Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda cinsi istəksizlik nədir?
Qadınlarda cinsi istəksizlik nədir?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 2700
Səs ver:
Cinsi istək, adamın qarşı cinslə əlaqəyə girmə arzusu olaraq bilinir və ola biləcək cazibə cinsi partnyora yönəlir.
Həmçinin cinsi əlaqə ilə bağlı  yuxular və ya fantaziyalar qurma, cinsi fəaliyyətlə əlaqədar arzuların fərqində olunmasını da əhatə  edir.
Fantaziyalar qurma, görmə, iyləmə, eşitmə, toxunma, dadma, düşüncə və duyğular cinsi istəyi əmələ gətirir.
Doyumlu cinsi əlaqə üçün əvvəlcə adamın öz içində bir istək duyması, istəyin bir partnyora  yönəlməsi lazımdır.
 
Cinsi istəksizlik nədir?
"3 illik evliyəm. Doğumdan sonrakı zahılıq  və əmizdirmə dövrlərində 6 ay yoldaşımla sevişmədik. İndi sevişərkən heç bir duyğu hiss etmirəm, canım belə istəmir. Yalnız yoldaşıma qarşı vəzifəmi etdiyim seksi də  artıq istəmirəm. Buz kimi oluram. Halbuki o həzzi yaşamağı nə qədər çox istəyərdim. Sevişərkən fikrim  həmişə dağılır. Özümü verə bilmirəm..."
 Cinsi əlaqəyə dair  düşüncələrin, xəyalların olmaması,  ya da çox az olması, cinsi əlaqəyə girməmə və ya az girmə yoldaşının cinsi əlaqəyə cəhdlərinə cavab verməmə bunlar cinsi istəksizliyin əsas əlamətləridir.
 
Cinsi problemlər evlilik problemlərinə, evlilik problemləri də cinsi problemlərə yol aça bilir.
Bu səbəblə də  cinsi istəksizliyi ər - arvad arasında pozulmuş əlaqənin bir səbəbi  olaraq görmək lazımdır.
Bu cür hadisələrdə cütlərdən  yalnız birini müalicəyə cəlb etmək  doğru bir yanaşma olmur, cütü birlikdə müalicə etmək  lazımdır.
Bundan başqa  cütlər  arasında səhv anlamalara və ciddi qarşıdurmalara gətirib çıxaran ən əhəmiyyətli faktorlardan biri onların  cinsi istək səviyyələrinin diqqətə çarpan dərəcədə  fərqli olmasıdır.
Yaşlanma və menopauz, cinsi əlaqədən  uzun müddət uzaq qalmaq, istifadə edilən bəzi dərmanlar, alkoqol, böyrək, qaraciyər və ürək çatmazlığı,  şəkər xəstəliyi və yüksək təzyiq kimi xroniki xəstəliklər,  əməliyyatla rəhmin alınması, hormonal  balanssızlıqlar, doğumdan sonrakı zahılıq və əmizdirmə dövrlər, rəhm ağızı infeksiyalar, vaginal göbələk, trixomonoz kimi  infeksiyalar, yaşa bağlı hormonal çatışmazlıqdan qaynaqlanan quruluq, əməliyyat sonrası meydana gəlmiş yapışıqlıqlar kimi cinsi həyata təsir edən  narahatlıqlar, əlaqədə ağrı hiss etmə kimi fiziki faktorlar,  həddindən artıq stress, cütlər  arasındakı anlaşılmazlıq  və qarşıdurmalar, evliliklə əlaqədar problemlər, bezginlik, cinsi zədələr, təcavüz, ailədə birinin ölümü, uşaq doğumu, daşınma kimi əhəmiyyətli həyat hadisələri, əlaqəyə lazımlı diqqətin göstərilməməsi, cinsi əlaqə ilə bağlı  mənfi xatirələrin olması və  digər cinsi problemlərlə  psixoloji faktorlar cinsi istəksizliyə yol aça bilir.
Səbəbləri ümumiləşdirsək,  bir qisimini kişilərin səbəb olduğu, bir qisimini qadınların özlərindən gələn və bir qisimini də ətraf ilə əlaqədar səbəblər olaraq görmək lazımdır.

Müalicə  cütlər arasında bir uyğunlaşma yaradılması və aralarındakı pozulan ünsiyyətin yenidən təşkil edilməsiylə başlayır. Cinsi həyatda qısa ayrılıqlardan sonra bir araya gəlmə, təhsil məqsədli erotik videolar seyr etmə, paltar dəyişikliyi, rəftarlardakı bir dəyişiklik, məkan dəyişikliyi kimi kiçik dəyişikliklər və fantaziyalar qurulması  cinsi həyata yeniliklərin qazandırılması yolunda müalicəyə dəstək olur


Şərhlər: 8
Baxılıb: 2700
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Cox ciddi problem yaradir ailede psixoloqa muraciet etmek lazimdi
15 yanvar 2015 23:58
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
talis balasi
Stresden uzaq qalmaq lazimdi
15 yanvar 2015 22:42
# 7
ismayilova ulker
Bizde bibi qizida beladi. 3 4 aydi olub usagi deyir nifret qalxib icimde deyirem belkede zamanla duzeler. Insallah duzeler. Mence bu psixoloji prablemdi. Oda getmez ela yerlere yaxinda sorusdum dedi indi yaxsiyam. Gerek bunu kopiyaliyib gonderim oxusun. Tesekkur edirem.
15 yanvar 2015 20:17
# 6
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ece uslu
bunun en boyuk sebebi stresdi
15 yanvar 2015 19:42
# 5
Miss_Oxatan
Ele dunen bir yaxin refiqem bu haqda daniwirdi,1yawda ovladlari varama deyir isteksiz ve hevessizem yaxina qoymuram falan.mende dedim senincun internetden arawdirma ederem hec ehtiyac olmadi axtariwa miellif sagolsun hinzir kimi yetiwdi))))mence cox ciddi problemdir.bu probler ailede cutlukler arasinda ciddi fesadlar acir,munasibet pozulur.demekki hekime muraciet edilmelidir.
15 yanvar 2015 12:35
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Nergizz
mence bunun ne malicesi olarki,,herwey istekden asilidi,,bu menim en boyuk problemimdi,
15 yanvar 2015 11:27
# 3
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Gulu-Qezi
tewekkur
15 yanvar 2015 10:20
# 2
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
BARBI
elbette her sey insanin heyat terzinnen ve kecirdiyi stresden asilidir.mueyyen vaxtlar korpe dogulduqdan sonra qadinlarda cinsi istek azalir
15 yanvar 2015 02:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz