Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün...
Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 473
Səs ver:

Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir. Digiturk ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi, Bakcell "Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digiturk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

"Bakcell hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan "Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə Bakcell xidmətlərindən daha çox yararlanmaq şansı verəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.

Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem: "Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və "Digiturk”ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz "Digiturk”ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatını daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/

Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.

***

Digiturk Kanallarını mobil cihazlarda və masaüstü kompüterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. "Digiturk”ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com

Sür@ paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.

Bakcell öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:


Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.

***

Bu yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil telefonlarında zövqlə izləmək imkan verəcək.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 473
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz