Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız...
“Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız...
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 367
Səs ver:
"Bakcell”dən Facebook-a pulsuz çıxış! Novruz bayramı ərəfəsində yalnız Bakcell abunəçiləri üçün xüsusi təklif

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir. 1 martdan başlayaraq 31 martadək, Bakcell şəbəkəsinə qoşulan hər bir yeni abunəçi Facebook tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş ("prepaid” ) Bakcell SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq.
CIN və ya Klass tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud Bakcell abunəçiləri də sadəcə *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda, nömrənin balansından 0.99 AZN məbləğində birdəfəlik haqq çıxılacaq.
6 ay ərzində Facebook-a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 AZN vəsait yükləmək şərti ilə təqdim edilir.
Facebook -a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaqdır.
"Novruz bayramı baharın gəlişini təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. Azərbaycan Facebook-un fəal istifadəsinə görə dünyada ilk yerlərdən birini tutur. Biz bu kampaniyaya qabaqcadan, ayın əvvəlindən başladıq ki, insanlar öz hisslərini paylaşmağa indidən başlaya və bu təklifdən tam faydalana bilsinlər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib. "Biz bilirik ki, bir çox insanlar üçün Facebook əslində "internetdir”. Elə buna görə də biz inanırıq ki, bu təklif Bakcell abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə stimul yaradacaq”, deyə xanım Toyçeva əlavə edib.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər: 4
Baxılıb: 367
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melek5
Facebook istifadecisi deyilem Bakcell'de bir nomredi 11
3 mart 2016 15:40
# 4
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
vipbetul
ne yaxsi olub uqurlar
2 mart 2016 23:41
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
bakcell abunecisiyem, amma Facebook istifadə etmirəm, isifadə edənlər üçün sərfəli kompaniyadi
2 mart 2016 23:22
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Marta
Bakcell istifadecileri yararlana biler.
2 mart 2016 19:27
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz