Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi xidməti
189 taksi xidmətinin avtomobillərində “Bakcell”dən Wi-Fi  xidməti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 498
Səs ver:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti,özünün ən böyük korporativ abunəçilərindən biri olan Bizim Taksi MMC (189 taksi sifarişi xidməti) ilə birlikdə yeni layihəyə start verib. İndi sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq "Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindənyararlana bilirlər.

BununüçünBakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində Bakcell Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqlarıkodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

"189 taksi xidməti sifarişi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz müştərilərimizin tələblərini nəzərə alırıq və sərnişinlərin asanlıqla innovativ xidmətlərimizdən faydalanmaları üçün 189 taksi sifarişi xidməti ilə əməkdaşlıq edirik. Artıq onlar taksilərdə quraşdırdığımız yüksək sürətli Wi-Fi sayəsində şəbəkəmizin yüksək sürətli internetindən faydalana biləcəklər. 189 xidməti eyni zamanda Ulduzum loyallıq proqramının 1 milyon 400 mindən çox abunəçisinə 10% endirim təklif etməklə onlar tərəfindən ən çox istifadə olunan xidmətlər sırasında liderdir. Ümidvarıq ki, təqdim etdiyimiz Wi-Fi internet 189 taksi sifarişi xidmətindən yararlanan sərnişinlərin səfərlərini daha da maraqlı edəcək”, deyə Bakcell şirkətinin satış üzrə baş direktoru Fedja Hadzic bildirib.

Qeyd edək ki, "Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan 189 taksi sifarişi xidməti 2800-dən çox Bakcell nömrəsi ilə təmin olunub. Taksi sifarişi üçünmüştərilərin zəng etdiyi məlumat mərkəzinin rabitə sistemi də bütünlüklə Bakcell tərəfindən qurulub. Belə ki, məlumat mərkəzinə daxil olan sifariş Bakcell tərəfindən təqdim olunan yüksək sürətli mobil internet vasitəsilə sürücünün smartfonuna yönləndirilir və o, dərhal sifarişin yüksək səviyyədə icra olunmasına başlayır.

"Bakcell şirkəti bizim ən böyük strateji partnyorumuzdur. Biz bir neçə sahədə əməkaşlıq edirik və bu əməkdaşlıq nəticəsində 3 tərəf qazanmış olur: həm Bakcell, həm 189 taksi sifarişi xidməti, xüsusilə isə bizim müştərilərimiz. Hazırda Bakcell abunəçisi olan müştərilərimiz Ulduzum loyallıq proqramı və Wi-Fi xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Gələcəkdə müştərilərimizə daha yaxşı və daha sərfəli yeniliklər təqdim etməyə davam edəcəyik” , deyə Bizim Taksi MMC-nin Direkroru Ağacan Abbasov bildirib.


***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər:
Baxılıb: 498
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz