Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell öz abunəçilərinə eyni qiymətə İkiqat Mobil İnternet trafikini təklif edir
Bakcell öz abunəçilərinə eyni qiymətə İkiqat Mobil İnternet trafikini təklif edir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 440
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni İldə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir: eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti.
Kampaniya çərçivəsində, Bakcell şirkətinin abunəçiləri eyni qiymətə, yəni gündə 0.20 AZN ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq 50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün ərzində, səhər saat 6:00-dan axşam saat 18:00-dək etibarlıdır.
Kampaniya davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.
Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, "Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər.
"Bu yaxınlarda keçirdiyimiz "ikiqat trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş edirlər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib. "Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni İldə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini verəcəkdir”, deyə Mariya Toyçeva əlavə edib.
Qeyd edək ki, Yeni İl münasibəti ilə Bakcell şirkəti bu yaxınlarda abunəçilərə limitsiz şəbəkədaxili danışıq imkanı verən başqa bir kampaniyaya da start vermişdir. Həmin kampaniya çərçivəsində Bakcell abunəçiləri gündəlik cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edirlər.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.



Şərhlər:
Baxılıb: 440
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz