Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tale Oyunu ( Mənim Kitabım)
Tale Oyunu ( Mənim Kitabım)
Göndərən: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 3153
Səs ver:

 

Tale Oyunu ( Mənim Kitabım)
Ön söz
Salam.Həmişə istəmişəm ki,bir kitab yazım.Ancaq kitabım həyatda rastlaşdığım hekayələr toplusundan ibarət olsun.Qadinlar.Biz saytına,əsasən də Pure Love sənə bu imkanı virtual olaraq yaratdığına görə minnətdaram.İndi sizlərlə bölüşəcəyim bu yazıda olmuş əhvaltdır.

 

Tale Oyunu ( Mənim Kitabım)
 Tale oyunu                                                                                                      

Hardasa 2 il əvvəl bir rəfiqəmə zəng vurmaq istədim.Ancaq bir rəqəm səhvi ilə başqa bir nömrəyə zəng getdi.Daha doğrusu nömrəni düz yığdım zənn etmişdim.Bir neçə dəqiqədən sonra həmin nömrədən zəng gəldi mənə.Elə bildim ki,rəfiqəmdi.Zəngi açdım,səs oğlan səsi idi.Dialoqumuzdan aydın oldu ki,mən nömrəni düz yığmamışam.Üzr istədim və sağollaşdıq.Səhəri gündən etibarən bir neçə gün durmadan həmin insan mənə zəng etməyə başladı.Hər dəfəsində xahiş edirdi ki,ona çox yox 5 dəqiqə zaman ayırıb qulaq asım.Hətta smslər belə gəlməyə başladı.Razı düşmürdüm,kobudluq edirdim.Bu səfər gizli nomrədən zəngləri başladı.Yenə də razı sala bilmədiyini görüb ağlamağa başladı.Özümdən asılı olmadı,qəribə hiss keçirdim.Mən nədənsə kişilərin ağlamağına həddindən artıq pis oluram.Nə isə Niyə ağlayırsan deyərək onu sakitləşdirməyə başladım.O isə sadəcə sus və mənə qulaq as dedi.Və bunları deməyə başladı:

" səninlə bir az söhbət etmemə imkan ver xahiş edirəm.Mən taleyimdə gözləmədiyim bir hadisə yaşamışam nəticədə ailəm və əzizlərimdən cox uzaq düşmüşəm.Mənim bir dosta ehtiyacım var,ətrafımda yaxşı dostlarım var ancaq bu elə bir hadisədir ki bunu onlarla bölüşməyə utanıram,xəcalət cəkirm".

Tale Oyunu ( Mənim Kitabım)
O bu sözləri ağlıyaraq hıçqırıqla deyirdi.Çox təsirləndim."Yaxşı nə olub,nə baş verib,sənə axı mən necə kömək ede bilərəm dedim".Sadəcə dərdimı qulaq asıb mənə təsəlli verərək,məni doğru yola qaytarmaq gücünə sahib olaraq".Ancaq hamısını birdən danışa bilmərəm.Sadəcə yavaş yavaş,zamanla danışmama şərait yarat.Mən ona dedim ki"Mən dindar insanam,həyatında hər nə çətinlik yaşıyırsansa hələki bilmirəm.Ancaq inan mənə ki,ALLAH en birinci oz bəndəsinə çəkə bilməyəcəyindən ağır yük verməz,ikinci də ALLAH öz sevdiyi bəndələrini belə sınaqlardan keçirər ki,Səbrinin dərəcəsini bilib Cənnəti qismət etsin".Mən bunları dedikcə sakit halda dinləyirdi və hır gün gendə bir neçə dəqiqə zəng vasitəsilə ona dini söhbətlər,sitatlar gətirərək onu dinə meylləndirdim.Sonra namazın qılınma qaydasını öyrətdim.Ancaq hələ də nə baş verdiyini demirdim ona.10 gündən sonra o özü açdı söhbəti.

Tale Oyunu ( Mənim Kitabım)
"Uşaqlıqdan bir qızla bir birimizi sevirdik,ehd peyman bağlamışdıq.Demək olar ki hər gün görüşürdük.Hətta görüşlərimizdə həmişə öpürdük bir birimizi.Sevgi münasibətimizi yaxın dostum Anam ve bir də qızın anası və rəfiqəsi bilirdi.Bəlkə kiçik kənddi çox adam bilirdi.Məktəbi qutarandan sonra hərbi xidmətə çağırıldım.Və son dəfə görüşdük.Bu görüş elə təsirli idi ki qucaqlaşarkən heç ayrılmaq belə istəmirdik.O qədər öpdük ki,sanki bunun son olduğunu həmin gün hiss etdim.Zor geclə ayrılıb hərəmiz öz evimizə gəldik.Səhəri hərbi xidmətə getdik.2 - 3 ay məktublaşdıq.Hətta uşaqların telefonundan zəng də edirdim.2-3aydan nə məktub gəlmədi nə də ki telefona zəng çatmadı.Nigarançılıq və dərd bürüdü məni.Ağlıma hər şey gədi ancaq bir heqiqetin eslindən başqa.Nə isə,bir neçə gündən anam mənə zəng vurdu,danışanda dedi ki qardaşını nişanlamışıq,İnşəALLAH yaxında toy olacaq.Qızın kim olduğunu soruşanda xəttkəsildi.Sevdiyimden cavab ala bilməməyimin dərdini bu xəbər bir az sakitləşdirdi.Sevindim.Toy ərəfəsi cox çalışdım ki toyda iştirak edim ancaq icazə ala bilmədim.Həmdə hərbi xidmətə gedərkən valideynlərimə demişdim ki heç vaxt yanima gəlmiyin,əlavə xərcə düşməyin.1 il 6 ay nədir ki.Ancaq toy günü zəng vurub qardaşımı təbrik etdim.Belə belə vaxt tamam oldu.Səbirsizliklə evə yoa düşdüm.Heç xəbər də etmədim ki,guya surpriz edirəm.Qapıdan içəri girdim Anam qardaşlarım hamısı gözlərinı inanmadı.Qucaqlaşdıq Anam bacım sevincdən ağladılar.Ancaq içəri keçmədim,bir an öncə sevdiyim qız gilə getmək istədim.Dedim gedirem dostumla görüşməyə.Qardaşlarım qoluma girib dostuvu sonra görərsən gəl gedək gəlinbacıyla görüş,təbrik ele.Heç görməmisən.İtələyə itələyə evə saldılar.Böyük qardaşım Ay gəlinbacı çıx gör kim gəldi.Tural.Bir neçə dəqiqədən gəlinbacı qağıdan çıxdı.Nitqim qurudu,dunya başıma döndü sanki,ayaqlarım tərpənmirdi.Mumiyaydim sanki.O an ALLAH necə dzüm səbr verdi mənə ki susa bildim,qəhər boğsada ağlamadım.Çünki bu O idi.Mənim uşaqlıq məhəbbətim,sevdiyim və öpdüyüm indi qardaşımın arvadı idi.Olmuşlardan  bixəbər Qardaşım xatirinə zor güclə dodaqlarimi tərpədərək Təbrik edirəm dedim.Həmin gün çıxdım qapıdan əmimgildə qaldım sonra işləmək məqsədilə daha doğrusu bəhanəsiylə Bakiya getdim.Bir Anamda görürəm günahı,axı o bilirdi,yaxşı mən cəhənnəm qardaşıma görə necə yol verdi namusu ki getdi o qızı qardaşıma aldı.Ən çox onu bağışlaya bilmirem.Həyatımı məhv eledi.Ən çox isə qardaşıma yazığım gəlir.Qoynundaki bir ilandi çünki.Ərə gedim kim olur olsun deyib mənə öz qardaşımla xəyanət etdi."O bunları danışdıqa şok oldum.Heç bir reaksiya verə bilmirdim.bunların bir filmdə olmasını düşünürdüm həmişə çünki.Sən demə həyatın gerçəkıərindəniymiş.O bunları danışarkən elə ağlıyırdıki.Hətta bir anlıq o tale qurbanı olan insanın yanında olmaq istədim.xeyli ağladı boşaltdı ürəyində yığılıb qalan zəhəri.Sonra ona dini statlar gətirərək təsəlli etməyə başladım.Və bu səfər günlərlə başa salmağa başladım ki,elə birinə görə ailəni atmağa dəyməz.Get ailənin yanına,evin eşiyin niyə imkanın ola ola şəhərdə kasıbçılıq görəsən ki?qardaşların bacın Anan.2 ildir çıxmısan,nə ünvan nə nömrə vermisən bəlkə ehtiyacları var sənə.Nə bilim belə sözlərlə onu evinə qaytarmağa çalışdım.Hətta sanki ALLAH qarşısında bunu özümə bir borcda bildim.İnadkarlıqla özümə söz verdim ki bacaracam bunu."Sənin içindəki bu zəhər ancaq heç kimsə olmayan vaxt o ilana boşaldan zaman qutaracaq.Sənin kinin bir onadir.İnanki ona ureyinden keçənləri desən yüngülləşəcsən.Bir qıza görə keçmə ailəndən.Sənin uzaqda olmağın ancaq və ancaq ona xoşdur.Həmişə onun göz önündə ol ki qoy o çəksin əzabı.Çünki bu söhbətdə əzab cəkəsi biri varki o ne sensen ne anan ne də ailən ancaq o gəlindir"Nəhayət bir ay muddətində onu yola gətirə bildim.Bir gen zəng vurdu ki yoldayam evimizə gedirəm.İnanmadim.Adboy verdi.Bir saatdan zeng geldi sadece sesleri eşitdirirdi.Anası bacısı qardaşları ağlayaraq hardaydin darixmişıq gözümüz yollarda qaldi deye sözıər deyirdi.Həmin gün özümü daha xoşbəxt hiss etdim.Həmin gün bir sms yazdi ki bir kəlmə ALLAH səndən razı olsun sən olmasan mən bu gözəllikdən xoşbəxtlikdən məhrum olardım.Beləcə arzuma catdim.Bir insanı öz  doğmalarına qovuşdurmaq cehdim həyata keçdi.Ancaq arada zəng vurub necə olduğunu soruşanda,sən deyən kimi etdim təklikdə boşaltdım içimdəki zəhəri onun ustünə.İndi evdə başı dik gəzən mən,qardaşımın ailəmin və mənim qarşımda başı aşağı gəzən odur.Heç bir kinim belə yoxdur.Hətta sevgimdə.Taleyi və ALLAHİN bu yazısını qəbul etmişəm ALLAHA həmd olsun.Haqqını halal et.

Tale Oyunu ( Mənim Kitabım)
Halallıq istədi və təbii ki verdim.Sonra daha bir soz dedi mənə.dedi ki sən ilk dəfə mənə səhv düşən gun bir yuxu görmüşdüm.Bir çayın kənarında üzü bağlı yaşıl libasda bir qız var idi mənə gülümsəyirdi,mən suda boğulurdum o qız əlini uzatdı məni xilas etdi.Sonra əlimdən tutub açıq bir yol gostərdi günəşli yol.Bir kəlmə dedi ki bu yolla get.Həmin gün səndən zəng gəldi.O səs yuxumdaki səsiydi.Mən kəndimizə yola düşən gün o yuxu yadıma düşdü.Və onda başa düşdüm o yuxunun mənasını.O yuxumdaki səniymişsən.

Daha sonralar məndən şəkil istədi,Ancaq munasibətdə olduğumuz o ərəfədə nə mən onun şəklini gördüm nədə o mənim.Hətta mənə elani eşqdə etdi.Təbiiki razılaşmadım.Çünki həmdə məndən kiçik idi.
P.S.Mənim hekayəm cox uzun oldu ancaq olmuş hadısəni sizlərlə bölüşdüm.Diqqətiniz üçün sağ olun.

Tale Oyunu ( Mənim Kitabım)


Şərhlər:
Baxılıb: 3153
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz