Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verir
Bakcell şirkəti gənc developerləri dəstəkləyən yeni layihəyə start verir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 601
Səs ver:
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində "AppLab” adlı innovativ mobil developer layihəsinə start verir.
Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.
"AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
"Biz "Qualcomm” şirkəti ilə mühüm layihələr həyata keçirmişik. Biz bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab edilə bilən müxtəlif maraqlı layihələr çərçivəsində genişləndiririk. Bakcell, həmçinin, son üç il ərzində Azərbaycanın gənc developerlərinə dəstək göstərmək üçün ilk dəfə olaraq həyata keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə "AppLab” layihəsi kimi gözəl bir fürsəti böyük məmnuniyyətlə təqdim edirik. Proqram inkişaf etdirmə prosesində "Bakcell” və "Qualcomm” şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və biz inanırıq ki, bu layihə onların çox xoşuna gələcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
 
Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; İnternetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLab ofisinidə çalışa biləcək və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.

"Bakcell” və "Qualcomm” şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəklər.

AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: applab@bakcell.com

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 601
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz