Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub
2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 1120
Səs ver:
Abunəçilər Bakcell şirkətini seçir. Mobil Nömrə Daşınması xidmətinin vasitəsilə Bakcell şəbəkəsinə qoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan abunəçilərin sayından daha çoxdur. Ümumiyyətlə, 2014-cü ildə Bakcell şəbəkəsinə daha çox abunəçi qoşulub. /

Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu Bakcell şəbəkəsinə qoşulub. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki, abunəçilər Bakcell şəbəkəsinə keçir və şirkət hazırda Mobil Nömrə Daşınması (MND) sahəsində liderdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. Bakcell şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz Bakcell şəbəkəsinə daşıyıb.

"Bakcell şirkəti RYTN-nin MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib. Biz öz köhnə şəbəkələrinin "əsirinə” çevrilmiş abunəçilərin cəlb edilməsi (abunəçilərin Bakcell şəbəkəsinə axını) baxımından Bakcell-in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, Bakcell öz abunəçilərinə ən münasib qiymətlərlə yüksək keyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və Bakcell şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.       

Öz nömrələrini Bakcell şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün Bakcell şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİM mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin, Bakcell məmnunluq hissi ilə bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. "Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, Bakcell şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.
"Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb. Bu isə o anlama gəlir ki, abunəçilər  Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”, deyə Riçard Şirer qeyd etib.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Şərhlər: 20
Baxılıb: 1120
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sona
Sitat: guzellik
Guel

Sende oldurmusene her weye guzel deyib yola vermeknen122
13 yanvar 2015 21:26
# 20
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Gulu-Qezi
MEN VE ETRAFIMDAKI HER KES BAKCELL ISTIFADE EDIR COX SERF EDIR
13 yanvar 2015 20:44
# 19
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Сладкий Ангел
tewekkur baccell abunetcisi deyilem
13 yanvar 2015 18:58
# 18
.Bir gülüşüm var Sizlərə ömür...
Menim balam
Sitat: Miss_Oxatan
Bir zamanlar bakselin fanatiydim vapwe deyirdim bakselden bawqasina yan gozle bakmam))))ama indi Azerbaycana gedende azersel istifade edirem cunki biz terefde baksel yaxwi tutmur internet baximdan.

He düz deyirsen, şeki terefe azersel elverişlidir. Mende Azerbaycan'a gedende azerselden istifade edirem
13 yanvar 2015 16:16
# 17
sia
3nomrem var hamisida Bakcelldi Bakcell smartfon ve Alov telfonlarni iwledirem eladi serf eliyir
13 yanvar 2015 13:46
# 16
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
talis balasi
Mene azercelldi serfelidi raziyam
13 yanvar 2015 10:13
# 15
xeyalperest
Mendede başqa operatordu.mene serf edir.sadece internet meselesi var
13 yanvar 2015 05:09
# 14
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Miss_Oxatan
Bir zamanlar bakselin fanatiydim vapwe deyirdim bakselden bawqasina yan gozle bakmam))))ama indi Azerbaycana gedende azersel istifade edirem cunki biz terefde baksel yaxwi tutmur internet baximdan.
13 yanvar 2015 00:53
# 13
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
naxçıvan balası
Teşekürler uğurları bol olsun
13 yanvar 2015 00:29
# 12
uliçka
Baksel iwletmirem
13 yanvar 2015 00:04
# 11
Həyat kino kimidir,ən marağlı anında bitir
canr
Baksel isletmirem
12 yanvar 2015 22:57
# 10
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
SEVGI DENIZIM
mende de bakceldi kas saati 2 qepik tarifini dayandirmayaydilar
12 yanvar 2015 22:53
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
sona
Bawqa operatordan istifade edirem. Ancaq bakcell cox serfelidi. Sadece olaraq evvel azercellde iwlediyim ucun guzewtli nomredi menim nomrem
12 yanvar 2015 22:49
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Men de bakcel istifadecisiyem
12 yanvar 2015 22:36
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Lap yaxşı tebrik edirik inşallah gələcəkdə lap cox olar
12 yanvar 2015 22:31
# 6
Wappuw
bakcell abunecisi deyilem bawqa operator abunecisiyem
12 yanvar 2015 22:23
# 5
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
arzum-aysum
Men de bakcell isledirem.
12 yanvar 2015 22:19
# 4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Tomris Müslümova
men bakcell em
12 yanvar 2015 22:18
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Başqa operatorun abunəçisiyəm....
12 yanvar 2015 22:07
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
tewekkurler mende bakcell abunecisiyem
12 yanvar 2015 22:01
# 1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz