Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy gecəsi uğursuzluğu
Toy gecəsi uğursuzluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5284
Səs ver:
Toy gecəsi uğursuzluğu - İlk nikah gecəsi seksual ünsiyyətin baş tutmasından irəli gəlir. Bəs görəsən niyə belə olur?

Hansı səbəblər var.
Gəlin bunları 3 qrupa bölək:
1. Oğlanla bağlı problemlər
2. Qızla bağlı problemlər
3. Həm qız həm də oğlanla bağli problemlər

Oğlanlarda psixoloji -psixoloji impotensiya və ya fiziki səbəblərdən ereksiyanın zəifliyi (erektil disfunksiya) və\və ya eakulyasiyanın tez baş verməsi (erkən boşalma) toy gecəsi uğursuzluğuna gətirib çıxara bilər.

Adətən oğlanlarda psixoloji səbəblər - həyacən, uğursuzluq qorxusu, seksual təcrübənin olmaması və ya azlığı, uzun müddətli seksual pəhriz (bəzi oğlanlar nişanlılıq dövründə sevdikləri qıza xəyanət etmək istəmir, və ya dini görüşləri buna icazə vermir, və ya xəstəlik tutmaqdan qorxur), əvvəllər bir dəfə seksual uğursuzluq yaşamışsa bu da güclü stress və qorxu yarada bilər. Fiziki səbəblərə müxtəlif xəstəliklər –prostat, endokrin sistem, mərkəzi sinir sistemi xəstəlikləri və s. aiddir. Bütün bunları vaxtında aşkar edib aradan qaldırmaq üçün toy qabağı müayinələrdən keçmək məsləhətdir.

Qızlarda isə - 1. qızlıq pərdəsinin qalın və ətli olmasi nəticəsində bakirəliyin pozulmasının mümkün olmaması baş verə bilər. Bu individual bir xüsusiyyətdir. Qeyd etmək lazımdır ki, qizin yaşı artdıqca pərdə tədricən öz zərifliyin itirir, nisbətən bərkiyir. Belə hallarda deflorasiya qanaxma ilə müşayət ola bilər.
2. Vaginizm—uşaqlıq yolu əzələlərinin qeyri ixtiyari yığılması nəticəsində cinsi aktın mümkün olmamasıdır.
Bəzən isə problem ikitərəfli olur. Yəni həm qız, həm də oğlan bu situasiyada "günahkardır” məsələn oğlan həyacanlıdır, tələsir, qız isə ona kömək etmək əvəzinə qorxur, ağlayır, müqavimət göstərir. Qızlar bilməlidir ki, kişilər üçün toy gecəsi bir imtahandır, onlar özlərini bir kişi kimi təstiq etməlidir. Bu situasiyada uğursuzluq onların mənliyinə, qürurlarına ciddi zərbə vura bilər. Bütün həyatlarına təsir edə bilər. Qizlar isə ailə qurduqları, yəgin ki sevdikləri oğlanı psixoloji travmadan qorumalı, ona kömək etməlidir.
Qızlıq pərdəsinin pozulması nə güclü ağrı, nə də güçlü qanaxma vermir. Əgər kimsə bunun əksini deyirsə, səbəbı onların özlərində axtarmaq lazımdır.

Bununla əlaqədar bir neçə məsləhət verilə bilər.
1. Toy günü spirtli içki ilə ehtiyatlı olun. Heç içməyin ya da çox az miqdarda simvolik olaraq için.
2. İlk toy gecəsi kişi kobudluq, səbirsizlik etməməlidir. Fransız yazıçısı O Balzak öz "Nikahın fizioloğiyası” əsərində belə hərəkətləri "qanuni zorakılıq” adlandırıb, belə hərəkətlərdən sonra qadında ərinə qarşı uzun müddət nifrət hissi qala bilər, bəzən isə bununla bərabər qadın soyuqluğu "frigidlik” formalaşır.
3. Əgər qızın cinsiyyət orqanı kifayət qədər nəmlənməyibsə (ilk vaxtlar belə ola bilər), oğlan penisinə steril vazelin və ya maz sürtməlidir. Bu əlaqəni asanlaşdıracaq və qızda xoşagəlməz hissiyatları aradan qaldıracaq.
4. Deflorasiyanın (qızliq pərdəsinin pozulması) rahat baş verməsi üçün düzgün poza da seçmək vacibdir. Qız mütəkkə və ta yastığı yanının altına elə qoymalıdır ki, yanı yuxariya qalxsın, ayaqlarını isə maksimal aralayaraq, dizdən bükməli və sinəsinə döğru dartmalıdır.
Bütün bunlar toy gecəsi baş verə biləcək hər hansı bir promlemlərin qarşısını almağa çox kömək edəcək.

012 449 99 99 və 050 377 44 44 nömrəli telefonla seksopatoloqun qəbuluna yazıla bilərsiz.


Şərhlər:
Baxılıb: 5284
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz