Bakıda hava
USD 1.0501 AZN
EUR 1.1906 AZN
RUB 0.0165 AZN
TRY 0.4244 AZN
Söhbət otağı
Cinsiyyet orqanlarının xestelikleri
Cinsiyyet orqanlarının xestelikleri
Müəllif: Anar Mammadov
Şərhlər:
Baxılıb: 66327
Səs ver: +51
Cinsiyyet orqanlarının xestelikleri

Cinsiyyet orqanlarının anomaliyaları. Cinsiyyet orqanlarının inkişaf prosesi pozulduqda, bir sıra anomaliyalara tesadüf edilir. Xayalarda anomaliyalar miqdarca ve veziyyetine göre müxtelif olur. Bezen bir, nadir hallarda ise üç xaya olur. Veziyyetce anomaliyalara xayaların yolda qalması, yerlerini deyişmesi ve dönmeleri aiddir. Yumurtalıqlarda da miqdar, şekil ve veziyyetce anomaliyalara tesadüf edilir. Uşaqlığın esas anomaliyalarına ikili, ikibuynuzlu ve birbuynuzlu uşaqlıq aiddir. Uşaqlıq yolunun anomaliyalarına ikili, arakesmeli ve yarımarakesmeli uşaqlıq yolu aiddir. Qızlıq perdesinin anomaliyalarına qızlıq perdesinin bütöv (deliksiz) olması, saçaqlı, xelbirebenzer qızlıq perdesi ve s. aiddir. Xarici cinsiyyet orqanlarının anomaliyalarına yalan xonsalıq (hermafroditizm) aiddir. Bele halda daxili cinsiyyet orqanları bir cinsiyyete aid olduğu halda, xarici cinsiyyet orqanları başqa cinsiyyetinkine oxşayır, yeni kişi olduğu halda, xarici cinsiyyet orqanları qadınlarınkına oxşayır ve ya qadın olduğu halda, xarici cinsiyyet orqanları kişilerinkine oxşayır. Yalan xonsalıqdan başqa bir de heqiqi xonsalıq var. Bele halda bir şexsde her iki cinsiyyet vezisi, yeni hem xaya ve hem de yumurtalıq olur. Yumurtalıqların şişleri. Qranulyoz hüceyreli şişler, follikulomalar ve tekomalar qadınlarda çox vaxt uşaq yaşlarında ve ya klimakterik dövre yaxın rast gelir. Klinik gedişi. Xestelik 3-5 yaşlarında başlandıqda uşaqlarda vaxtından erken cinsi yetişme elametleri inkişaf edir. Estrogenlerin miqdarı artdığından, sümüklerin boy zonası tez bağlanır. Şiş böyük yaşlarda başladıqda, xeste qadınlar aybaşının pozulması dövründen asılı olmayan uşaqlıq qanaxmalarından, qarında qasıq nahiyesine ve bele irradiasiya eden ağrılardan şikayetlenirler. Qadınlar yaşlarına nisbeten cavan görünürler. Cinsiyyet orqanlarının yaşla elaqedar olaraq atrofiyalaşması bele xestelerde olmur. Androgenler ifraz eden şişler zamanı virilizm (ikincili kişi cinsi elametlerinin olması) elametleri inkişaf edir. Proqnozu. Diaqnoz erken müeyyen edilib, vaxtında cerrahi müalice aparılarsa, xoşxasseli qranulyoz hüceyreli şişlerde ve tekomalarda proqnoz yaxşı olur; bedxasseli şişlerde proqnoz xoşagelmeyendir. Müalicesi yalnız cerrahi yolla şişi çıxarmaqdan ibaretdir. Klimaks. Klimakterik nevroz. Klimaks - qadın heyatında reproduktiv dövrden menopauzaya keçme dövrünedek olan fizioloji veziyyetdir. Klimaks vaxtı aybaşı kesilir, yumurtalıqların hormonal ve generativ funksiyası tedricen sönür. Qadınlarda ovulyasiyanın ve reproduksiya qabiliyyetinin kesilmesi, adeten, 45 - 55 yaşlar arasında başlanır. Eger aybaşı 40 yaşa qeder kesilerse, buna erken klimaks, 50 yaşdan sonra kesilerse, gecikmiş klimaks deyilir. Klimakteriyanın (klimaksın) menşeyinde merkezi sinir sisteminin, xüsusen hipotalamusun müeyyen merkezlerinde yaşla elaqedar deyişiklikler, hipofizin qonadotrop funksiyasının tenziminin pozulması esas yer tutur. Klimakteriya dövründe cinsiyyet vezilerinin funksiyadan qalması normal fizioloji veziyyetdir ve adeten, orqanizmde xüsusi pozulma töretmir. Xestelik hem aybaşı dövründe, hem de aybaşısız ola biler. Bezen klimakterik nevroz menopauzadan 10 - 15 il sonra başlanır. Patoloji klimaksa, klimakterik nevrozdan başqa, uşaqlıqdan disfunksional qanaxmaları da aid edirler. Xestelik zamanı cinsiyyet orqanlarında, süd vezilerinde ve s. atrofik deyişiklikler emele gelir. Yumurtalıqlar qırışır ve sertleşir, onların damarlarında ateromatoz prosesler ve skleroz elametleri tapılır. Uşaqlıq ezeleleri kiçilir, ezele hüceyreleri atrofiyalaşır, uşaqlığın divarları nazikleşir. Uşaqlıq yolu qırışır, epiteli yastılaşır, toxumalarının elastikliyi itir. Histoloji müayinede müxtelif inkişaf dövründe olan follikullar, onların boşalması, birleşdirici toxumanın inkişafı, xırda kistoz deyişiklikler tapılır. Qadınların çoxunda klimaks orqanizmde pozulma vermeden keçir, diger hallarda ise klimakterik nevroz inkişaf edir. Klimakterik nevroz ekser qadınlarda yüngül keçir ve 1-2 iledek davam edir. Ancaq bezi hallarda xestelik ağır gedişli olur, bir sıra elametleri illerle davam edir. Xesteliyin xarakterik elameti bedende istilik hissiyyatının yaranmasıdır. Vegetativ-sinir pozulmalarından en çox rast geleni «istileşme», terleme, başgicellenmesi, başda ve qulaqlarda küy, ürekdöyünme, etraflarda paresteziyalardır. Klimakterik nevroz üçün en xarakterik olan qısamüddetli böhran elametleri ile başlanıb qurtaran veziyyetdir. Bu hal 30 saniyeden 1 - 2 deqiqeyedek çekir, «istileşme», terleme, gözlerde qaralma, ürekdöyünme, başgicellenme ile keçir. Bir sıra xestelerde qızışma hissiyyatı daha çox davam edir, bezen sifetin qızarması ve ümumi terleme ile müşayiet olunur, yavaş-yavaş başlanır ve tedricen keçib gedir. Bezen "istileşme" vaxtında hava çatışmazlığı hissi olur, teneffüs tezleşir ve nefesalma derinleşir. Klimakterik nevroz zamanı xesteler çox vaxt ürek nahiyesinde ağrıdan ve ürekdöyünmesinden şikayetlenirler. Bu ağrılar uzunmüddetli olur, fiziki işle elaqedar olmur, esebilik vaxtında artır, bezen ise heç bir aşkar sebeb olmadan sakitlik vaxtı bele emele gelir. Ağrılar adeten üreyin zirvesinde olur. Çox vaxt ağrılar göynedici ve deşici, az hallarda sıxıcı xarakter daşıyır, bezi xestelerde küreye ve sol qola irradiasiya edir. Çox vaxt klimakterik nevrozlu xestelerde normal qan tezyiqi vaxtı başağrıları olur. Klimakterik nevroz etraflarda paresteziyalar, onların keyleşmesi, çox vaxt qebizlik ve meteorizmle keçir. Klimakterik nevroz vaxtı bir sıra xesteliklere - hipertoniya xesteliyi, ateroskleroz, piylenme, şekerli diabet, xronik qeyri-spesifik poliartrit ve mübadile poliartritlerine meyllik artır. Klimakterik nevroz bu xesteliklerle yanaşı gedirse, hormonal müalice bunların bezilerinin gedişine de xoş tesir gösterir. Qadınların çoxunda menopauzadan sonrakı dövrde osteoporoz başlanır. Bu, sümük kütlesinin azalmasına, xüsusen feqerelerin kiçilmesine, sıxılmasına, feqere sütununun eyilmesine, boyun kiçilmesine, belde ve aşağı etraflarda ağrılara sebeb olur. Estrogenler  ve androgenlerle kombineleşmiş müalice, prosesin inkişafının qarşısını almağa imkan verir. Müalicesi. Yüngül klimakterik nevrozu olan qadınların çoxunun xüsusi müaliceye ehtiyacı yoxdur. Bele hallarda düzgün emek ve sakitlik rejimi, rasional qidalanma, A, B, C, E ve s. qrup vitaminlerin teyini, temiz havada olmaq, müalicevi beden terbiyesi kifayet edir. Klimakterik nevrozun nisbeten ağır formalarında müalice kompleks şekilde aparılmalıdır. Burada esas müalice üsullarından biri psixoterapiyadır. Xesteleri başa salmaq lazımdır ki, klimakterik nevroz vaxtı emele gelmiş vegetativ pozulma müveqqeti xarakter daşıyır, orqanizm yeni fizioloji şeraite uyğunlaşandan sonra bu hallar keçecek ve reproduktiv funksiyanın kesilmesi heç de cinsi heyatın kesilmesi demek deyildir. İzah etmek lazımdır ki, emele gelmiş pozulma heç bir üzvi xestelikle elaqedar deyil, funksional xarakterlidir. Merkezi sinir sistemini sakitleşdirmek meqsedile rezerpin çox yaxşı tesir gösterir. Klimakterik nevrozun müalicesinde simptomatik ve sakitleşdirici tesire malik olan qaraca alkaloidleri de işledilir. Bunlar, xanımotu alkoloidleri ve barbituratlarla birlikde "belloid" ve "akliman" preparatlarının terkibine daxildir. Hipoqonadizm. Hipoqonadizm kişilerde xayaların funksional çatışmazlığı neticesinde daxili ve xarici cinsiyyet orqanlarının, cinsiyyet vezilerin ve ikincili cinsi elametlerin inkişafdan qalmasıdır. Xesteliyin sebebi bezi hallarda xayaların anadangelme aplaziyası ve ya hipoplaziyası olur, başqa hallarda cinsiyyet orqanları uşaqlıq ve ya genclik dövründe inkişafdan qalır. Xayaların anadangelme inkişafdan qalmasının sebebi hamilelik vaxtı ananın keyfiyyetsiz qidalanması, infeksion xestelikler ve intoksikasiyalar ola biler. Uşaq ve genc yaşlarda cinsiyyet orqanlarının inkişafdan qalmasının sebebi cinsiyyet vezilerinde zedelenme ve infeksiya neticesinde iltihabi deyişikliklerin emele gelmesi ve sonradan vezilerin atrofiyaya uğramasıdır. Hipoqonadizm zamanı xayaların parenximasında degenerativ  deyişiklikler ve kanalcıqlar arasında birleşdirici toxumanın inkişafı aşkar edilir. Prostat vezi atrofiyalaşır, vezi elementleri azalır, birleşdirici toxuma artır. Xayaların anadangelme hipoplaziyasında ve ya onların uşaq yaşlarında zedelenmesi zamanı xarici cinsiyyet orqanları keskin suretde inkişafdan qalır, ikincili cinsi elametler olmur. Testikulyar çatışmazlıq pubertat dövründe başlanıbsa, xarici cinsiyyet orqanları müeyyen derecede inkişaf ede bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi elametler zeif inkişaf edir. Davamlı evezedici ve ya stimul edici hormonal müalice hem birincili, hem de ikincili hipoqonadizmin bir çox elametlerinin zeiflemesine sebeb olur. Tam sağalma olmur. Müalicesi. Kişi cinsiyyet hormonları ile evezedici müalice aparmaq lazımdır. Kriptorxizm. Kriptorxizm dedikde, bir ve ya her iki xayanın xayalığa düşmemesi nezerde tutulur. Bu iki növ olur: xaya qarın boşluğunda qalır, ya da onun xayalığa düşmesi başa çatmır. Müalicesi. Yalan kriptorxizmi müalice etmek lazım deyil. Heqiqi kriptorxizmi cerrahi ve konservativ yolla müalice edirler. Konservativ müaliceni xorionik qonadotropin ve testosteronla aparırlar. Oğlan uşaqlarında müalice 10 yaşa kimi aparılmalıdır, çünki bu vaxta qeder xayaların normal quruluşu saxlanılır. İkiterefli kriptorxizmde müaliceni 7-9 yaşlarda xorionik qonadotropinle başlamaq lazımdır. Preparatı 500 TV dozada, 20 gün müddetinde, heftede iki defe ezele daxiline yeridirler. Effekt olmasa, müalice kursunu 2-3 aydan sonra tekrar etmek lazımdır. Birterefli kriptorxizmde ve xayanın qasıq ektopiyasında cerrahi müalice aparılmalıdır. Kişi klimaksı. Kişi klimaksı orqanizmin normal fizioloji veziyyetidir. Bu, hipotalamus-hipofiz-qonadlar sisteminde neyroendokrin qarşılıqlı münasibetlerin yaşla elaqedar olaraq deyişilmesi neticesinde, cinsiyyet vezilerinin funksiyalarının itmesi ile keçir. Klimakterik nevroz kişilerde ürek-damar sistemi, sinir sistemi ve psixikada, cinsiyyet orqanları, sidik, hem de endokrin sisteminde  pozulmalarla keçe biler. Kişilerde klimaks 45-60 yaşlar arasında baş verir. Klimakterik nevroz ise kişilerin 10-20 %-de müşahide edilir. Kişilerde klimaks qadınlara nisbeten tedricen başlanır, adeten, cinsi potensiyanın zeiflemesi ile keçir. Cinsi meyllik çox vaxt zeifleyir, bezi hallarda ise artır. Klimakterik nevroz kişilerde ürek-damar sisteminde deyişiklikler, ürek nahiyesinde ağrılar, ürekdöyünme, paroksizmal taxikardiya tutmaları, çox vaxt tranzitor ve ya daimi hipertoniya, başda istileşme, terleme, parasteziyalar ve s. şeklinde meydana çıxır. Sinir-psixi pozulmalar qıcıqlanma, ağlağanlıq, yaddaşın zeiflemesi, esassız qorxu hissi, depressiya ve bezen psixozlar şeklinde aşkara çıxır. Sidik-cinsiyyet sisteminde potensiyanın zeiflemesi, sidik ifrazının pozulması, çetinleşmesi, sidik kisesi nahiyesinde küt ağrılara tesadüf olunur. Müalicesi. İlk növbede ümumi möhkemlendirici müalice aparılır. Bu meqsedle emek ve istirahet rejimini qaydaya salmaq, rasional qidalanma, fizioterapevtik müalice ve s. meslehetdir. A, B, C ve E vitaminleri, biostimulyatorlar - aloe, apilak, jenşen, fitin ve s. teyin edilir. Ezeleye novokainin 2 %-li mehlulunu 5 ml (birinci inyeksiya 2 ml), heftede 3 defe, cemi 10-15 inyeksiya teyin etmek de meslehetdir. Bu, sinir sisteminin trofik funksiyasını yaxşılaşdırır. Heqiqi hermafroditizm. Heqiqi hermafroditizm vaxtı xestede hem yumurtalıq, hem de xaya olur. Xestelik olduqca az rast gelir. Müalicesi. Xestenin cinsiyyeti qonadların (cinsiyyet vezilerinin) qadın ve ya kişi funksiyasının üstünlüyüne ve psixo-intimual meylliye esasen müeyyen edilir. Buna müna¬sib olaraq xarici cinsiyyet orqanlarının cerrahi korreksiyası aparılır. Prostat vezinin iltihabı. Prostat vezinin iltihabı (prostatit) çox vaxt cinsi heyat dövründe müşahide olunur. İltihaba prostat veziye irintöreden müxtelif mikrobların keçmesi sebeb olur. Mikroblar, adeten, sidik ifrazı orqanlarında müxtelif iltihabi prosesler olduqda prostat veziye keçir. Süzenek xesteliklerinin miqdarının azalması ile elaqedar olaraq son illerde prostatit xeyli az tesadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik kanalını kateterizasiya etdikde de prostat veziye infeksiya keçirmek olar. Prostat vezinin iltihabını keskin ve xronik formaya ayırırlar. Xesteler sidiyin lengimesini, anusda defekasiya vaxtı qüvvetlenen berk ağrılar hiss edirler. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik çetinlikle, damcı-damcı ifraz olunur. Xesteler üşütmeden şikayet edirler, keskin prostatit zamanı temperatur 39-40°C-dek yükselir. Sidik ifrazının pozulması, aralıqda pulsasiya eden, defekasiya vaxtı güclenen ağrılar müşahide olunur. Sepsis inkişaf ede biler. Günde 3-4 defe 0,5-1 q piramidonu yarım stekan ilıq su ile mikroimaleler, isti oturaq vannaları, aralığa isidiciler teyin edirler. Ağrıları azaltmaq üçün morfin tetbiq edirler. Antibiotiklerin (penisillin, streptomisin, biomisin ve s), sulfanilamid preparatlarının tetbiq edilmesi vacibdir. Antiseptik derman kimi venaya urotropinin 40 %-li mehlulundan 5-10 ml vururlar. Abses olduqda yarırlar. Prostat vezinin adenoması (hipertrofiyası). Bu xestelik ahıl ve qoca yaşlarında olur, vezinin böyümesi ile tezahür edir. Adenoma vezi toxumasının ve ya vezinin birleşdirici toxuma esasının böyümesi hesabına baş verir. Prostat vezi böyüyerek, sidik kisesinin boşalması üçün mexaniki manee yaradır, bu da kisede, sidik axarlarında ve böyreklerde sidik durğunluğu neticesinde deyişikliklere sebeb olur. Xestelik inkişaf etdikde sidik kisesinin tam boşalmaması ile elaqedar olaraq, onda hemişe qalıq sidik qalır. Sidik ifrazı tezleşmiş, çox vaxt ağrılı olur. Sidik kisesinin divarları tedricle zeifleyir. Sidik heddinden çox dolmuş kiseden qeyri-iradi olaraq, damcı-damcı xarice ifraz olur. Prostat vezinin adenoması xerçenge keçe biler. Müalice. Sidik keskin suretde lengidikde kateterizasiya edilir. Bezen kateteri bir neçe gün sidik kisesinde saxlayırlar; bu, xestenin veziyyetini xeyli yüngülleşdirir. Konservativ tedbirlere oturaq vannalar, kise ve aralıq nahiyeye isidiciler şeklinde yerli oturaq isti tetbiq etmek aiddir. Son illerde endokrin preparat - sinestrol tetbiq edirler; bu, vezide degenerativ deyişiklikler emele getirerek onun kiçilmesine sebeb olur. Operativ müalice üsullarına sidik kisesine fistula qoyulması ve prostat vezinin kenar edilmesi aiddir.
Cinsiyyet orqanlarının xestelikleri 


Şərhlər:
Baxılıb: 66327
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Azərbaycan qadınının zövq aldığı məşğuliyyəti? (SORĞU)

Modanı izləmək / Dəblə geyinmək
Serialları izləmək
Telefondan asılmaq
Açıq-saçıq geyinmək
Kitab oxumaq

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz