Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell şəbəkəsi Bakı Metropolitenində ən üstün əhatə...
Bakcell şəbəkəsi Bakı Metropolitenində ən üstün əhatə...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 339
Səs ver:
Bakcell şəbəkəsi Bakı Metropolitenində ən üstün əhatə dairəsini qoruyub saxlayır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə ən yüksək keyfiyyətli mobil rabitə xidmətlərini hər yerdə, o cümlədən, yeraltı məkanlarda da təqdim etmək məqsədilə öz şəbəkəsinin inkişafına daim investisiya yatırmaqda davam edir. Hal-hazırda Bakı Metropoliteninin bütün sahələrinə xidmət göstərən 127 2G və 3G baza stansiyası sabit siqnal qəbulunu təmin edərək, Bakcell abunəçilərinin həm metronun stansiya platformalarında, həm də tunellərində həmişə əlaqədə olmalarına imkan yaradır.
Bu yaxınlarda müstəqil üçüncü tərəf xidmət təchizatçısı tərəfindən Bakı Metropolitenində keçirilmiş şəbəkələrin keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, rəqibləri ilə müqayisədə əhəmiyyətli dərəcədə daha güclü əhatə dairəsinə malik olan şəbəkəsi ilə Bakcell şirkəti öz üstün mövqeyini qoruyub saxlayır. Bakcell abunəçiləri 2G və 3G şəbəkələrinin əhatə dairəsindən metronun girişlərində, stansiya birləşmələrində və platformalarda faydalana bilirlər. Metropolitenin bütün xətlərində tunellərdə Bakcell 2G şəbəkəsinin əhatə dairəsi 90%*, 3G şəbəkəsinin əhatə dairəsi isə 80%* təşkil edir. Müqayisə üçün qeyd edək ki, digər operator şəbəkəsinin metro tunellərində əhatə dairəsi xeyli zəifdir (78%*), metropolitenin əksər sahələrində isə 3G şəbəkəsinin əhatə dairəsi heç yoxdur.
Bu gün Bakcell abunəçiləri mobil rabitə xidmətlərindən və Facebook, Instagram, WhatsApp, Twitter və s. bu kimi sevimli mobil tətbiqlərdən istədikləri zaman hər yerdə, hətta metronun yeraltı tunellərində hərəkətdə olarkən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkəti öz abunəçiləri üçün əhatə dairəsi, məhsuldarlıq və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə daha geniş və güclü olan şəbəkənin təmin olunmasından məmnunluq hissi duyur.
*Qeyd: Şəbəkənin yaxşı əhatə dairəsi 100 dB-dən yuxarı siqnal gücü hesab edilir.

 

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər:
Baxılıb: 339
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz