Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günay Əliyevadan istifadəçilərimizə qızıl məsləhətlər
Günay Əliyevadan istifadəçilərimizə qızıl məsləhətlər
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 986
Səs ver:
Bilirsinizmi ki, katarakta (mirvari suyu) 40 yaşından sonra görmə qabiliyyətinin itirilməsinin əsas səbəbidir? Prevent Blindness America təşkilatının məlumatına əsasən, katarakta səbəbindən görmənin zəifləməsi halları birlikdə götürülmüş qlaukoma nəticəsində dumanlanma, makulyar degenerasiya və diabetic retinopatiyadan daha çoxdur. 
Lakin heç bir qorxuya səbəb yoxdur. Yaşınızdan asılı olmayaraq, katarktanın qarşısını almağa və ya onun inkişafını zəifləməyə yardım edəcək addımlar var. Lakin görmə qabiliyyətinizin katarakta barədə düşünəcəyiniz qədər zəifləməsini gözləməyin – ardını oxuyun və özünüz üçün artıq bu gün sağlamlığa doğru bir ip ucu kəşf edin.
1. Zərərli  vərdişlərinizi nəzarət altında saxlayın
Heç kimə sirr deyil ki, siqaret nəinki sizin, hətta ətrafınızdakı insanlar üçün də sağlamlıq riski yaradır. Bəs bilirdinizmi ki, siqaret çəkmə sizin gözlərinizə də ziyan vurur?  Araşdırmalar göstərir ki, siqret çəkmə kataraktanın yaranma təhlükəsini artırır. Odur ki, siqareti atmaq üçün daha bir səbəbə ehtiyacınız varsa, gözlərinizin gələcək sağlamlığı barəsində düşünün.
Bu həftə yaxşı vaxt keçirmək üçün planlarınız var? Yalnız pivə, şərab və kokteylin barədə düşünün. Siqaret kimi, spirtli içkilər də bir çox xəstəliklərin, həmçinin kataraktanın yaranmasına səbəb ola bilər.
2. Düzgün qidalanın
Araşdırmalar göstərir ki, şəkərli diabetli insanlarda kataraktanın yaranma riski yüksəkdir. Bu səbəbdən də qandakı şəkərin miqdarının normada saxlanılması həm sizin ümumi sağlamlığınız, həm də gözlərinizin sağlamlığı üşün son dərəcə önəmlidir.
Lakin sağlam pəhriz hər birimiz üçün vacib olmalıdır. Biz hər zaman xəstələrimizə çoxlu miqdarda göyərti  və meyvə yeməyi məsləhət görürük. Vitamin əlavələri də gündəlik rasionumuzda ala bilmədiyimiz maddələri tamamlamaq üçün yaxşı vasitədir . Beta-karotin, selen, C və E vitaminləri kimi antioksidantlarla zəngin qidalar da kataraktanın yaranmasını qarşısını ala bilir. Antioksidantlarla zəngin tərəvəzlərdən kələmi, ispanagi, brokkoli, qirmizi bibəri  göstərə bilərik.
 
3. Gözlərinizi günəşdən qoruyun
Biz əvvəl də deyirdik, indi də deyirik, gözlərinizi ultrabənövşəyi şüalardan qoruyun və onlar sizə minnətdar olacaqlar. Araşdırmalar göstərir  ki, ultrabənövşəyi şüalar hətta gənc insanlarda belə kataraktaya səbə ola bilər. Şüalanmanı azaltmaqdan ötrü, evdən çıxan zaman papaq taxın və fəsildən asılı olmayaraq, ultrabənövşəyi filtri olan günəş eynəklərindən istifadə edin.
 
4. Göz həkiminə müraciət edin
Hətta əgər gözləriniz tam sağlamdırsa belə, ildə bir neçə dəfə, mütəmadi olaraq göz həkiminə getməyi adət edin. Vaxtaşırı müraciətlər sizin həkiminizə katarakta, qlaukoma, makulyar degenerasiya və sair görmə problemlərinin əlamətlərini aşkarlamaqda yardımçı olur. Xəstəliklərin vaxtında aşkarlanması isə sizin görmənizi xilas edə bilər!

Qeyd: Amerika Oftalmoloqlar Akademiyasının üzvü - cərrah-oftalmoloq  Günay  Əliyeva digər yazıları və onunla əlaqə üçün bu ünvana müraciət edin:

www.eyeclinic.az  

https://www.facebook.com/OftalmoloqcerrahDr.GunayAlieva  


Şərhlər: 7
Baxılıb: 986
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzu gunes
menim nenemin gozleri hec gormur emeliyyatdan sonra bele oldu indi her defe nenemi gordukce ureyim qan agliyir Allah hec kimi gozunun nuru ile imtahan etmesin Amin
28 avqust 2015 22:12
# 7
vipbetul
gozler cox vagib rol oynayir insan heyatinda goz olmasa biz bu gozellikleri gore bilmerik ona gorede gozlerimizi qoruyub onlara diqqet etmeliyik
28 avqust 2015 19:42
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Gözlə ehtiyatlı davranmaq lazımdır. Gözlərimin sağlamlığı mənim üçün çox önəmlidir.

...666...
28 avqust 2015 17:03
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Gözlərimdə zəiflik var biraz, ama bekə ağrı filan yoxdur şükür.
28 avqust 2015 12:14
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
meni_gozle
mümkün qədər gözlərimi qoruyuram
28 avqust 2015 11:02
# 3
lilit
1 ci meslehet cox gozeldi caliwacam emeledim
28 avqust 2015 00:00
# 2
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
BARBI
Goz sagligima xususi diqqet yetirirem. Her zaman qoruyuram
27 avqust 2015 23:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz