Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi yolla yaranan Xəsteliklər.
Cinsi yolla yaranan Xəsteliklər.
Göndərən: Lovely Girl.
Şərhlər:
Baxılıb: 21274
Səs ver:
Cinsi yolla yaranan xəstəliklər cinsi xəstəliyi olan biriylə cinsi əlaqəyə girildiyində yoluxar. Yoluxma olduğunda hər zaman əlamət olmaya bilər. Bəzən əlamətlərin görülməsi üçün həftələr, aylar və illər tələb oluna bilər. Bu halda xəstə fərqində olmadan xəstəliyi başqalarına yaya bilər .
Ümumi olaraq əlamətləri:
-Sidik ifraz edərkən yanma, ağrıma, tez-tez sidiyə getmə.
-Penistə, vajinada, makat, dodaq və ağız içində yaralar, ziyillər və içi su dolu qabarcıqların ( sızanaqların ) meydana gəlməsi.
-Penis, vagina və ya arxada pis qoxulu və rəngli axıntı gəlməsi, qaşıntı.
-Oynaqlarda ağrı, şişkinlik və vəzlər.
-Qarının alt hissəsində ağrı.
-Cinsi əlaqədən sonra qanama.
Cinsi  yolla yaranan xəstəliklərdə bu əlamətlərdən biri və ya bir neçəsi birlikdə görülə bilər, ancaq bunlar başqa xəstəliklərlə bağlı da ola bilər. Doğru diaqnoz və müalicə üçün mütləq həkimə müraciət etməlisiniz ..
Əgər cinsi yolla yaranan bir xəstəliyə tutulub müalicə edilməzsəniz bu ciddi nəticələr verə bilər. Məsələn qadınlarda sonsuzluq, xarici hamiləlik, hətta rəhm ağızı xərçənginin səbəbi ola bilər.
Cinsi  yolla yaranan xəstəlik daşıyanlar hamiləlik və ya doğum əsnasında daşıdıqları mikrobu körpələrinə keçirə bilərlər.
AIDS və Hepatit kimi bəzi viruslar cinsi yol xaricində başqa şəkillərdə də yaranar. Məsələn qan nəqli, steril olmayan iynələrlə qan alınıb verilməsi, damardan narkotik istifadəsi (başqasının iynəsinin istifadə edilməsi ilə) və ya steril olmayan şərtlərdə döymə edilməsi, qulaq deşilməsi kimi yollarla da yarana bilər. Başqasının stəkanını, çəngəl-qaşığını istifadə edən cinsi yolla yaranan xəstəliklərə tutulmaz.
Cinsi yolla yaranan xəstəliklər ümumiyyətlə özbaşına sağalmazlar. Mütləq doğru şəkildə müalicə edilməsi lazımdır. Vaginal axıntıdan, anus və ya penis ucundan alınan sürüntüden edilən laboratoriya araşdırmaları ilə doğru diaqnoz və uyğun müalicə təyin olunur. Verilən müalicə şikayətlər itsə belə tam tətbiq olunmalıdır. Müalicə olunan müddətdə cinsi əlaqədə olmamaq ya da cinsi əlaqə olduğunda Qondon istifadə etmək lazımlıdır.
Xəstəliyin sizdə yarandığı  andan etibarən və ya müalicə müddətində xəstəliyi cinsi əlaqədə olduğunuz hər kəsə yoluxdura bilərsiniz.
Başqasıyla cinsi əlaqədən sonra  şüphələndiyiniz kəslərlə cinsi əlaqədən qaçınmaq və ya qondon istifadə etməniz cinsi sağlamlığınız üçün çox əhəmiyyətlidir.
Tərcümə etdi: Lovely girl



Şərhlər:
Baxılıb: 21274
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz