Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda AFFA və Bakcell şirkətinin dəstəyi ilə Mançester Yunayted Futbol Məktəbi açılır
Bakıda AFFA və Bakcell şirkətinin dəstəyi ilə Mançester Yunayted Futbol Məktəbi açılır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 553
Səs ver:
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun rəsmi Telekommunikasiya və Yayım tərəfdaşı olan Bakcell şirkəti ilə əməkdaşlıq edəcəkdir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester YunaytedFutbol Məktəbinin açılacağını elan edir.

İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunaytedklubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.

İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və2005-ci il təvəllüdlü) - 16 uşaq

Məşqlər Mançester Yunayted futbol məktəbindənezam olunan məşqçilər və iki nəfər yerli məşqçiassistentitərəfindən keçiriləcəkdir. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaqdır (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlarqruplarının seçilməsi 23 sentyabr tarixində "Bayıl Arena” stadionunda keçiriləcəkdir. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaqdır.

Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:

Ramin Həsənov: Tel: +994 55 511 20 80E-poçt: ramin.hasanov@affa.az
Kifayət Osmanova: +994 55 511 70 72     E-poçt: kifayat.osmanova@affa.az

AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev:"Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləribu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması –ölkənin futbol həyatında çox önəmli bir hadisədir.Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol MəktəbininAzərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk” demişdir 
Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer: "Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında "Mançester Yunayted” klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, Bakcell şirkəti ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mançester Yunayted Futbol Məktəbinin regiondailk dəfə olaraq Bakıda fəaliyyətə başlamasıölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir.Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan Bakcell şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir” deyə bildirmişdir. 
AFFA 1992-ci ildə təsis edilib. Təşkilat 1994-cü ildən FİFA-nın və UEFA-nın üzvüdür. AFFA-nın vəzifələrinə Azərbaycan Respublikasında futbolu kompleks şəkildə inkişaf etdirmək,yarışların təşkilinə nəzarət etmək vəonları tənzimləmək,futbolla bağlı beynəlxalq idman əlaqələrinitəkmilləşdirmək, beynəlxalq yarışlarda və oyunlarda Azərbaycan futbolunu təmsil etmək, habelə milli və beynəlxalq səviyyədə keçirilən yarışları təşkil etmək daxildir və AFFA bu istiqamətdə məqsədyönlü fəaliyyətgöstərməkdədir.
Azərbaycanda futbolun inkişaf etdirilməsini qarşıya məqsəd qoyaraq, AFFA bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq etməkdədir. Belə şirkətlərdən biri də milli futbol komandamızın sponsoru olan Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətidir. 17 dekabr 2013-cü ildə AFFA və Bakcell şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qarşılıqlı əməkdaşlıq futbolun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini vermişdir. AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunmuş stadiona "Bakcell Arena” adı verilmişdir. AFFA-nın U-17 Liqasının oyunları "Bakcell U-17” adı altında keçirilir. "Bakcell-lə Futbol” layihəsi çərçivəsində isə uşaq futbolunun inkişafına yönəlmiş xeyli işlər görülmüşdür.
AFFA və Bakcell şirkəti arasında imzalanmış birgə tərəfdaşlıq müqaviləsi çərçivəsində ölkənin bütün bölgələrindən seçilmiş 64 uşaq Bakıdakı Mançester Yunayted Futbol Məktəbində keçirilən məşqlərdə iştirak etmişlər.
Xüsusi bacarıqları ilə fərqlənmiş uşaqlar (2013-cü ildə 6 uşaq və bu il 5 uşaq)Mançester şəhərində fəaliyyət göstərən Denston Kollecində təşkil olunmuş Mançester Yunayted Futbol Məktəbində iştirak etmişlər.AFFA və Bakcell şirkəti müştərək fəaliyyətlərini futbolun inkişafı naminə davam etdirməkdədirlər.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.Bakcell haqqında

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Şərhlər:
Baxılıb: 553
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 
Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz