Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell və Unibank adsız və əvvəlcədən ödənilən “ALBUKART”ı təqdim edir
Bakcell və Unibank adsız və əvvəlcədən ödənilən “ALBUKART”ı təqdim edir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 360
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanda pərakəndə bank xidmətləri bazarının liderlərindən biri olan Unibank yeni eksklüziv ALBUKART adsız debet kartının istifadəyə verildiyini böyük məmnuniyyətlə elan edir.
Bu yeni kartın istifadəyə verilməsində məqsəd hansı mobil operatorun abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır. Eyni zamanda, bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi mənasında ilk anonim plastik kartdır. Bakcell şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə qoşulmalıdır.
"Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnunluq duyuruq. ALBUKART bizim dəyərli müştərilərimiz üçün saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz "Bakcell”in Unibank və Ulduzum tərəfdaşları ilə əməkdaşlığının nəticələrindən faydalana biləcəklər. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin etmək”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Gündəlik xərclər üçün nəzərdə tutulan bu kart müştərilərə öz balanslarını artırmağa, mağazalarda ödəniş etməyə, istənilən yerdə istifadə edərkən öz mobil nömrəsinə bonus dəqiqələr qazanmağa, onlayn ödənişlər həyata keçirməyə və onu adi plastik kart kimi istifadə etməyə imkan verəcək. Bununla yanaşı, istifadəçilər "Unibank”ın istənilən filialında və real zaman rejimində işləyən "cash-in” tipli bankomatların, eləcə də bütün ölkə ərazisində işləyən Unibank tərəfdaşlarının ödəmə terminalları vasitəsilə kartın balansına vəsait yükləyə biləcəklər.
"Müştərilərin gözləntilərini təmin etməklə, Unibank müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün daim yeni texnoloji yollar axtarır. Yüksək xidmət keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət kəsb edən amillərdir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ALBUKART ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli Bakcell ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam. ALBUKART ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi müştərilərimiz üçün uğurlu olacaq”, - deyə "Unibank”ın baş icraçı direktoru cənab Xalid Əhədov bildirib.
Müştərilər "ALBUKART” "Bakcell”in istənilən Müştəri Xidməti mərkəzindən və ya "Unibank”ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilərlər.
Bakcell abunəçiləri "ALBUKART”dan ilk dəfə istifadə etdikləri zaman şəbəkədaxili zənglər üçün 10 dəqiqə pulsuz danışıq hədiyyə alırlar. Müştərilər öz kartlarından hər dəfə 10 AZN məbləğində xərclədikdə isə 5 dəqiqə pulsuz danışıq imkanı qazanırlar. Bonus dəqiqələrini almaq üçün qazanılan dəqiqələrin kodunu cavab SMS-i olaraq göndərmək lazımdır.

Yeni məhsul gündəlik xırda - istənilən ödənişlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, asan əldə olunan pulsuz adsız kartdır.
Müştərilər Bakcell və Unibank tərəfindən təqdim olunan müxtəlif xidmət və təkliflərdən faydalana biləcəklər: ALBUKART vasitəsilə ödəniş edərkən Ulduzum kodunu Ulduzum tərəfdaşlarına təqdim etmədən avtomatik olaraq Ulduzum endirimləri, habelə standart kredit və debet kartları üçün Unibank tərəfindən təklif olunan sərfəli güzəştlər qazanacaq, bank tərəfindən keçirilən müxtəlif kampaniyalarda iştirak və karta yüklənmiş məbləğlərə hesablanan 6% illik depozit faizi qazanmaq imkanı əldə edəcəklər.
Kartı aktivləşdirmək üçün istənilən bankomatda kartın PİN kodunu daxil etməli və ödəmə terminalından kartın balansına vəsait yüklənilməlidir.
Hər bir ALBUKART sahibi "Unibank”ın təmin etdiyi bir neçə üstünlüklərdən faydalana bilər. Onlar "Unibank”ın VISA Gold və MasterCard Gold debet kartlarını 70%, VISA Platinum və MasterCard Platinum debet kartlarını isə 50% endirimlə əldə etmək, eləcə də qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək fürsəti qazanırlar.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 360
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz