Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell “Asan İmza” xidmətinə pulsuz qoşulma ilə bağlı kampaniyaya start verir
Bakcell “Asan İmza” xidmətinə pulsuz qoşulma ilə bağlı kampaniyaya start verir
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 513
Səs ver:
Bakcell "Asan İmza” xidmətinə pulsuz qoşulma ilə bağlı kampaniyaya start verir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, Azərbaycanın mobil elektron imza xidməti olan "Asan İmza”ya cari ilin 10-31 may tarixləri ərzində qoşulma ödənişsiz olacaq. Belə ki, hazırda "Asan İmza” xidmətinin aktivləşdirilməsi üçün təyin edilmiş məbləğ 18 AZN təşkil edir və qeyd edilən tarixlərdə Bakcell abunəçiləri mobil operatora müraciət edərək bu məbləği ödəmədən "Asan İmza” xidmətini aktivləşdirə biləcəklər. Sözügedən kampaniyanın keçirilməsi may ayında ölkə üçün əlamətdar olan mühüm tarixləri – Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü və Respublika Gününü qeyd edəcək həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmaq məqsədini  daşıyır.  
 Hal-hazırda dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin cəmləşdiyi Elektron Hökumət portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün "Asan İmza”dan istifadə oluna bilər. "Asan İmza”nın köməyilə vətəndaşlar kütləvi istifadə üçün nəzərdə tutulmuş bir sıra elektron xidmətlərdən asanlıqla və operativ şəkildə faydalana bilərlər – belə ki, əvvəlki dövrlərdən fərqli olaraq heç bir quruma fiziki olaraq müraciət etmədən vətəndaşlar şəxsiyyət vəsiqəsi, yaşayış yeri, iş yeri və diplom haqqında arayışları elektron şəkildə formalaşdıra və lazımi instansiyaya təqdim edə, məktəblilər təhsil aldıqları təhsil müəssisəsi barədə elektron arayışı əldə edə, eləcə də adına stasionar telefon nömrəsi rəsmiləşdirilmiş şəxslər rabitə xidmətlərinə görə borcun olmamasına dair arayışı formalaşdıra bilərlər.

"Asan İmza” avtomobil sahibi olan şəxslər üçün də tam yeni və rahat xidmətlər vəd edir. Belə ki, "ASAN Xidmət” tərəfindən istifadəyə verilmiş "Asan Ödəniş” portalında sürücülər "Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə bilərlər. Bundan əlavə, "Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını "Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə "Asan Ödəniş” sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

Qarşıdakı dövrlərdə "Asan İmza” ilə mümkün olan bu cür rahat və ictimai həyat üçün mühüm əhəmiyyət kəsb edən vacib elektron xidmətlərin siyahısı davamlı olaraq genişlənəcək və mobil imza xidməti gündəlik həyatın daha çox sahəsinə nüfuz edərək vətəndaşların rahatlığına daha yaxından xidmət edəcəkdir.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

"ASAN İmza” haqqında
"ASAN İmza” istifadəçilərə mobil telefon vasitəsilə elektron mühitdə rəqəmsal kimliyi təsdiqləmək və sənədlərə elektron imza qoymaq imkanı verən və bu sahədə ən qabaqcıl təhlükəsizlik tələblərinə cavab verən mobil xidmətdir. "ASAN İmza” xidməti mobil operatorlar tərəfindən istifadəçinin mobil nömrəsində aktiv edilir.
"ASAN İmza” dövlət qurumlarının və özəl şirkətlərin İnternet üzərindən təqdim etdiyi elektron xidmətlərindən yararlanmaq məqsədilə istifadə edilir. "ASAN İmza” bütün müasir mobil telefonlarda istifadə üçün yararlıdır. Ətraflı məlumat üçün: www.asanimza.az
"ASAN İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az


Şərhlər: 4
Baxılıb: 513
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
hemise onde olun...mende sizdenem axii 08
4 may 2015 19:33
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
SEVGI DENIZIM
lap yaxsi
2 may 2015 22:28
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
vipbetul
bu asan imza artiq butun ish strukturlarinda kecirilir,maraqli lahiyedi

bu asan imza artiq butun ish strukturlarinda kecirilir,maraqli lahiyedi
2 may 2015 17:22
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu kimi xidmetler heyati cox asanlasdirir. Bakcel her zaman bele aksiyalara gore en ondedir
2 may 2015 10:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz