Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell şirkəti Azərpoçt vasitəsilə pul köçürməsi edənlərə Ulduzum...
Bakcell şirkəti Azərpoçt vasitəsilə pul köçürməsi edənlərə Ulduzum...
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 414
Səs ver:
Bakcell şirkəti Azərpoçt vasitəsilə pul köçürməsi edənlərə Ulduzum danışıq dəqiqələri hədiyyə edir!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində Respublikanın vahid dövlət poçt operatoru olan "Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb. Artıq Azərpoçtla ən azı 10 AZN məbləğində pul köçürmələri edən hər bir şəxs Ulduzum sadiqlik proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün pulsuz 5 dəqiqə əldə edəcək.

"Bakcell”dən bonus dəqiqələrini qazanmaq üçün Ulduzum istifadəçisi respublikanın istənilən nöqtəsində yerləşən Azərpoçt ofisinə yaxınlaşaraq, ən azı 10 AZN məbləğində pul köçürməsini həyata keçirməlidir. Bu zaman abunəçi mütləq öz Bakcell nömrəsini Azərpoçt əməkdaşına təqdim etməlidir. Pul köçürməsi həyata keçirildikdən sonra Ulduzum istifadəçisinın təqdim etdiyi Bakcell nömrəsinə 10 rəqəmli kod SMS vasitəsilə göndərilir. Müştəri aldığı 10 rəqəmli kodu 5555-ə SMS vasitəsilə yollayır və 5 dəqiqə abunəçinin təqdim etdiyi nömrənin balansına yüklənilir. Göndərilən SMS-in qiyməti 3 qəpikdir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər. Qeyd edək ki, bu kampaniya 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək. Kampaniya barədə ətraflı məlumat əldə etmək üçün keçid: http://www.bakcell.com/az/get-ulduzum-bonuses-at-azerpost

Abunəçilərinin sayı 1.4 milyondan artıq olan Ulduzum sadiqlik proqramının tərəfdaş siyahısında 130-dan çox seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

Ulduzum proqramına qoşulmaq üçün "1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq kifayətdir.

Ulduzum proqramından istifadənin daha asan olması üçün bir müddət əvvəl abunəçilərin istifadəsinə verilən Bakcell Ulduzum applikasiyasını Android əməliyyat sistemli mobil cihazlar üçün bu keçiddən https://goo.gl/pOci5l , iOS əməliyyat sistemli cihazlar üçün isə bu keçiddən https://goo.gl/KZKuta istifadə edərək pulsuz yükləmək olar. Ulduzum applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edəcəklər.

Respublikada vahid dövlət poçt operatoru olan "Azərpoçt” MMC 74 filialı, 1500-ə yaxşın poçt şöbəsi ilə 50-dən artıq xidmət növündə dövlət tərəfindən təyin olunmuş ucuz və sərfəli tariflərlə ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla bütün ölkə ərazisində fəaliyyət göstərərək, dünyanın 50-dən çox ölkəsi ilə birbaşa poçt mübadiləsi aparır. "Azərpoçt” MMC-nin fəaliyyətləri 2013-cü ildə beynəlxalq səviyyədə dəyərləndirilərək Ümumdünya Poçt İdarəsinin keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatına layiq görülüb. Eyni zamanda sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə edilib.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər: 3
Baxılıb: 414
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Çox gözəl, istifadəçilər üçün gözəl şərait yaradılıb.
27 avqust 2015 15:53
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
cox gozel uqurlar
26 avqust 2015 20:33
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu usuldan istifade etmemisem.ilk defedir esitdim. Bakcel gunu gunnen ugurlara imza atir
26 avqust 2015 19:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz