Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir
Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 440
Səs ver:
Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışlarının başladığını elan edir.
Yay futbol məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.

Məktəbə Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıda təşkil olunmuş seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib.

Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyun ayının 1-dən 5-dək Bakıda "Bayıl Arena” stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Təlimlərə "Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz (Garvey Louis) və Ollieuz Kristofer (Ollieuz Christopher) rəhbərlik edir.

"Üçüncü dəfədir ki, AFFA və Mançester Yunayted ilə birlikdə Mançester Yunayted Yay Futbol Məktəbini təşkil edirik. Bul il seçimlərdə iştirak edən uşaqların sayı ötən ildəkindən təxminən 300 nəfər artıqdır və bu sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir ki, seçimdə iştirak edir və müvəffəqiyyətlə növbəti mərhələyə keçirlər. Bu o deməkdir ki, insanlar seçim prosesinin şəffaflığına və məktəbin effektivliyinə etibar edirlər. Hazırda məktəbimizin məzunlarının 80%-indən çoxu perspektivli klubları təmsil edir, digərləri isə müxtəlif maraqlı təkliflər alırlar. Onlardan biri bu il U-13 Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir  iştirakçının isə "Fenerbahçe” klubunda çıxış edəcəyi gözlənilir. Azərbaycanlı uşaqların futbol sahəsindəki uğurları bizi sevindirir”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva  bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov "Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olması çox müsbət hal olduğunu vurğulayıb: "Bu layihə artıq üçüncü ildir ki, uğurla həyata keçirilir. Futbola həvəsi olan, yaşıdlarından öz istedadları ilə seçilən 30-dan artıq uşağın əvvəlcə Bakıda toplanışda olması, sonra onların arasından bir neçə nəfərin seçilərək İngiltərəyə - Mançester Yunayted Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru inamlı addım atmasına münbit şərait yaradıb. Bu layihədən bir müddət sonra Bakıda daimi fəaliyyət göstərən Mançester Yunayted Futbol Məktəbinin öz işinə başlamasını da yüksək qiymətləndiririk. İnanırıq ki, bu əməkdaşlıq və uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə edə biləcəyik”.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 




Şərhlər: 7
Baxılıb: 440
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
ugurlar dileyirem. usaqlar ucun boyuk sans yaranib
3 iyun 2015 19:34
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
hamınıza UĞURLAR..) Məndə futbolu çoox sevirəm)
3 iyun 2015 17:42
# 6
Don't trust anyone ∆
vipbetul
her zaman uqurlar
3 iyun 2015 16:18
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
ugurlar gozel sansdir vallah
3 iyun 2015 11:18
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
_BELOSNEJKA_
Her serait vvar masallah ama usaqlarda nese heves yoxdu ama cox isteyerdim ki oglum taninmiş bir idmanci olsun boyuuyende vetenimizi temsil etsin bayragini yukseklerde dalgalandirsin
3 iyun 2015 11:06
# 3
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
BARBI
Genclerimizi ucun boyuk sansdir. Gerek her bir usaq deyerlendirsin
3 iyun 2015 10:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Lap yaxşi uğurlari bol olsun,bele uşaqlarin idmana futbola maraği daha da artar,ve gelecekde taninmiş futbolçular ola bilerler,her kesin yolu uğurlu işleri avand olsun,Amin.
3 iyun 2015 10:50
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz