəmiyyəti yoxdur. Hərəkətlilik dərəcəsinə görə spermatozoidləri 4 qrupa ayırırlar:

- A hərəkətlilik dərəcəsinə - düz xətt üzrə iti sürətlə hərəkət edən spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olmur;

- B hərəkətlilik dərəcəsinə - düz xətt üzrə asta sürətlə hərəkət edən spermatozoidlər aid edilir; onların sürəti 0,025 mm/san-dən az olsa da, hərəkət trayektoriyası düz xətt boyunca olur;

- C hərəkətlilik dərəcəsinə - düz xətt üzrə hərəkət etməyən spermatozoidlər (yerində güclə çabalayan və ya dairəvi xətt üzrə hərəkət edənlər) aid edilir;

- D hərəkətlilik dərəcəsinə isə heç hərəkət etməyən spermatozoidlər daxildir.

Eyakulyatda hər zaman bütün hərəkətlilik dərəcəsinə malik olan spermatozoidlər olur. Normal sağlam spermada proqressiv-hərəkətli spermatozoidlərin (A+B) sayı 50%-dən az və ya sürətli proqressiv-hərəkətli spermatozoidlərin (A) sayi 25%-dən az olmamalıdır.

Mikroskop altında ilk dəfə spermanı görən adam xeyli sayda "eybəcər” və "əyri” patoloji spermatozoidlərin olmasından son dərəcə heyrətə gəlmiş olur. Burada həm başsız, həm ikiquyruqlu, həm əyri başlı spermatozoidlərə rast gəlmək olur. Ancaq bu halda qorxmaq lazım deyil. İstənilən kişinin spermasında patoloji formalara təsadüf edilir. Ancaq onların sayı 50%-dən artıq olduqda, bu, yaxşı əlamət hesab edilmir. Buna baxmayaraq, aparılan xüsusi müayinələr göstərir ki, hətta spermanın 85%-i patoloji spermatozoidlərdən ibarət olsa da, spermatozoidlərin seçilməsi və EKM üsullarından istifadə edilməsi yolu ilə sağlam uşaq əldə edilməsinə nail olmaq mümkün hesab edilir.

Spermaqlyutinasiya və ya spermatozoidlərin bir-birinə yapışması ağır immun pozğunluqlarının əlamətidir. Spermada spermaqlyutinasiya baş verməli deyil.

Spermada antispermal anticisimlər (ASA və ya ASAT) də olmalı deyil. Bunlar kişi orqanizmində öz spermatozoidlərinə qarşı əmələ gələn anticisimlərdir. Spermatozoidin quyruğu ilə birləşməklə antispermal anticisimlər onun hərəkətliliyini dayandırır, spermatozoidin başı ilə birləşdikdə isə mayalanmanın qarşısını almış olur. ASA həm kişi, həm də qadın orqanizmində əmələ gəlməklə son nəticədə sonsuzluğa səbəb ola bilərlər.

Eyakulyatda spermatozoidlərdən savayı, dairəvi hüceyrələr də olur. Bu ümumiləşdirilmiş ad altında leykositlər və yetişməmiş spermatogenez hüceyrələri (gələcəkdə xayada bu hüceyrələrdən yetkin spermatozoidlər əmələ gəlir) nəzərdə tutulur. Normada leykositlərin sayı 1 mln/ml-dən artıq olmamalıdır.

Belə hesab olunur ki, bu immun hüceyrələrin yüksək konsentrasiyada olması prostat vəzidə və ya toxum vezikulasında (kisəciklərində) olan iltihabi proseslərin olmasının göstəricisi ola bilər. Beləliklə, aşağıdakı cədvəldə spermatogenezdə sonsuzluğa səbəb ola biləcək bir sıra dəyişiklikləri nəzərdən keçirək:



Şərhlər: 4
Baxılıb: 842
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Bu analizi 2defe vermisik 2de yaxsi cixib cvb hekime gostermisik burdaki rauf hekime getdik dedi cixin gedin sizde hecne yoxdu neye getirmisiz bunu.
16 fevral 2015 01:37
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
sona
Hal hazirda kiwilerin ekseriyyeti bu problemi yawayir. Sonsuzluga aparan yollardan biride bu problemdi. Allah goatermesin
16 fevral 2015 00:03
# 3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Bu problem yasayanlarda ovlad sahibi olmaq sansi azalir
15 fevral 2015 22:34
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Bu gün bu problemləri yaşıyan kişilərin sayı çoxdu...
15 fevral 2015 22:12
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz