Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavan qalmağın 10 əsas yolu
Cavan qalmağın 10 əsas yolu
Göndərən: C_E
Şərhlər:
Baxılıb: 3100
Səs ver:
İnsan hər yaşda öz sağlamlığının qayğısına qalmalı, heç nədən şikayəti olmasa belə, səhhəti ilə yaxından maraqlanmalı, vaxtından əvvəl qocalmanın qarşısını almağa çalışmalıdır. Təsəvvür edin ki, 30 yaşınız var. Bu yaşda insan öz sağlamlığı haqqında az düşünür, günü qaçaqaçda keçir. Bir də onda ayılır ki, artıq 40 yaş qapını döyür. Bir yandan da səhhətində çoxlu problemlər yaranıb: artıq çəki, hərdən ürək ağrıları, ayaqdan çıxan kapilyarlar və daha nələr, nələr...
20 yaşda heç kəsin ağlına belə gəlməz ki, haçansa belə problemlərə vaxt ayırıb, sağlamlığının dərdini çəkəcək.
Elə ona görə də özünüzü 40 yaşında sağlam və enerjili hiss etmək istəyirsinizsə, elə 20 yaşdan başlayaraq, təkcə xarici görünüşünüzün deyil, həm də daxilinizin qeydinə qalmalısınız. Necə deyərlər, şərti şumda kəsin ki, xırmanda yabalaşmayasınız. Elə asan qaydalar var ki, onlara riayət etməklə həm sağlamlığınızı, həm də cavanlığınızı qoruyub saxlaya bilərsiniz. Kim belə qaydalara riayət etmək istəməz ki?
 
Gündəlik qaydalar
Gündə iki dəfə dilinizi və dişinizi təmizləyin. Çünki ağızda milyonlarla bakteriyalar olur ki, onlar dil və dişlərin arasında yığılıb qalır. Bu bakteriyaları vaxtında təmizləməsəniz, diş və damaq xəstəliyindən başqa, ürək-damar xəstəlikləri, insult qazana bilərsiniz. Qadınlarda isə bu, hamiləliyin müəyyən dövrlərində düşüyə səbəb ola bilər.

Vitaminlər qəbul edin
Yaxın vaxtda uşaq sahibi olmaq istəyirsinizsə, bunun üçün ən yaxşısı B qrupu vitaminləri, kalsium və D vitaminidir.
Kalsium və D vitamini sizin sümüklərinizi, dırnaqlarınızı bərkidir. B vitamini sinir sisteminizə yaxşı təsir edir. A və E sitaminləri dəriyə və saça gözəllik verir.

Dəyişkən duş qəbul edin
isti suda çimin, soyuq suda yaxalanın. Belə duş immuniteti möhkəmləndirir.

Həftəlik qaydalar
Heç kimə sirr deyil ki, vaxtlı-vaxtında düzgün cinsi həyat orqanizmə yaxşı təsir edir və hormonların funksiyasına yardımçı olur. Həftədə iki dəfədən çox olmayaraq, intimə vaxt ayırmaq sağlamlığı qoruyur, immuniteti artırır və insana müsbət enerji verir.
Fitneslə məşğul olun və ya həftədə iki dəfədən çox olmayaraq, trenajor zalına gedin. Fiziki əmək əzələləri tonusda saxlayır və artıq kalorini yandırır.

Yarım ildən bir müayinə
Xanımlar qadın həkiminə müraciət etməyi yaddan çıxarmamalıdır. Hüceyrədaxili infeksiyalar uzun müddət özünü büruzə verməsə də, sakit-sakit elə şeylər yaradır ki, onlar da sonsuzluğa, vaxtından əvvəl düşüyə, süni aborta səbəb olur.

İllik müayinə
Ginekoloqa müraciət edin və kiçik çanağı UZİ-dən keçirin. Təəssüf ki, onkoloji xəstəliklər ildən-ilə cavanlaşır. Çağdaş dövrdə artıq 20 yaşlı gənclərin də sözügedən xəstəlikdən əziyyət çəkməsi heç kimə sirr deyil.
Gözdaxili təzyiqin ölçülməsi artıq hər il 30 yaşından başlayaraq, mütəmadi olaraq nəzarətdə saxlanmalıdır. Qlaukoma adlı göz xəstəlyinin inkişafı haqda xəbərdar olmalıyıq.
İldə ən azı, iki dəfə həkim müayinəsindən keçin. Qanda şəkərin, xolesterinin miqdarını nəzarətdə saxlayın.
30 yaşından başlayaraq, beş ildən bir qalxanvarıi vəzidəki hormonları yoxlatmaq üçün endekrinoloqa müraciət edin.
 
Özünüzü sevin, səhhətinizin ayğısına qalın. Sağlam və güclü olmağa çalışın!
P.S. Bəs, siz maraqlıdır bunların hansını edirsiz? )))


Şərhlər:
Baxılıb: 3100
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz