Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi zəiflik - İmpotensiya
Cinsi zəiflik - İmpotensiya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4432
Səs ver:
Cinsi zəiflik-impotensiya deyilən problem butun cinsi fəaliyyeti olan insanları maraq dairəsində olan sualdır-problemdir. Hər bir insan bu problemin onda əmələ gəlməsi, gələ bilməsi ehtimalını ən azından bir dəfə də olsun düşünmüşdür. Belə ki, kişi qadından ferqli olaraq ereksiya-bərkimə olmadan cinsi əlaqədə ola bilmədiyindən, həmişə bu normal mexanizmin pozulmasından və ereksiyasının olmamasından ehtiyatlanır. Bir sözlə desək ideal ereksiya-bərkimə kişilərin qürür mənbəyidir. Bəşəriyyət yaranandan bütün cəmiyyətlər cinsi fəaliyyəti gücləndirmək və cinsi zəiflik olan insanları necə normal fəaliyyətini bərpa etmək haqda düşünmüşlər. Ereksiyanın az olması nəinki kişi tərəfdən həm də qadın tərəfdən də neqotiv qarşılanır və kişi zəiflık sorunu yaşadığı üçün alinmayan ereksiya səbəbindən qadınının qarşısinda özünü gücsüz və aciz sayır. Hələ nəzərə alsaq ki, qadının buna necə reaksiya verəcəyini onda vəziyyət daha da qəlizləşir. Çünki qadın verdiyi pis, reaksiyalarla kişinin problemini daha da derinləşdirir. Bundan sonra isə kişidə özünə inamsızlıq və özünü yararsız sayma hissləri baş qaldırır. Ümümən bir həkim kimi deyə bilərəm ki qadın istənilən problemdə kişinin yanında olduğu kimi bu məsələdə də kişinin yanında olmalıdır. Problemə bir insanın xəstəliyi kimi yox cütlüyün problemi kimi yanaşmaq lazımdır. Bu məsələni həkimin yanaşma tərzinə də aid etmək olar.
Səbəblər: kişi cinsi probleminin səbəbləri müxtəlifliyi və mürəkkəbliyi ilə seçilir. Belə ki bütün dünyada bu məsələlərə erektil disfunksiya kimi yanaşsalar da məsələ tək erktil yox həm də seksual problemdir. Ümümən səbəbləri 2 yerə ayird etmək olar: psixogen və orqanik. Psixogen səbəb insanın psixoloji durumu ilə əlaqəli olub seksual fobiya, seksual aversiya, özünə inamsızlıq, vaxtı ilə keçirilmiş seksual uğursuzluq, partniyorun rolu, sosial və cəmiət problemləri, ailə xüsusiyyətləri, cəmiyyətdə və həyatdakı mövqeyi və s. Ilə əlaqəli ola bilər.
Orqanik səbəblər isə 2 yerə ayrılır : birbaşa cinsi orqanlarla əlaqədar cinsi zəiflik və digər orqanların xəstəlikləri ilə əlaqədar cinsi zəiflik. Mən ümümən həkim kimi yanaşmada bu problemə bir orqanın xəstəliyi kimi yox, ümumən bütün bədənin xəstəliyi kimi yanaşmaq lazımdır. belə bir deyim var cinsi fəaliyyətin görsədicisi daxili orqanların aynasıdır. Bunun fizioloji əsası da vardır. Beləki butun cinsi sistem qanla, sinirlə, hormonlarla, damarlarla əlaqəli mexanizmlə çalışır. Əgər bu mexanızmlərdə zəncirin hansısa halqasında problem olduqda cinsi funksiya da pozulmuş olur. Səbəblərə konkret olaraq: neyrogen, hormonal, spinal, diensefal, genetik və anomaliyaları görsətmək olar. Seksual dəyişikliklərə gəldikdə isə:

1. Libido- cinsi həvəs ( artması, azalması, olmaması)
2. Ereksiya-penisin bərkiməsi (tam olmayan, dayanıqlı olmayan, qeyri adekvat olan, tam olmaması)
3. Eyakulyasiya - şirənin xaric olması (erkən-cinsi orqanı qadın orqanına salmadan öncə, sürətlənmiş -partniyor orqazma çatana qədər, zəifləmiş, olmaması-aneyakulyator sindrom)
4. Orqazm ( zəif-silinmiş-həzz alma hissininazalması, həzz alma hissinin ifrat qalxmasi-ağrılı, olmaması-anorqazmiya)
Bu sadaladığımız səbəblər də nisbi ola bilər, bəzən səbəb bir, bəzən isə bir neçə səbəb eyni ola bilər. Ereksiya 3 formada ola bilir: psixogen ereksiya yanı insan hansisa psixoloji seksual faktorun təsirindən -məsələn filmlərə baxdıqda, 5 duyğu hisslərinin hansı isə biri ilə seksual informasiya aldıqda ereksiya baş verir. Kişilər üçün en güclü psixoloji ereksiyanı görmə üzvündən aldığı siqnal verir. Gözel seksual qadın bədəninə vurulma aşiq olma hissi buna misaldır. Qadınlar isə eşitmə davranış seksual oyanmasına üstünlük verirlər. Təsadüfi deyil ki, qadın əlaqə vaxtı gözünü yumur, kişi isə açıq gözlə qadına baxır. 2-ci periferik ereksiya yanı penisin və digər erogen zonaların massaji, sürtülməsi, stimulyasiyası nəticəsində baş verir. 3-cü isə reflektor gecə-səhər tezdən ereksiyasıdir. Bu ereksya heç bir seksual oyanma olmadan sinir sisteminin fəaliyyət dəyişikliyi ilə baş verir. Yəqin ki hər bir normal kişi səhər cinsəl oyanma olmadan ereksiyanın olmasını müşahidə edir. Bu özü də diaqnostik əhəmiyyəti vardır.
 
 
Kişi cinsi üzvün-penisin düzlənmə-bərkimə-ereksiya mexanizmi və fiziologiyası

İlk öncə bildirmek istəyirəm ki cinsi orqanin daxili quruluşu, anatomiyası onun düzlənməsində önəmli rol oynuyur. Belə ki penisin düzlənməsi kavernoz cisim deyilən saya əzələli orqan sayesində mümkün olur. Bu orqan penisin içində sağ və sol olmaqla iki hissədən ibarətdir. Kavernoz cism içi kiçik sinus cibləri ilə zəngin olan çoxlu böşluqlardan ibarətdir. Kişilərdə oyanma vaxtı həmin boşluqlara daxili damar-arteriya vasitəsi ilə çoxlu qan gəlir. Nəticədə ciblər qanla dolur və kavernoz cismlər genişlənir-sərtlənir. Bu zaman penisdə sərtləşmə əmələ gəlir. Tibb mütəxəssisi olmayan insanlarımızı və pasiyentlərimizi anlatmaq üçün mən bunu yani penisin bərkiməsini içi boş olan yumuşaq rezin boruya bənzətmək istəyirəm bu zaman o borunun içinə təzyiqlə maye dolarsa boru bərkiyəcək. Sadəcə penisdə bu borudan fərqli olaraq bir böyük deyil, milyolarla kiçik boşluqlardan ibarətdir.

                Ereksiyanın mexanizmində 3 faktordan ibarət hemodinamik fenomen durur:

1.     İntakavernoz kiçik boşluqlardakı, sinusoidlərdəki əzələ gərginliyinin relaksasiya nəticəsində azalması

2.     Arterial axının surətlənməsi hesabına çoxlu qan gəlməsi, penis arterialarının genişlənməsi hesabına

3.     Kompressiya hesabına intrekavernoz və qişaaltı venoz kələfin daralması hesabına geriyə qanın az axması, venoz qanın axınının azalması

3 müxtəlif ereksiya növü, tipi ayırd etmək olar:

Psixogen ereksiya: Psixoloji stimulun hissi orqanlarımızla beyinimizə-supraspinal mərkəzə daxil olması və torakolumbal yolla simpatik sinir sistemi vasitəsi ilə penisdə və damarlarda qan axımının sürətlənməsi. Psixoloji stimul erotik film, seksual sözlər, seksual şəkil, hansısa seksual amilin yada düşməsi, seksual fantaziyalar, qadın ətrinin hiss edilməsi və s. Ola bilər.

Refleksogen ereksiya: birbaşa penisin özünün qiciqlanması, massaji, oxşanması, baş hissəsinin qıcıqlandırılması dorzal penis siniri vasitəsi ilə-Sakral refleksogen yol ilə

Gecə və ya spontan ereksiya: bu gecə vaxti parasimpatik sinir sistemi ilə alaqədar olur. Ve seksual stimuliasiyasız baş verir.

Hər bir xəstəlik kimi bu problemləri də uğurla mualicə edirik, bütün mualicələr anonim şəkildə apparatlarla ağrısız həyata keçirilir. Mualicələr reablitasiya bərpaedici -kompleks mualicələrdir.
                                                Dr.  Həsən Səmədov


Şərhlər:
Baxılıb: 4432
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz