Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Smart Start proqramına seçilən gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar
Smart Start proqramına seçilən gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 346
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin təşkil etdiyi "Smart Start” proqramı çərçivəsində seçim prosesindən uğurla keçən gənclər şirkətdə təcrübə keçməyə başlayıblar.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan 18-25 yaş arası gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Gənclər arasında "Smart Start” proqramına olan böyük marağın nəticəsində proqramda iştirak etmək üçün 1200 nəfərdən çox müraciət daxil olub və seçim prosesindən müvəffəqiyyətlə keçən 32 nəfər təcrübə proqramında iştirak hüququ qazanıb. İştirakçılar insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və distribusiya şöbələrində təcrübə keçməyə başlayıblar.

Təcrübə keçənlər arasında Bakcell şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının tərəfdaşı olan SOS uşaq kəndlərindən də 3 nəfər gənc var. Qeyd edək ki, SOS uşaq kəndləri ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində təşkilatın himayəsində olan uşaqlar daim diqqət mərkəzində saxlanılır və Bakcell tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə aktiv şəkildə iştirak edirlər.

Təcrübə müddətində iştirakçılar şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir,  eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər.

"Qeyri-neft sektorunun ən böyük investorlarından olan Bakcell, cəmiyyətin iqtisadi və sosial həyatında aktiv iştirak edərək Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən olan gənclərin məşğulluğu probleminin həllinə dəstək olmağa çalışır. Azərbaycanın əmək bazarında ən böyük iş təminatçılarından biri olmaqla, biz bütün namizədlər üçün eyni şərait yaradırıq və işə qəbul və seçim proseslərində şəffaflıq prinsiplərinə riayət edirik. Yerli universitetlərlə yanaşı xaricdə təhsil alan tələbələrin də "Smart Start” vasitəsilə öz vətənlərində təcrübə keçmələri bizi xüsusilə sevindirir. Gənclər müasir iş həyatının tələblərinə cavab verən praktiki biliklərə yiyələnməklə yanaşı yay tətillərini səmərəli keçirmək üçün lazımi şəraitə malik olmalıdırlar. Gənclərin peşəkar təcrübə üçün Bakcell şirkətini seçməsindən qürur duyuruq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.  

Qeyd edək ki, 2014-cü ildə  keçirilən "Smart Start” proqramında iştirak edən 22 nəfər gəncdən proqramı uğurla başa vuran 6 nəfər Bakcell tərəfindən daimi iş yeri ilə təmin olunub.

Proqramda təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 



Şərhlər: 7
Baxılıb: 346
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melek5
Lap yaxsi ugurlar arzulayiram
14 iyul 2015 13:49
# 7
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Nergız33
Uğurlar
14 iyul 2015 04:27
# 6
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
xeyalperest
Ay ne maraqlidi bunda heqiqeten ugurlar
14 iyul 2015 02:42
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Dosta_inam
Cox gozel ugurlari bol olsun.
13 iyul 2015 19:32
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
bakcel her isde irelidir,genclere is imkanlari verir
13 iyul 2015 19:30
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Ugurlari bol olsun

Ugurlari bol olsun

Ugurlari bol olsun

Ugurlari bol olsun
13 iyul 2015 19:20
# 2
vipbetul
cox gozel lahiyedi
13 iyul 2015 19:14
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz