Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız Uşaqlarında aybaşı
Qız Uşaqlarında aybaşı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11182
Səs ver:
 

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnın aşağı nahiyəsinə isti su ilə qrelka və s.

Həkimlə məsləhətləşdikdən sonra bəzi dərman preparatları da istifadə etmək olar.

Aybaşı 3-5 gün davam edir, ümumiyyətlə isə, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün (bir qəmər ayı) olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti orta hesabla 24-30 gün arasında dəyişilir). Əksər qızlarda isə bu dövr tez bir zamanda 28 günlük dövr şəklində formalaşaraq bütün dölyaratma dövrü ərzində (klimaks dövrünədək) dəyişilmir.

Menstruasiyanın birinci ili aybaşı dövrü qeyrimütəmadi ola bilər. Bəzən 1-2 dövr müddətinə heç bir səbəb olmadan və ya bir sıra səbəblər üzündən (müxtəlif xəstəliklər, mənəvi sarsıntılar, qorxma, travma, natamam qidalanma və s.) menstruasiya tamamilə olmaya bilər. Əgər aybaşı başlayandan bir il ərzində mütəmadi tsikl formalaşmazsa - tam qaydasına düşməzsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa (yaxçı olar ki, uşaq ginekoloqu olsun) göstərmək vacib hesab edilir. Bu, yumurtalıqların müxtəlif xəstəlikləri, dıgər ciddi patoloji hallar və ya hamiləliklə əlaqədar ola bilər.

Aybaşı zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik aybaşı bezlərini dəyişdirərkən xarici cinsiyyət üzvlərini də yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil. Aybaşı dövründə bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilmir. Bu zaman, sadəcə olaraq, qarın divarının fiziki yüklənməsini istisna etmək tələb olunur.

Həkimlər qarşıdakı aybaşı haqqında qızlarını məlumatlandırmağın vacibliyi barədə analara xəbərdarlıq etdikdə, bir çox hallarda analardan "hələ vaxtımız var” cavabını eşidirlər. Nəticədə analar əksər hallarda qızlarını xəbərdar etməyə gecikirlər və qəflətən başlamış aybaşı zamanı, kifayət qədər məlumatı olmayan qızlar, qan görən kimi qorxur, təşvişə düşürlər. Bəzən hazırlıqsız olan qızlar onlarda baş verən dəyişikliklərdən utanaraq, baş vermiş menstruasiya barədə öz analarına xəbər vermir, müvafiq gigiyenik olmayan materiallardan (tam təmiz olmayan əsgilər, tualet kağızı və s.) istifadə edirlər ki, bu da onların müxtəlif infeksiyalara yoluxması ilə nəticələnə bilər. Belə problemlərin baş verməməsi üçün artıq 9 yaşında analar qızlarını qorxuya salmadan onlara aybaşı barədə ilkin məlumatlar verməlidirlər.

Qanazlığı olan qızları aybaşı dövrünə daha ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. qidaların miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq (qan xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.

Aybaşı vaxtı həddən artıq qanaxma olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək də vacib hesab edilir. Bir çox hallarda analar qızlarında ağrı ilə keçən aybaşıya etinasız yanaşırlar. Nəzərdən qaçırmayın ki, bu ağrılara səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, əyriliyi, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.

İlk aybaşıdan sonra hamilə qalmaq ehtimalı olsa da, 18 yaşa qədər hamiləliyin baş verməsi orqanizmin inkişafının hələ davam etməsi və qızın ana olmağa hələ psixoloji cəhətdən də hazır olmaması səbəbindən, heç bir halda arzuolunan hesab edilmir. Həkimlər hesab edirlər ki, ilk aybaşıdan sonra 5 il ərzində qızların orqanizmi hamilə qalmağa hələ kifayət qədər hazırlıqlı hesab edilmir. Yeniyetmə dövrü hamiləlik üçün risk faktoru sayılır. Yeniyetmə hamilələrdə bir çox hallarda ağır toksikozlar inkişaf edir, doğuş ağır keçir, körpələr çox vaxt anadangəlmə patologiyalarla doğulurlar. Bütün bu hallar gənc ana orqanizminin və onun cinsiyyət üzvlərinin kifayət dərəcədə yetkinləşməməsi ilə bağlıdır.

Ana olmagın minimal yaş dövrünü hesablamaq üçün aybaşı başlayan yaşın üzərinə 5 il əlavə etmək lazımdır:

13 yaş + 5 il = 18 yaş;

14 yaş + 5 il = 19 yaş və s.

Azyaşlı qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidirlər.

 

Redakte etdi: PRETTY GIRL




Şərhlər:
Baxılıb: 11182
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz