Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narkomaniya ve onun Fesadlari
Narkomaniya ve onun Fesadlari
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 4650
Səs ver:

http://imgs.su/tmp/1319960631-656.jpg

 

Demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Niyə? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamda var. Mənim məqsədim bu təhlükəni insanlara çatdırmaqdır.

Bizim informasiya aşağıdakı tip insanlara aitdir :
1. "narkotikdən istifadə edim ya bu hislərə qarşı mübarizə aparım?" sualı ilə üzləşənlər;
2. narkotikdən istifadə edib lakin buna qarşı mübarizə aparmaq imkanınında olanlar;

Tibbi praktika göstərir ki, narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asıllıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama nəsib olub. Hətta narkotikdən can qurtarmaq barədə güclü iradə yaransa da bunu etmək çox çətin və uzun vaxt tələb edir. Bu problemi həll etmək çox az adama nəsib olub.
Buna görə də ən yaxşı həll yolu-narkotikə toxunmamaqdır!


Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar.
Demək olar ki, bütün narkomanlar kollektiv səkildə "iynələnirlər". Onlar birlikdə narkotik alir və bundan pul qazanırlar. Ayrı-ayrı şprislə iynələnir, lakin eyni dozadan, yaxud hamısı eyni şprislə iynələnirlər. Aydındır ki, yanındakının xəstəliyinə yoluxmamaq ehtimalı sıfırdır. Bundan əlavə əgər narkoman tiryəkdən istifadə edirsə o artıq satıcıdan hazır məhlul alır. Həmin satıcı da bu məhlulun hər bir dozasını ümumi dozadan alıcının şprisləri ilə yığır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də QIÇS xəstəliyinə. Lakin narkoman tək olduqda belə bu xəstəliklərə yoluxa bilər. Bu heroin və kokainlə əlaqədardır: satıcı malı əldə etdikdən sonra ona yuyucu toz və ya şəkər tozu əlavə edir (belə malı 2 ay istifadə edən narkoman şəkərli diabet xəstəliyinə tutulmaq ehtimalı çoxdur). Ümumiyyətlə təmiz mal olmur. Həmişə qarışıq olur. Bu da narkoman üçün qorxuludur. Əgər narkoman narkotiki bir satıcıdan alırsa və birdən digər satıcıdan bir az təmiz mal alırsa "peredozirovka" olma ehtimalı var. Bu zaman baş beyinin qabığı 7 dəqiqədən sonra ölməyə başhlayır. Əlbətdə bütün qabıq birdən ölmür, bu yavaş gedən prosesdir. Buna görə də bir çox narkoman yaşamaqda qalır. Amma onlar natamam insan olurlar. Elələri olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni ancaq fizioloji prosələri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan istifadə edə bilmir, danışa bilmirlər. Onları oldürmək heç kimin ixtiyarında deyil, özləri də bunu edə bilmirlər. Elə beləcə də illərlə ömür sürürlər.
Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. Insan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri getdikcə sönür.



Şərhlər:
Baxılıb: 4650
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz