Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öpüşməyin möcüzəvi faydaları
Öpüşməyin möcüzəvi faydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 14892
Səs ver:
Mütəxəssislər öpüşməyin faydasının aşağıdakılardan ibarət olduğunu bildirirlər.

İlk növbədə, öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir.

İnsan öpüşən zaman kalori sərf edir. Odur ki, daha çox öpüşməklə insanlar pəhriz saxlamadan arıqlaya bilərlər.

Öpüşmək kariesin yaranmasına qarşı ən gözəl vasitədir. Belə ki, öpüşən zaman ağız boşluğundakı turşuluq normallaşır və tənzimlənir.

Öpüşərkən qanda adrenalinin səviyyəsi yüksəlir ki, bu da insanda zehni və fiziki fəallığı artırır.

Ürək damar sisteminin gimnastikası üçün öpüşmək ən effektli vasitələrdən biridir. Belə ki, öpüşən zaman insanın nəbzi daha sürətlə döyünür, qan dövranı yaxşılaşır.

Gərginliyə, stressə və depresiyaya qarşı mübarizədə öpüşməyin müsbət təsiri böyükdür.

Öpüşmək ağciyərlərin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, insan adi halda bir dəqiqədə 20-25 dəfə nəfəs alıb verirsə, öpüşəndə bu rəqəm 60-a çatır.

Öpüşmək insanı üz dərisinin qırışmasından xilas edir. Öpüş üz dərisinin 30-35 əzələsinə təsir edir ki, məhz bu əzələlərə başqa vasitə ilə təsir etmək olmur.

Öpüş zamanı insan orqanizmində xəstəlik yarada biləcək bakteriya və virusları məhv edən neyropeptidlər yaranır ki, bununla da bir çox xəstəliklərə qarşı profilaktik tədbir görülmüş olur.

Baş və diş ağrısını aradan qaldırmaq üçün öpüşməkdən dərman kimi istifadə etmək olar. Çünki öpüş zamanı qana endorfin daxil olur ki, bu da ağrıların kəsilməsində böyük rol oynayır.

Öpüşən zaman orqanizmdə histaminin yaranması aşağı səviyyəyə düşür ki, bu da allergiyaya qarşı dəyərli vasitələrdən biridir.

Öpüşmək həm də insanın qəlb rahatlığı, səhvlərin bağışlanması, mehribanlığın əsasıdır.

Öpüşən insanlar uzunömürlü olurlar. Statistik göstəricilərə görə hər gün öpüşməyə vaxt ayıran insanlar öpüşməyənlərə nisbətən 5-7 il çox yaşayırlar.

Öpüşün möcüzəvi faydalarından nəticə çıxarın. Öpüşünüzü sevdiklərinizdən əsirgəməyin. Bir məsələ də var ki, bəzən sözlə ifadə edilə bilməyən mətləblər öpüşlə daha tez izah olunur.


Şərhlər:
Baxılıb: 14892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz