Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!
Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi 225 Mbit/s qədər sürəti dəstəkləyəcək!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 490
Səs ver:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin ultra-sürətli LTE şəbəkəsi225 Mbit/s sürəti dəstəkləyəcək. Buna şəbəkəni LTE-nin təkmilləşdirilmiş variantı olan "LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. Bakcell tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə, 422 şəbəkədən) biri olması ilə qürur duyur.

Bakcell şirkətinin 2015-ci ilin may ayında istifadəyə verdiyi 1800 MHz tezlikdə işləyən və Kateqoriya 4 (150 Mbit/s-yə qədər) olaraq ən qabaqcıl texnologiyaları dəstəkləyən LTE şəbəkəsi bütün Bakcell abunəçilərini yüksək keyfiyyətli və sürətli mobil internet təcrübəsi ilə təmin edir.

İndi isə ən qabaqcıl tezlik daşıyıcılarının birləşməsi texnologiyasının köməyi ilə Bakcell abunəçiləri 225 Mbit/s-yə çatan yükləmə sürəti ilə 50% daha sürətli mobil internet təcrübəsindən faydalana biləcəklər.

Tezlik daşıyıcılarının birləşməsi texnologiyası nə üçün vacibdir?

Tezlik daşıyıcılarının birləşməsi texnologiyası çoxlu sayda radio kanalları (tezlik daşıyıcılarını) müxtəlif və ya eyni tezlik diapazonlarında sanki eyni olan bir kanal kimi istifadə etməyə imkan verir. Daha çox tezlik daşıyıcısı daha yüksək sürət və daha böyük tutum deməkdir. Bu, sıx hərəkətli avtomobil yolunun zolaqlarını genişləndirərək çoxzolaqlı avtobana çevrilməsinə oxşayır. Yolda zolaqların sayı nə qədər çox olarsa, onun üzərində yüksək sürətlə hərəkət edə bilən avtomobillərinsayı da bir o qədər çox ola bilər. Tezlik daşıyıcılarının birləşməsi texnologiyasınınKateqoriya 6 səviyyəsinin özü 40 MHz tezlik diapazonuna malik olmaqla müəyyən və ya çoxdiapazonlu tezliklərdə 300 Mbit/s-yə qədər sürətə nail olunmasına imkan verir.

Düzgün cihazın sahibi olmaq ən yaxşı təcrübəyə malik olmaq deməkdir

1800MHz tezlik diapazonunda (Band #3) işləyən Kateqoriya 6LTE şəbəkəsini dəstəkləyən cihaz istifadəçiləri Bakcell şirkətinin ultra-sürətli "LTE-Advanced” mobil şəbəkəsində maksimal sürətli internet təcrübəsindən tam faydalanmaq imkanına malik olurlar.

2015-ci ilin oktyabr ayından başlayaraq, Apple, Samsung, HTC, LG, Huawei, Sony və digər məşhur istehsalçılar hazırda bazarda əldə oluna bilən 1800 MHz tezlik diapazonunda Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən 80-dən çox cihaz satışa buraxıblar. Belə cihazların sayı sürətlə artmaqdadır.

Müştəri təcrübəsi dəyişəcək

Bakcell şirkəti ən yaxşı müştəri təcrübəsinin təmin edilməsinə birinci dərəcəli prioritet məsələ kimi yanaşır. Bu gün Bakcell abunəçiləri LTE şəbəkəsində mobil internet xidmətindən orta hesabla saniyədə 20-30 Mbit sürətlə faydalanırlar ki, bu da əsasən cihazlara və tətbiqetmələrin istifadəsin olan tələbatla bağlıdır.

"Biz Kateqoriya 6 LTE şəbəkəsini dəstəkləyən cihazlarda məhsuldarlığın iki dəfə artaraq orta hesabla 60 Mbit/s-yə çatacağını gözləyirik. Bu, Bakcell abunəçilərini maksimumkeyfiyyət təcrübəsi ilə təmin edəcək. Yükləmə sürətinin iki dəfə artması nəticəsində məzmununyüklənməsində gecikmələrin azalması, mobil cihazlarda real zaman rejimində oynanılan oyunların sürətlənməsi və cihazların hərəkətdə olarkən ümumi məhsuldarlığınınartırılması vasitəsilə Bakcell LTE şəbəkəsində rəqəmsal təcrübə təkmilləşdiriləcək. Bu inanılmaz yükləmə sürəti ilə batareyanın həyat müddəti əvvəlkindən daha uzun sürəcək, çünki cihazın radiotransiver və mərkəzi prosessorunun yüklənməsinə olan ehtiyacla birlikdə yükləmə müddəti də azalacaq”, deyə Bakcell şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş bildirib.

Bakcell abunəçiləri adi xidmətlərdən istifadə etdikləri zaman da ultra-sürətli genişzolaqlı mobil şəbəkədən daha çox fayda əldə edə bilərlər:

6 dəqiqə ərzində daha çox əldə etmək imkanı!

Texnologiya

Nəzəri maksimal sürət

Gözlənilən orta sürət

Musiqi faylları (4MB)

Videokliplər (40MB)

Tətbiqetmələr/Oyunlar (1GB)

LTE-A (20MHz)

150 Mbit/s

10-20 Mbit/s

225 trek

23 klip

1 Tətbiqetmə

LTE-A (30 MHz)

220 Mbit/s

30-60 Mbit/s

675 trek

68 klip

3 Tətbiqetmə

 

İstifadəçilər "LTE Advanced” texnologiyasından necə faydalana bilərlər?

Ultra-sürətli mobil genişzolaqlı rabitəyə tələbat artmaqdadır. Kateqoriya 6 LTE şəbəkəsi istifadəçilərə yüksək keyfiyyətli 4K videolara baxmaq, canlı iştirakçısı olduqları idman fəaliyyətlərindən və konsertlərdən real vaxt rejimində HD keyfiyyətli videolara çəkdikləri qiymətli anları məşhur paylaşma portalları vasitəsilə bölüşmək, tibbi xidmətlər kimi böyük həcmdə məlumatları məsafədən analiz etmək qabiliyyətinə malik olan daha çox daşına bilən texnologiyalardan və getdikcə püxtələşdirilən gələcək nəsil mobil biznes tətbiqetmələrindən istifadə etmək, bütün tətbiqetmələrin və cihazların "Əşyaların İnterneti”nə qoşulduğu və bizi əsl "ağıllı” evlər erasına gətirəcək imkanları yaradan yeni bir dünyanın qapılarını üzünə açaraq onların gündəlik həyatını dəyişəcək.

225 Mbit/s sürətin dəstəklənməsi üçün üçün LTE şəbəkəsi ilk öncə Bakı şəhərində, bundan sonra isə qısa müddət ərzində Abşeron yarımadası ərazisində təkmilləşdirilərək istifadəyə veriləcək.

Bakcell öz abunəçilərinin rahatlığını təmin etmək üçün ən qabaqcıl texnologiyalara investisiyalar yatırmaqda davam edəcək. 4G şəbəkəsi abunəçilərin cihazlarında batareyaların 2G şəbəkələri ilə müqayisədə daha uzunömürlü olmasına, hətta əhatə dairəsinin ən zəif olduğu sahələrdə daha yüksək keyfiyyət və sürətlə işləməsinə imkan verir. Telefonda siqnal gücünün işarəsi hətta iki zolaq göstərəndə də 5-10 Mbit/s sürət almaq mümkündür. Artıq Bakcell 4G şəbəkəsinin əhatə dairəsi Bakıda bəzi operatorların 3G şəbəkəsindən daha genişdir.

Bakcell şirkətinin ultra-sürətli genişzolaqlı mobil xidmətləri ilə ən müasir "LTE-Advance” texnologiyasından və innovasiyalardan istifadə etmək imkanına malik olmaq üçün Bakcell hamını imtiyazlı istifadəçilər klubuna qoşulmağa dəvət edir.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5000-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin  kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında "Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər:
Baxılıb: 490
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz