Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir
Nə olsun, hamiləyəm, yataqda ürəyim ərimi istəyir
Göndərən: _BELOSNEJKA_
Şərhlər:
Baxılıb: 6980
Səs ver:

Ailə həyatının möhkəmlənməsi üçün cinsi əlaqə çox lazımdır.Hamiləlik isə ailə həyatında ən vacib məqamdır,bu zaman qadınların əhval-ruhiyyəsində,fiziki hərəkətlərində çox dəyişikliklər olur.Bütün bunları kişilər asanlıqla qəbul etmir.9 ay ərzində cütlər bir-birlərini yenidən tanımağa başlayır.Cinsi əlaqə problemlərin həllində əsas rol oynayır.Əgər atalar cinsi əlaqədən qorxullarsa həkimə müraciət etmək lazımdır. Hamiləlik dövründə yalnız bir neçə halda intimin təhlükəsi olar: • Uşağın düşmə təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa; • Cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa; • Çoxdöllü hamiləlik zamanı; • Sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir). Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki? Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur. Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heçnədən xəbəri yoxdur!  Bəs orqazm doğuşu tezləşdirmirki? Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni intim sancıları "gətirə” bilər. Hamiləlik dövründə qadının intimə marağı azalır? Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə intimə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür. Çox vaxt hamiləliyin ilk 3 ayında intimə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir. İkinci 3 ay ərzində intimə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin. Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.   Həyat yoldaşınızın cinsi istəkləri... Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır.

Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın intimə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər. Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da intimə təsir göstərir. Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır. intimin mənası sadəcə təbii artım yox,həm də partnyora qarşı diqqət,nəvaziş və sevginin göstəricisidir. Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin.

Hamiləlik dövründə intim çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur! İlk 3 Ayda Hamiləliyin ilk 3 ayı, cütlər üçün ən çətin və ən uzun dövrdür. Mədə bulantısı və böyüməyə başlayan sinələrinizdəki ağrıdan ötəri özünüzü çox vaxt pis hiss edə bilər və cinsi istəksizlik duya bilərsiniz. Bu vəziyyətdə yoldaşınıza bir az səbrli olmasını və sizi anlamasını söyləməlisiniz. 3-7 ay arası Hamilə olduğunuzu artıq qəbul etmiş və bununla yaşamağı öyrənmisiniz. Bu dövrdə cinsi arzularınız geri gəlmişdir. Bu dövr bir çox qadın üçün ən güclü orgazmların yaşandığı dövrdür. Qan təzyiqinizdəki artım, hormonal sekresiyalarınız cinsi istəklərinizi qamçılayacaq. Vaginal mayeniz artdığından kiçik ağrı duymadən əlaqəyə girə bilərsiniz. Hələ körpəniz səbəbindən də qarınınız çox çox böyümədiyi üçün istədiyiniz mövqedə sevişə bilərsiniz. 7. aydan sonrası Qarınınız gedərək böyüdüyü üçün hər mövqedə cinsi əlaqəyə girə bilməzsiniz. Bu dövrdə daha çox yan yataraq sevişməyi təcrübənin.Yoldaşınızın qarınınızın üstünə çox çox basdırmamasına diqqət yetirin. Zatən hər mövqedə yata bilməmək, gün keçdikcə körpəniz üçün narahatlıq və ağırlaşan bədəninizi zorla hərəkət etdirmək cinsi istəklərinizi özbaşına yatıracaq. Bu vəziyyətdə ön sevişməyi uzun tutmalı və bir-birinizi uzun müddət oxşamalısınız.  

Diqqət, bilməniz lazım olan nöqtələr:   *Hamiləlikdə cinsi bərabərlik əsnasında gigiyenaya normalda olduğundan daha çox diqqət yetirməlisiniz. *Cinsi əlaqənizin sıxlığını bu dövrdə bir az azaldın. Məsələn yeni bir əlaqə üçün əvvəlki əlaqənizin üzərindən 24 saat keçməsinə diqqət yetirin. *Körpənizə zərər verməmək üçün daha çox sizin üstdə olduğunuz mövqeləri seçin. Ancaq qarınınız böyüdükcə əlbəttə ki bir az daha diqqətli olmalısınız. *Hamiləyiksə cinsi əlaqəyə "yox" deməməliyik.Əksinə yeni kəşflər etməliyik.Sizləri maraqlandıran mövzulara və suallara aydınlıq gətirək. Uşaqlar valideynlərinin cinsi əlaqəylə məşğul olduqlarını hiss edirlərmi? Bu onlara təhlükəli deyilmi? Uşağı matka pərdəsi qoruyur(o yetərincə qalındır).Uşaq heç nə hiss etmir.Hətta cinsi əlaqədən sonra orqazmda hərəkət hiss edirsinizsə,bu o demək deyilki,uşağa pisdir.Ya da o,nə baş verdiyini anlayır.Uşaqçün anasının ehtirasa gəlməsi çox önəmlidir.Bunun nəticəsində uşaq daha çox oksigen və qidalandırıcı maddələr qəbul edir. Hansı poza təhlükəlidir? Normal keçən hamiləlikdə demək olar ki,heç bir intim pozası təhlükəli deyil.Əsas gələcək ananın rahatlığıdır.Qarına yük düşməməsinə diqqət edilməlidir.Çox fiziki gücə yol verilməməlidir. Cinsi istək azalırmı? Qadınlarda adətən azalmır.Əgər azalırsa bu orqanizmin gücündən və uşağa ziyan vermək qorxusundan ola bilər.


 



Şərhlər:
Baxılıb: 6980
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz