Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə cinsi gücü artıran bitki
Kişilərdə cinsi gücü artıran bitki
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 3942
Səs ver:
Qədim zamanlarda zəfəran güc artıran, göz xəstəlikləri (xüsusilə kataraktanı), zəhərləməni müalicə edən ətirli maddə kimi geniş istifadə olunurdu.

Qədim zamanlarda zəfəran çox yüksək giymətləndirilirdi və hətta bahalı hədiyyə kimi ən yüksək vəzifəli şəxslərə hədiyyə olunurdu.

Zəfəranın vətəni dəqiq məlum deyil. Avropaya zəfəranı ərəblər gətirib. Hal hazırda zəfəran müxtəli ölkələrdə - Hindistanda, Misirdə, İranda, İspaniyada, Çində, Azərbaycanda - yetişdirilir. Ən yaxşı zəfəran kimi Kəşmir (Hindistan) zəfəranı sayılır. Bu zəfəran ən bahalıdır. Lakin zəfəranın əsas hissəsi İranda istehsal olunur

Zəfəran krokus gülündən əldə edilir.

Zəfəranın nadir müalicəvi xüsusiyyətləri bu ədviyyatı əsl təbii dərman edir. Zəfəran dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil olunur.

Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qaraciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir.

Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.

Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyəti stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.

Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Zəfəranın güclü antioksidan xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.

Süddə dəmlənmiş zərəran (2-3 "tükcük" 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir - bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.

Zəfəran qədim zamanlardan kişilərin gücünü (potensiya) artıran təsirli vasitə kimi tanınır.

Qədim zamanlarda zəfəran göz xəstəlikləri zamanı geniş istifadə olunurdu. Müasir zamanlarda da bu bitki bəzi göz damcılarının tərkibinə daxil edilir.

Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün bir neçə "tükcük" qaynar suda dəmlənilir və içilir.

Ümumillikdə zəfəranı istifadə etdikdən əvvəl (qidalarda, şirniyyatlarda və s.) onu əvvəlcədən qaynar suda dəmləmək və sonra alınmış dəmləməni istifadə etmək lazımdır. Dəmlədikdən sonra zəfəranı tullamayın - bu müalicəvi bitkini 2-3 dəfə dəmləmək olar (bu zaman bitkinin faydalı xüsusiyyətləri itmir).

Zəfəran üz dərisinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, dərini daha parlaq edir.

Lakin zəfəranın bütün bu möcüzəli xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, əsl zəfəran alın. Nəzərinizə çatdıraq ki, bəzən dükanlarda "zəfəran" adı ilə ucuz saxta ədviyyatlar satılır ki, bu maddənin təbii zəfəranla heç bir əlaqəsi yoxdur. Əsl zəfəran ucuz olmur, onun özünəməxsus zərif iyi və acı-şirin dadı var.

Hamilə qadınlar zəfəranın qəbulundan imtina etməlidir. Çünki yüksək dozalarda bu bitki uşaqsalmaya səbəb ola bilər. Belə hesab olunur ki, qədimdə qadınlar zəfəranı arzu edilməyən hamiləlikdən qurtulmaq üçün istifadə edirdilər.

Hipertoniyadan əziyyət çəkən insanlara da bu bitki ziyan gətirə bilər.


Şərhlər: 8
Baxılıb: 3942
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
demek olarki cox az istifade edirik

demek olarki cox az istifade edirik
8 yanvar 2015 22:35
# 8
meni_gozle
Zeferandan demek olar ki cox gec-gec istifade olunur
8 yanvar 2015 21:00
# 7
Fialka
Bəzilərini bilirdim
8 yanvar 2015 11:40
# 6
Qlamurr
Düzdü faydalıdı,ancaq çox az istifadə edirik,həmçinin çox da qiymətli bitkidi....
8 yanvar 2015 11:13
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Gulu-Qezi
tewekkur faydali xeberdi
8 yanvar 2015 10:41
# 4
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
arzum-aysum
Heqiqeten de esl zeferan cox bahadi. Indi cetindi tebii zeferan tapmaq. Vicdansizlar tebii adi ile siriyir camaata
8 yanvar 2015 09:34
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ismayilova ulker
Zəfəranı həmçinin hamiləlikdən qorunmaq üçündə istifadə edirlər. Özüdə lazımi qədərdən artıq zəfəran zəhərlənməyə səbəb olur. Təşəkkür edirəm.
8 yanvar 2015 02:31
# 2
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
BARBI
Bezileri haqda melumatim variydi
8 yanvar 2015 02:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz