Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
BASQALARININ NAMUSLARINA NISBET IFFETLI-HEYALI OLUN
BASQALARININ NAMUSLARINA NISBET IFFETLI-HEYALI OLUN
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2853
Səs ver:
BASQALARININ NAMUSLARINA NISBET IFFETLI-HEYALI OLUN

"Başqalarının namuslarına nisbət iffətli - həyalı olun

Başqalarının namuslarına nisbət iffətli - həyalı olun ki, camaat da sizin namuslarınıza nisbət iffətli olsunlar." Belə nəql edirlər ki, bir şəhərdə qırx ilə yaxın idi bir kişi azan deyərdi.
Bir gün azan demək üçün minarəyə çıxıb azan deyir. Qurtarandan sonra ordan qonşunun həyətinə baxmağa başlayır ki, bir qızı başı açıq həyətdəəl-üzünü yuduğu halda müşahidə edir. Bir baxışla qızın məhəbbəti ürəyində yer edir. Axır bu eşqin qarşısında aciz qalıb onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
- Nə işin var?
Azançı cavab verir:
- Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:
- Biz müsəlman deyilik. Bizim məshəbimiz "Zərtüşt" məzhəbidir.
Biz öz dini qaydamıza görə edə bilmərik müsəlmana qız verək.Hər kəs istəsə bizimlə qohum olsun, gərək bizim dinimizi qəbul etsin. Qızın eşqi azançının ağlını başından elə çıxartmışdı ki, bir az fikir edəndən sonra onların dinlərinin qəbul etməsini bəyan edir. Ev sahibi elə bu fürsəti gəzirdi ki, bir müsəlman şəxsi öz dinindən xaric edib öz dininə gətirsin. Bu surətdə qızın atası razı oldu. Danışdıqdan sonra müəyyən vaxt təyin etdilər ki, bu işi yerinə yetirsinlər. Təzə bəy təyin olunmuş gün nişanlısının evinə gedir ki, yeni dinə daxil olmasının bayramınıtoy məclisi ilə birlikdə keçirsinlər. Mərasim qurtarandan sonra təzə bəy pillələrə bələd olmadığı halda pillələri sürətlə yuxarı qızın yanına çıxmağa başlayır. Pillələrin birində ayağının sürüşməsiləhəyətə yıxılması bir olur. Ev sahibi təzə yeznəsinin başı üstünə gəlir ki, görsün nə oldu. Görür təzə yeznə bu dünyadan əbədilik olaraq gözlərini yumub. Bu minval ilə bir an naməhrəməbaxmağının nəticəsində öz nəfsinin əlində əsir qalaraq qırx illik ibadətini batil etdi. Hətta bu iş səbəb oldu ki, kafir halında bu dünyadan gözlərini əbədi olaraq yumsun.



Şərhlər:
Baxılıb: 2853
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz