Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur...
Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 423
Səs ver:
Bakcell şəbəkəsinin üstünlüyü rəqəmlərdə əks olunur: Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayı son bir il ərzində 61% azalıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz şəbəkəsini daha da təkmilləşdirmək və ölkənin ən dayanıqlı mobil rabitə şəbəkəsinə çevirmək üçün son illər ərzində bir sıra böyük layihəni uğurla həyata keçirib. Şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər nəticəsində şirkət tərəfindən daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik etibarlı şəbəkə qurub. Bununla yanaşı, şəbəkədə mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemi vasitəsilə əməliyyatların effektivliyinin artırılmasına nail olunub.
Bu isə öz növbəsində Bakcell abunəçilərini mükəmməl mobil rabitə xidmətləri ilə təmin edilməsinə şərait yaratmış və müştəri məmnuniyyətini xeyli artırmışdır 2014-2015-ci illər üzrə şirkətin Məlumat Mərkəzinə daxil olan müraciətlərin təhlili göstərir ki, ötən il ilə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61%, İnternetlə bağlı isə 72% azalmışdır.
"Məlumat Mərkəzinə şəbəkə ilə bağlı daxil olan zənglərin ciddi şəkildə azalması bir daha Bakcell şirkətinin qabaqcıl şəbəkəyə malik olmasını sübuta yetirir. Biz abunəçilərimizi daha üstün müştəri təcrübəsi ilə təmin etmək üçün bütün səylərimizi birləşdiririk. Bununla yanaşı, Müştəri Xidmətləri və Texnoloji departamentlərinin əməkdaşları abunəçilərin şəbəkə ilə bağlı müraciətlərini operativ şəkildə araşdırırlar və mümkün qədər qısa müddət ərzində abunəçinin istəyini reallaşdırmaq üçün müvafiq tədbirlər görürlər. Bundan sonra müraciət edən şəxslə əlaqə saxlanılır və nəticə barədə məlumat verilir. Əminik ki, şirkətimizin şəbəkənin təkmilləşdirilməsi istiqamətində apardığı işlər özünü mükəmməl müştəri təcrübəsinin əldə edilməsi şəklində göstərəcək və növbəti il abunəçilərimizin şəbəkə ilə bağlı müraciətlərinin sayında daha çox azalma müşahidə edəcəyik”, deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.
Qeyd etmək istəyirik ki, son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib. Bakcell şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacib olduğundan şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün baza stansiyalarının sayı artırılıb. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər:
Baxılıb: 423
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz