Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Topshop və Topman bakılı moda həvəskarlarını sevindirdi
Topshop və Topman bakılı moda həvəskarlarını sevindirdi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1638
Səs ver:
TOPSHOP VƏ TOPMAN BAKILI MODA HƏVƏSKARLARINI SEVİNDİRDİ
Uzun zamandır gözlənilən hadisə baş verdi. Noyabrın 29-da Bakının rəngarəng dəb dünyasına yeni ad qoşuldu. Bütün dünyada tanınan İngiltərənin məşhur Topshop və Topman brendləri Bakıda öz butikinin qapılarını moda həvəskarlarının üzünə açdı. Bakıda 780 kvadrat metr bir ərazini əhatə edən mağaza zəngin çeşidlərilə yüksək dəb həvəskarlarını gözləyir.  Bu brendlər hazır geyimlər təklif etməklə bərabər özəl sifarişləri də yerinə yetirir. Topshop və Topman mütəmadi şəkildə London Moda Həftəsində öz geyimlərinin defilesini təşkil edir. 1978-ci ildə yaradılmış və dünyanın 20 ölkəsinin 70 şəhərində minlərlə moda həvəskarının seçdiyi Topman özünü Topshop-un kişi geyimləri ekvivalenti kimi təqdim edir.  

Hazırda butikdə Topshop Rumours, Uncommon People, Motor Cross kolleksiyalarını təqdim edir. Topman isə North West Coast, Beyond the Pines, Off Beat Artisan kolleksiyası ilə modabazların yolunu gözləyir.

Qeyd edək ki, Topshop 1964-cü ildə Piter Robinsonun yaratdığı Peter Robinson Ltd kimi meydana çıxıb. Topshop-un ilk brend mağazası 1974-cü ildə açılıb. 20 il sonra Londonun ən gediş-gəlişli nöqtələrindən biri olan Oxford Circus-da açılan böyük mağaza bu gün də fəaliyyət göstərir və həftədə 200 min alıcıya xidmət göstərir. Şirkətin Nyu York butiki isə 2009-cu ildə qapılarını alıcıların üzünə açıb.

 

 

 

 




Şərhlər:
Baxılıb: 1638
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz