Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər
Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 602
Səs ver:
Bakcell və Wayra UK yerli developerlər üçün müsabiqə (pitch day) təşkil ediblər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün AppLab layihəsi ilə əməkdaşlıq edən yerli developerlər üçün müsabiqə (pitch day) təşkil edib.
"Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı hissəsi olan Wayra UK şirkətinə öz layihələrini 11 layihə qrupu təqdim edib:
1. Flapus
2. QuizMindUp
3. BraillePad
4. Alkredit.az
5. FoodLook
6. Ustam
7. Spinal
8. Shrippy
9. Tradimum
10. MobChannel
11. Kvotter

Wayra şirkətinin məsləhətlərinə əsasən, developerlər AppLab akselerasiya proqramının dəstəyi ilə təqdim etdikləri layihələrinin təkmilləşdirilməsi üzərində işləyəcəklər. 2016-cı ilin sentyabr ayında isə onlar öz layihələrini Londondakı Wayra Akademiyasında təqdim edərək, Wayra UK şirkətindən investisiya almaq imkanını qazanacaqlar.
"AppLab layihəsi ilə işləyən developerlərin Wayra UK kimi potensial investorların diqqətini cəlb edə bilməsini görmək bizim üçün olduqca xoşdur. "AppLab” layihəsinin məzunlarından biri 2015-ci ildə dünyanın 89 ölkəsindən təqdim olunmuş 800 startap ideyası arasında ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan edilib. İndiki zaman Azərbaycanda startap icmasının parlaq gələcəyinin astanası hesab oluna bilər. Milli mobil operator olaraq, biz bu icmanın bir hissəsi olmaqdan fəxr hissi duyuruq və bizim dəyərli tərəfdaşlarımızla birgə yerli developerlərə dəstək göstərmək üçün səylərimizi davam etdirəcəyik” deyə, Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
"Azərbaycandan gələn startap layihələrinin keyfiyyətini görmək çox sevindirici və ruhlandırıcı idi. Şübhəsiz ki, Azərbaycan hal-hazırda telekommunikasiya sənayesi üçün çox maraqlı və cəlbedici bir məkandır. Gördüyümüz layihələrin arasında nəinki yerli bazarda, hətta dünya miqyasında inqilabi potensiala malik olan bir sıra texnoloji biznes layihələri var idi. İndi əsas məsələ bu layihələri gerçəkləşdirmək üçün ciddi səy göstərilməsindən ibarətdir. Wayra və Bakcell şirkətlərinin təşkil etdiyi müsabiqənin (pitch-day) misalında reallaşan beynəlxalq əməkdaşlıqla bərabər kapitala çıxış imkanları artdıqca, bu ekosistem kifayət qədər ümidverici görünür” deyə, Wayra UK şirkətinin Akselerasiya Proqramı Meneceri Harri Deyvis bildirib.
Bakcell və Wayra UK şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarından başlanıb. Bu əməkdaşlığın əsas məqsədi yerli layihələri potensial investorlara və tərəfdarlara nümayiş etdirməkdir. Wayra UK, qlobal sahibkarlıq və innovasiya şəbəkəsi olan "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı kimi tanınan bir hissəsidir. Applab, Bakcell və Wayra UK Azərbaycanın bütün gənc developerlərinə və sahibkarlarına öz ideyalarını təqdim etmələrinə və müdafiə etmələrinə imkan yaradırlar.
2012-ci ilin sentyabr ayında İrlandiyada fəaliyyətinə başlamış Wayra şirkəti Telefónica şirkətinin rəqəmsal texnologiyalar sahəsində çalışan startaplar üçün həyata keçirdiyi qlobal akselerasiya proqramının bir hissəsidir. Hal-hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra "bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.
"Applab” icmasına qoşulmaq istəyən gənc developerlər http://applab.bakcell.com/registration/ linkinə daxil olub qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər: 2
Baxılıb: 602
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Gozel melumatdi,cirkin melumatdi bilemmedim...cunki hecne anlamadim:((
4 may 2016 22:44
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
gozel melumat oldu

gozel melumat oldu
4 may 2016 21:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz