Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kondiloma nədir? - Dr.Türkan Gündüz
Kondiloma nədir? - Dr.Türkan Gündüz
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 716
Səs ver:

Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır.
Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).
Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır.
İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir.
İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır. Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (50%-dən artıq) həyat ərzində bu virusa yoluxur.
Lakin insanların bir çox hissəsində bu virus "yatmış" şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin ümumi və yerli (dəri və selikli qişalar) immunitet zəiflədikdə, İPV-u "özünü göstərməyə" başlayır.
Hal hazırda İPV-un 100 növü məlumdur. Müxtəlif İPV-nun növləri müxtəlif xəstəlikləri törədir. Məsələn, İPV-nun 1-ci növü ayaqların altında olan ziyillərinin, İPV-nun 2-ci və 4cü növləri adi ziyillərinin əmələ gəlməsinə səbəb olur. İPV-nun 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynunun xərçənginin təhlükəsini artırır.
İPV-nun əsasən 6-cı и 11-ci növləri qadın və kişilərdə kondilomaların inkişafına səbəb olur.
Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi - çəhrayı və ya dəri rəngində  ola bilər. Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır.
İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.
Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.
Kondilomaların müalicə üsulları çoxdur və bu üsullar müxtəlifdir. Hər bir konkret halda müalicə üsulunu xəstənin yaşından, vəziyyətindən, kondilomaların ölçülərindən, sayından və s. amillərdən asılı olaraq müalicə həkimi seçir.
Beləliklə, kondilomalar bu kimi üsullarla müalicə olunur:
- Maye azotla kriodestruksiya. Kondiloma, faktiki olaraq, dondurulur və nəticədə yox olur. Ən qoruyucu üsullardan biri sayılır. Ağrısızlaşdırma tələb olunmur və çapıqlar qalmır.
- Lazerlə müalicə. Bu müalicə usulunun tətbiqi ağrısızlaşdırmanı tələb edir, çapıqların əmələ gəlməsi mümkündür.
- Elektrokoaqulyasiya. Yüksək temperaturların təsirindən kondiloma yox olur.   Ağrısızlaşdırma tələb olunur, çapıqlar əmələ gələ bilər.
- Xüsusi dərman preparatlarının ("Podophyllum" adlı bitki əsasında) tətbiqi. Dərman gündə 2 dəfə kondilomanın üzərinə çəkilir. Müalicə zamanı yandırma, ağrı və qızarma ola bilər. Müalicə həkimin nəzarəti altında keçirilməlidir. Hamilə və hamiləliyi planlaşdıran qadınlar bu müalicə üsulundan istifadə etməməlidir.
Nəzərinizə çatdiraq ki, kondilomalara səbəb olan İPV-u insan orqanizmində hamişəlik qalır və bu səbəbdən müalicədən sonra kondilomalar yenidən əmələ gələ bilərlər.

müalicəsi, nahiyyəsində, Büzdüm, proktoloq, kistlərin, əmələ, Koloproktoloji, Türkiyə, Türkan, qəbul, olmuşdur, şəhərində, çatların, Türkiyənin, cərrah, ümumi, illərdə, Dermoid, büzdüm, kista


Türkan Gündüz - Cərrah-Proktoloq Kimdir? 
* Türkiyə Koloproktoloji cəmiyyətinin üzvü.
* 1997-ci ildə Kimya Biologiya təmayüllü özəl litsəyə qəbul olmuşdur.
* 1999-2005-ci ildə ATU-müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur.
* 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi işləmişdir.
* 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tıp fakultəsində cərrahiyyə ixtisası üzrə bitirmişdir.
* 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə-Koloproktoloji konqresə qatılıb.
* Hal-hazırda Grand Hospitalda ümumi cərrah proktoloq kimi fəaliyyət göstərir.
*Xidmətlər:
- Qadınlarda təbii doğumdan sonra əmələ gələn anal çatların qısa müddətdə müalicəsi;
- Babasil xəstəliyinin müalicəsi;
- Anal çatların müalicəsi;
- Dermoid kistlərin müalicəsi;
- Perianal fistulların müalicəsi.
 



Şərhlər: 10
Baxılıb: 716
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
odnilomanın nə olduğu haqda daha öncə heç məlumatım yox idi. Allah şıfa versin xəstələrə də.

Həkimimizə də işlərində uğurlar.

...666...


odniloma- kondiloma*
5 avqust 2015 18:53
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Menim balam
Allah uzaq elesın
5 avqust 2015 14:44
# 9
ALESSANDRA
Allah uzaq etsin
butun xesdelerede sefa versin
5 avqust 2015 12:07
# 8
Don't trust anyone ∆
Dosta_inam
Hekimimize islerinde ugurlar arzu edirem, xestelere Allah sefa versin, Amin Insaallah.
5 avqust 2015 04:47
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
lelos
Allah hamiya komey olsun
5 avqust 2015 00:32
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
Allah uzaq etsin insallah

Allah uzaq etsin insallah
4 avqust 2015 23:33
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gul_Konul
ALLAH uzaq etsin.. bu xesteliyi olanlara ALLAH wefa versin.Amin..
4 avqust 2015 21:54
# 4
BARBI
Kondiloma ciddi xesteliklerdendir. Allah bizi qorusun
4 avqust 2015 21:26
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Keçən həftə ATV də izlədim həkimi,o dəqiqə bizim saytın həkimidi deyib evdəkilərə göstərdim)) uğurlar
4 avqust 2015 21:23
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
İnşAllah əziyyət çəkən bütün xəstələr savadlı həkimlərə qismət olarlar) Uğurlar.
4 avqust 2015 21:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz