Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir dövrün bəlası - hormonal pozğunluq
Müasir dövrün bəlası - hormonal pozğunluq
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1137
Səs ver:
Son bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib.

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur.

Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.

Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır. Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.

Əmələgəlmə səbəbləri:
· Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
· Düzgün qidalanmamaq
· "Fast-food" qidalarından çoxlu istifadə
· Soyuqlama
· Oturaq həyat tərzi
· Stress
Hormonal pozğunluq zamanı insanda
· Güclü başağrısı olur
· Təzyiq artır
· Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
· Başgicəllənmələr başlayır
· Susuzluqdan əziyyətçəkmə
· Tez-tez boğaz ağrıları olur
· Zəifləyir
· Anemiya baş verir
· Bədəndə tüklər əmələ gəlir
· Əl və ayaq daim soyuq olur
· Hər şeydən iyrənir
· Tez-tez əsəbiləşir
· Aylıq tsikl pozulur
· Tez-tez depressiyaya düşür
· Süd vəziləri balacalaşır
· Qanaxmalar olur
· Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
· Kökəlmə baş verir

Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.
Qadınların qorxulu yuxusu - piylənmə
Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. «Artıq çəki»ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar. Qadınlar da idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.
Tüklənmə
Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının - testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.

Əgər hormonal pozğunluq varsa:

· Qaynar çay və kofe qəbulunu azalt
· Çox duzlu yemə
· Üzüm, ərik qurusu, çipsi yemə
· Az şokolad ye
· Çox yağlı yeməklərdən uzaq olmağa çalış
· Spirtli içkidən uzaq ol
· Ədviyyat və istiotlu yeməklər sənə ziyandır

1. Qədim şamanlar hormonal pozğunluğu təmiz heyva şirəsi ilə müalicə edirmişlər. Bunun üçün gündə 3 dəfə 1 xörək qaşığı heyva suyu içmək lazımdır. Amma gərək gün ərzində əsəbiləşməyəsən, çox hərəkət edəsən.
2. Tibet həkimləri hormonal pozğunluğu olan kişi və qadınlara məsləhət görür:
Ağ və çəhrayı qızılgülü götürüb, ondan yağ və gülab hazırlayın. Gülabdan şərbət hazırlayıb, içərisinə 1-2 damcı yağ töküb, gündə iki dəfə qəbul edin.
3. Yaponiya və Monqolustanda hormonal pozğunluğu payızgülü (xrizantema) ilə müalicə edirmişlər.
Payızgülü qurusundan bir az götürüb, qaynar suya tökün. Bir az saxladıqdan sonra, gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı qəbul edin. Əsasən, bənövşəyi rəngli payızgülündən istifadə etməyə çalışın. Bənövşəyi payızgülü hormonları çoxaldır, onların funksiyasını yaxşılaşdırır.


Şərhlər: 11
Baxılıb: 1137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
esasen bu cur xestelikden kokelen insan gormusem
9 mart 2015 02:30
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
Allah hamiyz sefa versin
7 yanvar 2015 09:21
# 10
ece uslu
menimde bele problemim var mualice aliram
6 yanvar 2015 20:05
# 9
Aysel Tatli
ALLAH HAMIYA KOMEK OLSUN
6 yanvar 2015 17:02
# 8
emis
Sitat: Qlamurr
Bu əlamətlərin bəziləri məndə də var-əl-ayağın daim soyuq olması,saç tökülməsi,hər şeydən iyrənmə,tsikl pozğunluğu......həkimə müraciət etmişəm,iynə,dərman yazıb....Allah aorusun hərdən qorxuram....

dediklerin mendede olur cox adamda olur ama en cox artiq cekili insanlarda olur ona gore hec vaxt kokelmerek artiq cekjinin hec bir xeyri yoxdu
6 yanvar 2015 16:03
# 7
Qlamurr
Bu əlamətlərin bəziləri məndə də var-əl-ayağın daim soyuq olması,saç tökülməsi,hər şeydən iyrənmə,tsikl pozğunluğu......həkimə müraciət etmişəm,iynə,dərman yazıb....Allah aorusun hərdən qorxuram....
6 yanvar 2015 12:26
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Anuka
Qan azligi,esabiliy,elerin ayaglarin soyug olmasi,baegicelleme ve ......mendede var Allah qorusun cox qorxuram twk
6 yanvar 2015 10:12
# 5
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Luna-90
Mende bu problemden nece ildi eziyyet cekirem.sukur indi hormonlarim normaldi .ancaq oz terisini izini qoydu getdi .dermanlarin tesirinden ac qalsamda kokelirem.mende esebden yaranmisdi.
6 yanvar 2015 02:51
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Faydalı xəbərdi bilmirdim təşəkkürlər
6 yanvar 2015 02:04
# 3
Menim balam
Insanın canı daş olsa yaxşi olardıreee 122 heç neyin tesiri olmazdır. Et nedire yara olan kimi iylenir, puffffffff .
6 yanvar 2015 02:04
# 2
BARBI
Allah gostermesin ciddi problemdir
6 yanvar 2015 02:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz