Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell Bethclip və Xercim.az mobil tətbiqlərini təqdim edir
Bakcell Bethclip və Xercim.az mobil tətbiqlərini təqdim edir
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 597
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilmiş "AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil tətbiqləri böyük məmnuniyyətlə təqdim edir.

Birinci mobil tətbiq Bethclip adlanır (https://bethclip.com). Bethclip istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.

Bethclip mobil tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.

Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya xərcim.az mobil tətbiqidir (Http://xercim.az). Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Xərcim.az mobil tətbiqini Google Play Store daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim yükləmək olar.

"AppLab” ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.
"Belə bir qısa müddət ərzində Applab layihəsinin ilk bəhrələrini görmək bizim çox xoşdur. Dünya üzrə smartfon bazarının artım templəri ilə bərabər mobil tətbiqlərin istifadəsi də artmaqdadır. Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını təmin etmək üçün Bakcell developerlərə dəstək məqsədini daşıyan Applab layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda Bakcell şirkəti öz Rouminq və Ulduzum mobil tətbiqlərini də istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə olunan tətbiqlərin ilk 10-luğuna daxildir. Biz inanırıq ki, Bakcell şirkətinin dəstəyi ilə yaradılan Bethclip və xercim.az tətbiqləri çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox Applab layihələrini təqdim edə biləcəyik”, "Bakcell” şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib.    
2014-cü ilin sentyabr ayından indiyə kimi Applab layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i Applab İdarə heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququnu qazanıblar.

Layihə çərçivəsində gənc proqramçılar Bakcell şirkətinin Sahil ofisində istifadəyə verilmiş Bakcell/Qualcomm Applab ofisindən istifadə edərək, pulsuz internet, ofis və təlimlər üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar.

Bakcell və Qualcomm şirkətləri tərəfindən təşkil olunmuş ekspertlər komandası gənc proqramçıları lazımi konseptual, dizayn və kommersiyalaşdırma yönümlü vərdiş və biliklərlə təmin edərək, onların yaratdıqları mobil tətbiqlərin yerli və beynəlxalq bazarlarda tanıtdırılmasına kömək edir.

AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: applab@bakcell.com   

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 




Şərhlər: 13
Baxılıb: 597
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumat oldu
13 iyun 2015 16:05
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylican
Melumat ucun tessekkurler
9 iyun 2015 22:02
# 12
SEBR....
gunel123
Ugurlar
9 iyun 2015 16:28
# 11
Happy
Bakcell istifadechisi deyilem. Melumat uchun teshekkurler.
9 iyun 2015 14:55
# 10
Aristocratic
baksel heqiqeten serfelidir
9 iyun 2015 01:20
# 9
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
qanadli melek
Bakcelden istifade edirem serfeli ve suretlidi.ugurlar
8 iyun 2015 22:37
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Bakcelden istifade edirem. Olduqca raziyam cox serfelidir
8 iyun 2015 21:07
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tek umidim sen
Lap yaxşı uğurları ∞ olsun!...
8 iyun 2015 19:03
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
Bakcell in ugurlari acigi meni teeccublendirir.ugurlariniz bol olsun
8 iyun 2015 17:57
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dosta_inam
Çox gözel uğurlari bol olsun.
8 iyun 2015 17:55
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
men de bakcelliler sirasindayam)) amma telefondan ancaq internete girmek ucun istifade edirem))) omur boyu bir insanla danismaram telefonda ozumden asli deyileee danismaga soz tapmiram))
8 iyun 2015 17:37
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Təqdim edilmiş hər iki mobil tətbiqi bəyəndim, olduqca sərfəli və rahat proqramlardı, uğurlar.
8 iyun 2015 17:35
# 2
ALESSANDRA
bakcellden istifadə etmirem..ama bildiyime göre çox sərfəlidir..tşk
8 iyun 2015 17:29
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz