Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gürcüstanın mineral suları: BORJOMİ
Gürcüstanın mineral suları: BORJOMİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 783
Səs ver:
Ən məşhur kurortlardan olan Borjomi müalicəvi mineral suları və möhtəşəm dağ havası ilə məşhurdur. Borjomi - dəniz səviyyəsindən 900 metr yüksəklikdə Kür, Borjomi və Qucareti çaylarının sahillərində yerləşən dərə ərazisindəki balneoloji və iqlim kurortudur. Kurortun ən başlıca müalicəvi göstəricisi dərənin iynəyarpaq-yarpaqlı meşələrinin fitonsidlərilə zəngin təmiz havasıdır. Dərəni əhatə edən dağ massivləri sayəsində kurortda kəskin temperatur dəyişməsi olmur: bu, ürək, sinir xəstəliklərinin terapiyası üçün çox vacibdir. Lakin Borjomi üçün müalicəvi kurort adını təmin edən əsas amil onun nadir mineral suyudur. Borjomi suları təbii minerallaşmalı karbon qazlı hidrokrabonatlı-natriumlu sular növünə aiddir. Mənbədən asılı olaraq karbon qazının miqdarı 0,5-1,5 q/l arasında fərqlənir (ən böyük qatılıq Mərkəzi mənbədədir). Bundan başqa, Borjomi mineral suyunun tərkibinə bir çox mikroelementlər də daxildir: xlor, yod, brom, litium, barium; suda həmçinin bor turşusu da var. Suyun bu cür maraqlı tərkibi onun mənşəyilə bağlıdır: mütəxəssislər hesab edirlər ki, o, maqmadan gələn ilkin suların buzlaqların əriməsi nəticəsində əmələ gəlmiş yeraltı suların qarışığıdır. Bu cür kimyavi formula sayəsində o, antasid xüsusiyyətini (yəni turşuluğu azaltma imkanı) göstərən təbii bufer məhluludur. Müxtəlif mənbələrdə çıxan suların müxtəlif istilik dərəcələri var – 15-38 dərəcə arasında. İstifadə rejimindən, temperaturdan, qazla zənginlikdən asılı olaraq su mədə və bağırsağın işinə müxtəlif müsbət təsirlər göstərir: bəzi hallarda turşuluğu azaldır, bəzən isə əksinə - onu stimullaşdırır. Məhz ona görə də Borjominin mineral suları ilə müalicə yalnız həkimin nəzarəti altında keçirilməlidir. Borjomi suyu metabolik sindrom, piylənmə zamanı həm də qida mübadiləsini bərpa etməyə yardım edir, bədəndəki şlak və toksinlərin çıxarılmasına yardım edir, qaraciyəri təmizləyr. Sudan istifadə böyrəklərin işinə də müsbət təsir göstərir: o, əla sidikqovucu vasitə kimi təsir göstərir; bununla belə kalsium itirilmir, çunki su onun ionlarılə çox zəngindir. Müalicə zamanı suyun qəbulu sifət rəngini yaxşılaşdırır, dəri təmiz və sağlam olur, və, ümumiyyətlə, bədənin gəncləşməsi prosesi başlanır.

Borjomi mineral suyunu həm içmək, həm də tənəffüs sistemi xəstəlikləri zamanı inhalyasiya, suvarma və vannalar üçün istifadə etmək olar. Mineral vanna qəbul edərkən bədəndəki mübadilə prosesləri aktivləşir, immuninet güclənir, intihab prosesləri azalır, bədən sanki sakitləşir. Kurortun otel və sanatoriyalarında digər üsullar da təklif olunur: fiziomüalicə,palçıqla müalicə (yod-brom palçığı), müalicəvi bədən tərbiyəsi, pəhriz terapiyası və s. bu kimi müasir spa-prosedurlar.

Biz köhnə qospitalın (Kürün yuxarı sahilindəki daş qala) bərpa edilmiş binasında yerləşən Borjomi Palace Hotel&SPA 4*otelində yerləşdik. Pəncələri çaya çıxan otaqlardan əla mənzərə açılır. Dağ çayının gurultusu insana qəribə bir təsir göstərir və hətta qısa müddətli yuxunu belə istirahətə çevirir. Oteldə tibbi heyət də fəaliyyət göstərir. Prosedur kurslarını fizioterapevt həkim təyin edir. Həkimlər ənənəvi sanatoriya müalicəsini əsas tutaraq və ona müasir kosmetologiya və fizioterapevtik aparat üsullarını əlavə edərək hər kəs üçün fərdi proqram tərtib etməyə çalışır. Otelin qonaqları dərəyə əla mənzərəsi olan açıq hovuzdan, fitnes zalından, üzmə hovuzundan, hamam və saunadan, gözəllik salonundan, masaj və kosmetologiya otağından bəhrələnə bilər. Otelin müalicə-sağlamlıq mərkəzi kompleks diaqnostikanı, terapevt, qastroenteroloq, kardioloq və digər mütəxəssislərin konsultasiyalarını, klinik laboratoriya tədqiqatlarını təklif edir. Həkimlərin tövsiyələrinə əsasən fərdi proqram hazırlanır: spakapsularda mineral vannalar, sualtı duş-masaj, elektropalçıq və parafin applikasiyalar, inhalyasiyalar, Şarko duşu, sirkulyar və aralıq duşu, karbon qazlı və buxar-karbon qazlı vannalar.

Oteldəki qida məhsulları da həkimlərin pəhriz yönümlü tövsiyələrinə əsaslanır; burada daim yerli təzə məhsullar olur. Axşamlar isə lobbi-barın çaxır kartı gün ərzində yığılan yorğunluğu çıxarmağa yardım edəcək.

Borjominin əsas parkının girişində kiçik bir bazar fəaliyyət göstərir ki, siz orada təbii bal, qozlu çurçxela, meyvəli pastila və... qoza mürəbbəsi ala bilərsiniz. Qoza mürəbbəsi Borjominin vizit kartına çevrilmişdir. Mineral sudan fərqli olaraq bu mürəbbəni siz yalnız burada ala bilərsiniz. Parkda əsas su mənbəsi yerləşir: o, girişin yanına yaxın mərkəzi yerdədir. Parkın ərazisində həmçinin gözəl şəlalə, dolaşıq gəzinti cığırları, kiçik köşklər və yeni uşaq meydançaları var. Ekstrim sevənlər üçün burada baxış meydançasına asma kəndir yolu ilə qalxan retrovaqon var.


Şərhlər:
Baxılıb: 783
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz